Avsa - Wikipedia
Avşa adası (türk. Avşa Adası, yun. Αφουσία) — Müasir Türkiyə ərazisində, Mərmərə dənizinin cənubunda yerləşən ada. Cənubi Mərmərə arxipelaqına daxil olan bu ərazi Balıkəsir ilinin Mərmərə ilçəsinə aiddir. Sahəsi 36 km² olan ada 2005-ci ilə qədər ada "Türkeli" adlansada, sonradan dəyişdirilib Avşa adlandırıldı.[1][2]
Avşa adası | |
---|---|
türk. Avşa Adası | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 36 km² |
Uzunluğu | 7 000 km |
Eni | 4 000 km |
Hündür nöqtəsi | 250 m |
Əhalisi | 2.527 nəfər (2012-ci il) |
Yerləşməsi | |
40°30′38″ şm. e. 27°29′51″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Region | |
Vilayət |
|
Arxipelaq | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAvşa adası böyüklüyünə görə arxipelaqın 3-cü adasıdır.(Mərmərə və Paşalimanı adalarından sonra) Ümumilikdə ada yerləşən arxipelaqda 12 ada var. Geoloji baxımdan adalar materikin, Kapıdağ yarımadasının suda olan davamıdır. Dördüncü dövürdə dəniz səviyyəsinin qalxması nəticəsində ərazi adaya çevrilmiş. Ada yaşı 570–225 milyon il arasında dəyişən qranit, qneys və mərmər süxurlardan təşkil olunub.[3] Ərazidə qumsal və qumlu ərazilər üstünlük təşkil edir. Adanın yerləşdiyi hövzənin dərinliyi 16–35 metr arasında dəyişir. Uzunluğu 7 km, eni 4 km olan bu adanın qərbində, adaya çox yaxın kiçik bir ada Hayırsız ada yerləşir.
İqlimi
redaktəAdada Aralıq dənizi iqlim tipi hakimdir. Qışı ayları mülayim və rütüubətli, yayı isə əksinə isti, quraq keçir. Yağıntılar daha çox dekabr ayında düşür. Düşən yağıntılar yağış halında olsa da, bəzən yanvar, fevral, alarında qar yağır. Ortalama ən isti ayın temperaturu 24–30 °C-dir. Adada çox güclü fırtınalar müşahidə olunur.
Bitki və heyvanat aləmi
redaktəMeşə örtüyü ərazidə geniş yayılmış bağçılıq təsərrüfatı ilə əlaqədar yox dərəcəsindədir. Daha çox üzüm bağları üstünlük təşkil edir.
Tarixi
redaktəAda və onun yerli əhalisi haqqında ilk yazılı məlumata biz Strabonun və Plininin kitablarında ras gəlinir. Çoxda diqqət mərkəzində olmayan bu ada hər zaman ərazidə hakim olan dğvlətin təsir altında olmuşdur. Orta əsrlərə qədər daha sürgün yeri kimi istifadə edilən bu adada indiyə qədər heç bir sistemli arxeloji araşdırma aparılmamaışdır. Ada ərazisində Neolit, Tunc, Mis, Ellinizm, Roma , Bizansd və Osmanlı dövrülərinə məxsus tapıntılara rast gəlinir.
Adın mənşəyi
redaktəAda tarixən müxtəlif adlar daşımış. Plini adnı Ophiussa, bizans dövründə Afousia, sonra Panagiya, Afissıa adlandırılmış. Bir zamanlar Ərəblər adası kimidə tanınan bu ərazi yaxın zamanlara qədər rəsmi olaraq Türkeli adası adlanmış.[4]
Adanın görməli yerləri
redaktəAdanı əm maraqlı yerləri bunlardı: Çınar Köyü, Kumburnu, Mavi Köy, Değirmen, Manastır, Kumtur, Beyaz Saray ve Yiğitler Köyündeki Altın Kum. İstanbula yaxınlığı buranın turizm üçün əlverişli bir məkana çevrilməsinə səbəb olmuşdur. Sakitliyi və Adakarası üzüm növündən hazırlanan şərbaları ilə tanınan bu ada bir çox turist marşurutları təşkil olunur.
Şəkillər
redaktə-
Adanın Mərmərə dənizindəki mövqeyi
-
Avşa adasında günəşin qürubu
-
Avşa çimərliyi
İntinadlar
redaktə- ↑ "Avşa Hakkında Genel Bilgi". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- ↑ "Yer Adının Değiştirilmesine Dair Karar". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- ↑ "Avşa Adası Coğrafi durum". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- ↑ ""Avşa" Adı Nereden Geliyor?". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.