Auqust Alle - Wikipedia
Auqust Alle (est. August Alle; 1890‒1952 ) — Eston yazıçı və şair.
Auqust Alle | |
---|---|
est. August Alle | |
Doğum tarixi | |
Doğum yeri | Vilyandi, Rusiya |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Tallin, Estoniya |
Vətəndaşlığı | Estoniya |
Təhsili | |
Fəaliyyəti | şair, jurnalist, yazıçı |
Əsərlərinin dili | Eston dili |
Janrlar | nasir, şair |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəAuqust Alle 31 avqust 1890-cı ildə Vilyandi şəhərində daşyonan ailəsində anadan olmuşdur. Vilyandi və Nаrvа şəhərlərində təhsil almışdır. Kubanda və Ulyanovskda aptek şagirdi kimi işləmişdir. Sonra Vilnüsdə ev müəllimi kimi fəaliyyət göstərmişdir. 1915-ci ildə ekstern tərəfindən Orledə bilik attestatına imtahan vermişdir. 1915-ci ildən 1918-ci ilə kimi saratov Universitetinin tibb fakültəsində təhsil almışdır. Bir müddətdən sonra Estoniyaya köçmüş və burada jurnalist kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə Tartu Universitetinin hüquq fakültəsini bitirmişdir. Məhkəmə zallarında vəkilin köməkçisi kimi işə düzəldi.[1]
1911-ci ildə şeirləri çap edilməyə başladı. «Üksinduse saartele» («Yalqızların adasında») adlı birinci şeirlər toplusu 1918-ci ildə işıq üzü gördü. 1921-ci ildə Auqust «Carmina barbata» adlı şeirlər toplusunu çap etdirdi. Auqust Alle Estoniya yazıçılarının birincilərindən olaraq 1917-ci ildə baş verən Oktyabr İnqilabı hadisələrinə səs verdi. Estoniya burjuaziyasını lağa qoyan bir sıra satirik felyetonlar yazdı. 1930-cu illərdə yazdığı əsərlərdə Almaniya və Estoniya faşizmini ifşa edirdi. Böyük Vətən müharibəsi zamanı nasist Almaniyasına qarşı nifrətlə dolu epiqramlar, şeirlər və felyetonlar yazırdı.[2]
Auqust Alle Siuru ədəbi qrupuna üzv olmuşdur. İyun çevrilişindən sonra 1940-cı ildə Estoniya Təhsil Nazirliyinin məsləhətçisi oldu. Daha sonralar müəllif hüquqlarının müfafizə üzrə Cəmiyyətinin katibi tərəfindən Estoniya Sovet Yazıçılar İttifaqının Təşkilat Komitəsinə üzv seçildi. Bundan əlavə «Viysnurk» jurnalının redaksiya heyətinin üzvü oldu. 1941-ci ildə SNK ESSR yanında sənədlərin işləri üzrə Dövlət İdarəsinin müdir müavini təyin olundu. 1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv oldu. Müharibə zamnı estoniya Kommunist Partiyasının MK çapı sektorunun müdiri idi. 1945-46-cı illər ərzində ESSR Ədliyyə Naziri müavini olmuşdur. 1946-cı ildən 1952-ci ilə kimi «Loominq» jurnalının redaktoru kimi işləmişdir.
8 iyul 1952-ci ildə Tallində vəfat etmiş və Meşə Qəbirstanlığında dəfn edilmişdir.
Əsərləri
redaktəEston dilində
redaktə- Valitud tood, Tallinn, 1954;
- Luuletused, Tallinn, 1964.
Rus dilinə tərcümə edilənlər
redaktə- Estoniya ədəbiyyatının antologiyası, т. 2, М. — Л., 1959;
- Satira və lirika, Тал., 1960.
Ədəbiyyat
redaktə- Парве Р., Поэт гуманной правдивости, в кн.: Об эст. лит-ре, Т., 1956;
- Parve R., August Alle, Tallinn, 1960.
İstinadlar
redaktə- ↑ Писатели Советской Эстонии: биобиблиографический словарь. 1984. С. 10-12
- ↑ Алле Аугуст Arxivləşdirilib 2016-04-22 at the Wayback Machine // Краткая литературная энциклопедия. Т. 1. — 1962