Auripiqment - Wikipedia
Auripiqment – monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Auripiqment | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
As₂S₃ |
Strunz təsnifatı | II/D.08 – Anhang |
Vikianbarda əlaqəli mediafayllar |
Xassələri
redaktəRəng – limonu-sarı, bəzən qonuru calarlı; Mineralın cizgisinin rəngi – sarı; Parıltı – almazdan yarımmetaladək; ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – yarımşəffaf; nazik vərəqləri – şəffafdır; Sıxlıq – 3,4-3,5; Sərtlik – 1,5-2; vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Başqa xassələr – ayrılma müstəviləri üzrə vərəqlərə ayrıldıqda elektriklənir; Morfologiya – kristallar: prizmatik, çox vaxt əyri üzlü; İkiləşmə: {100} üzrə; Mineral aqreqatları: vərəq-, cubuq-, daraq-, salxım-, böyrək - və torpaqvari, radial-şüalı, lifli, sıx kütlələr, qaysaqlar, qabıqlar, bəzən druzalar.
Mənşəyi və yayılması
redaktəHipogen auripiqmentə adətən yer səthinə yaxın teletermal və vulkanogen yataqlarda rast gəlinir. Bəzən isti mineral bulaqların çöküntülərində və sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında müşahidə edilir. Nadir hallarda mineralın ekzogen əmələgəlmələri daş kömür və qonur dəmir filizi yataqlarında qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: realqar, antimonit, markazit, pirit, sərbəst kükürd, kalsit, gips, kvars. Mineralın tapıldığı yerlər: Luxum (Gürcüstan); Baliya (Türkiyə); Xaydarkan (Orta Asiya); Kamçatka, Saxa Respublikasında Menkyule (Rusiya); Siya-Kuan (Çin); Merkyur (ABŞ) və b. Azərbaycanda Darrıdağ (Culfa) mərgümüş yatağında, Qoşasu və Dəvəboynu mərgümüş təzahürlərində, az miqdarda həmçinin Arxaçdərə civə yatağında, Tutqunçay hövzəsindəki qızıl filizi zolağında və başqa yerlərdə yayılmışdır.
Tətbiqi
redaktəBöyük yığınları As2O3 və sarı boyanın alınmasında xammal kimi istifadə edilir.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.