Atamiz - Wikipedia
Atamız - Haqqında Məlumat
Atamız (Ey Atamız) — xristianlıqda ən çox yayılmış dua, İsanın Dağüstü moizəsindən gəlir. Hazırda 1,437 dilə və ləhcəyə tərcümə edilmişdir. [mənbə göstərin] Əhdi-Cədiddə iki variant var (Matta İncili 6:9–13 və Luka İncili 11:2–4). Azərbaycan tərcümələrindən biri:
- Ey göylərdə olan Atamız,
- İsmin müqəddəs tutulsun.
- Padşahlığın gəlsin.
- Göydə olduğu kimi,
- Yerdə də Sənin iradən olsun.
- Gündəlik çörəyimizi bizə bu gün ver;
- Və bizə borclu olanları bağışladığımız kimi,
- Bizim borclarımızı da bizə bağışla;
- Və bizi imtahana çəkmə,
- Fəqət bizi hiyləgərdən xilas et.
- Çünki padşahlıq, qüdrət və izzət
- Əbədi olaraq Sənindir.
- Amin.