Atama Mektub Hekaye - Wikipedia
Atama məktub — Frans Kafkanın 1919-cu il noyabr ayında atası Hermana yazdığı, ancaq göndərilməmiş məktub[1]. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişdir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
Atama məktub | |
---|---|
alm. Brief an den Vater | |
Müəllif | Frans Kafka |
Orijinal dili | alman dili |
Yazılma ili | 1919 |
Nəşr ili | 1952 |
Elektron versiya |
1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10–13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır.
Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə fiziki və mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.
Məktubun qısa analizi
redaktəKafkanın atasına yazdığı məktub atası, özü və cüzi şəkildə qeyd edilən anasına toxunan çətin ədəbi dildə yazılmış şikayət və müdafiə mətnidir. Kafka ata-oğul mətnini böyük hüquqi məntiqlə və ədəbi texnika ilə təsvir etmişdir. Bununla o, öz həyatının analizini verməyə çalışır. Əsas mövqedə qorxu və mübarizə durur. Əlbəttə, bu məktub, belə götürüldükdə, heç bir ədəbi əsər sayılmır.
Məktubda müazikə olunan mövzular
redaktəMəktubda, ilk növbədə, iki vücudun bir-biri ilə yola gedə bilməməsi təsvir edilmişdir. Herman, Kafkanın atası impulsiv, qəzəbli, savadsız və buna baxmayaraq, cəmiyyətdə müəyyən qədər dirçələ bilən şəxsdir. Oğlu Frans yumşaq, atasının dövləti nəticəsində sərbəst olmayan, qorxaq və öz daxili aləminə qapılmış bir şəxsdir.
Burada uşağın yüksək savada yiyələnməsi sayəsində adi ailələrdə baş verən konflikt izah olunur. Əgər uşaq bu arada ailədən aralanıb öz həyat yolu ilə gedə bilsəydi, hadisələr belə acınacaqlı olmazdı. Elə bunu oğul istəmir və edə bilmir. O, yetişmiş gənc olduqda belə ailəsinin yanında yaşayır. Bundan başqa o, mənəvi cəhətdən atasından aralana bilmir və bütün həyatını atasına uyğunlaşdırmağa cəhd edir. O, atasına olan məhəbbət-nifrətdən azad ola bilmir. O, atasını həqiqətən sevirdi.
Onun bacıları ataları ilə müxtəlif şəkildə rəftar edirlər, buna baxmayaraq onların ataları ilə münasibətdə konfliktləri qardaşlarınınkı ilə müqayisə oluna bilməz. Valli anası kimi atasının dediyi ilə otutub durur. Elli çox passiv bir uşaq idi. O dolğun yaşa çatdıqdan sonra Kafka ailəsindən aralanır, öz ailəsini qurur və normal həyat tərzi keçirir. Ottla isə atası ilə münasibətdə daha qəddar mövqe tutsa da, sonra təslim olur. Kafkanın anası uşaqları ilə atası arasında qalmışdır. O, hər şeyi analar kimi insancasına həll etməyə çalışırdı. Onun ailədə baş verən proseslərin (əsasən münaqişələrin) axarına təsiri, demək olar ki, yox idi.
Bu məktub Kafkanın atasından uzaqlaşmaq üçün atdığı əsas addım sayırdı. Atası ilə olan problemlərə baxmayaraq, Kafka həmişə ona bağlı olmuş və onun rəğbətini qazanmağa çalışmıdır. Məktubdakı yazıda deyilir:"Mənim məktubum sənin haqqındadır, burada mən yalnız sənin qarşında edə bilmədiyim şikayətlərimi verirəm". Məktubda qabaqca və sonra Kafkanın əsərlərində təsvir olunmuş müxtəlif motivlərərə rast gəlinir. Əsasən, "Hökm" hekayəsində oxşar əhvalat, harada ki, böyüklük və narazlılıq hisslərinə malik, özünə inamsız olan oğluna qarşı həmlələr edən və onun nişanlanmasını pisləyən ata obrazı verilir. Məktubda əsas mövzulardan biri də ailə olmuşdur. Məktubda anası haqqında da o, az yazmışdır.
Məktubda adı çəkilən şəxslər
redaktə- Herman Kafka — F. Kafkanın atası
- Ottlo — Kafkanın kiçik bacısı
- Valli və Elli — Kafkanın digər bacıları
- Karl Herman — Ellinin həyat yoldaşı
- Feliks — Ellinin oğlu
- Qert — Ellinin qızı
- Pepa — Vallinin həyat yoldaşı
- Filipp, Ludviq və Haynrix — Kafkanın əmiləri
- Robert Kafka- Kafkanın əmisi oğlu
- İrma — Kafkanın əmisi qızı
Mənbə
redaktə- Peter-André Alt: Franz Kafka: Der ewige Sohn. Eine Biographie. München: Verlag C. H. Beck, 2005, ISBN 3-406-53441-4.
- Ralph Lilienthal: Franz Kafkas "Brief an den Vater" – Der Schlüssel zu Kafka? (Text aus einem Seminar der Universität Freiburg von 1995/96;
İstinadlar
redaktə- ↑ F. Kafka, "Atama məktub", Bakı, Qanun Nəşriyyatı, 2023, 88 səh.