Atababa Hacibabayev - Wikipedia
Atababa İsmayıl oğlu Hacıbabayev (25 sentyabr 1947-ci ildə doğulub ) — Azərbaycan teatrşünası, yazıçısl, publisisti, yumoristi. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisidir (2005). Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ədəbiyyat qəzetinin məsul katibi.(1987-2022)
Atababa Hacıbabayev | |
---|---|
Atababa İsmayıl oğlu Hacıbabayev | |
Təxəllüsü | Atababa İsmayıloğlu |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Elşən Hacıbabayev |
Mükafatları |
Həyatı
redaktəAtababa Hacıbabayev 1947-ci ildə Bakının yaxınlığındakı Xırdalan kəndində anadan olub.Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakultəsində - professor Mehdi Məmmədovun kursunda ali təhsil alıb.
Azərbaycan Teatr Cəmiyyətində redaktor, böyük redaktor(eyni zamanda "Bakı teatrlarında" məcmüəsinin redaktoru) vəzifələrində çalışıb. (1971-1977-ci illər). 1971-ci ilin oktyabrından 1972-ci ilin sonuna kimi sovet ordusu sıralarında xıdmət edib.
1978/81-ci illərdə Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətində nəşriyyat şöbəsinin müdir müavini – 7 dildə nəşr olunan "Sövet Azərbaycanı bu gün" məcmuəsinin redaktoru işləyib. 1981/87- ci illərdə Teatr Xadimləri İttifaqının bədii rəhbəri olub. 1987-ci ildən ömrünün sonuna kimi "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət") redaksiya heyətinin üzvü və məsul katibi olub. 2009-2015-ci illərdə eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri vəzifəsində çalışıb. Həmçinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində pedoqoji fəaliyyət göstərib.
Bir sıra ictimai işləri yerinə yetirir. "Yeni nəşrlər" kataloq yurnalının redaksiya şurasının sədri, Cəlil Məmmədquluzadənin ev-muzeyinin elmi şurasının üzvüdür. 2010-cu ilə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində pedoqoji fəaliyyət göstərib. Bir sıra tədris proqamlarının müəllifidir.
Mətbuatda teatr və digər incəsənət sahələrinə dair 2000-dən cox məqaləsi dərc olunub. X cilidlik Azərbaycan Sovet Ensiklopediyasının müəlliflərindən biri, Mirzağa Əliyevin "Xatirələrim" kitabının tərtibçisi, Mişkinaz Cavidin "Xatirələrim", Adilə İsmayılovanın "Məxluqə Sadıqova", iki cildlik "Akademik Milli Dram Teatrının foto- salnaməsi" kitablarının ixtisas redaktoru, digər onlarla kitabın və bukletin redaktoru, 1966-cı ildən mətbuatda bədii əsərləri, resenziyaları, elmi araşdırmaları, məqalələri və digər yazıları ilə çıxış edir. Məqalələri və bədii yazıları xarici ölkələlərdə də nəşr olunub. Coxsaylı televiziya və radio verlişlərinin müəllifidir. Onun verilişləri radionun qızıl fondunda qorunub saxlanılır.
2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunub.[1] SSRİ Mədəniyyət Nazirliyi və SSRİ Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının "Kəndə mədəni hamilik əlaçısı" fəxri adlarına və digər mükafalatlara layiq görülüb.
18 sentyabr 2022-ci ildə Bakı şəhərində vəfat edib[2]
Kitabları
redaktə- "Rza Əfqanlı"
- "İki cəbhənin əsgərləri"
- "Səhnə andı"
- "Unudulmaz səhnə ustaları"
- "Molla Qeybullanın sərgüzəştləri"
- "İnkirlə Minkirin hüzurunda"
- "Mizan-tərəzi"
İstinadlar
redaktə- ↑ Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Arxivləşdirilib 2022-02-13 at the Wayback Machine — Azərbaycan Respublikası Prezidentinin sərəncamı
- ↑ Tanınmış teatrşünas Atababa Hacıbabayev vəfat edib