Astrid Lindqren - Wikipedia
Astrid Lindqren (14 noyabr 1907[1][2][…] – 28 yanvar 2002[1][2][…], Stokholm, İsveç) — İsveç yazıçısı olmuşdur. O dünyada ən məşhur uşaq kitablarının müəllifi sayılır. Dünyada onun kitabları bir çox dillərə tərcümə edilmiş və milyon nüsxələrlə çap olunmuşdur. Ən çox tanınan əsərləri "Balaca və damda yaşayan Karlson", "Pippi Uzuncorablı"dır.[mənbə göstərin]
Astrid Lindqren | |
---|---|
isv. Astrid Lindgren | |
Doğum adı | Astrid Anna Emilia Ericsson |
Doğum tarixi | 14 noyabr 1907[1][2][…] |
Vəfat tarixi | 28 yanvar 2002[1][2][…] (94 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | ssenarist, uşaq ədəbiyyatı yazıçısı, romançı, yazıçı |
Fəaliyyət illəri | 1944–1993 |
Əsərlərinin dili | isveç dili |
Janrlar | uşaq ədəbiyyatı, nağıl |
Tanınmış əsərləri | |
Mükafatları |
|
astridlindgren.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı
redaktəAstrid Lindqren Samuel Erriksonun və onun həyat yoldaşı Hanna Erriksonun ikinci uşağı kimi dünyaya gəlir. Onun bir böyük qardaşı, Gunnar, və iki kiçik bacıları, Stina və İnqered, var idi. O öz uşaqlığının çox xoşbəxt keçdiyini yazırdı.
1914-cü ildə Astrid məktəbə gedir. Adətə görə adi insanlar üçün məktəb üç ildən artıq davam etmirdi. Yalnız varlı adamların uşaqlarının təhsilini davam etdirməyə imkanı çatırdı. Bunun üçün 46 Kron ödəmək lazım idi. Astridin valideynlərinin dostları onları uşağın təhsilinin davam etdirməsinə inandırırlar.
Gələn altı ildə çalışqan Astrid dərsləri ilə bərabər bir çox xarici dilləri öyrənir; onların arasında alman, ingilis və fransız dilləri. 1923-cü ildə o məktəbi bitirir və anasının arzusu ilə "Evdar qız" üzrə peşə öyrənir. Burada o, ev işlərinin necə aparılmasını öyrənir.
Peşə təhsili
redaktəGünlərin birində Vimberri yerli qəzetin baş redaktoru gənc qıza qəzetdə peşə öyrənməyə dəvət edir. Astrid bu təklifi dərhal qəbul edir. Hər gün o kiçik şəhərcikdə yerləşən redaksiyaya gələrək jurnalistikanın icəliklərinə yiyələnirdi. O, burada axtarışlar aparır, korrektələr edir və qısa hesabatlar yazırdı. Bu vaxtda 18 yaşı olan Astrid hamilə olur. O, uşağın atası olan redaksiya müdiri ilə evlənməkdən imtina edir. O, uşağına tək baxmaq qərarına gəlir. Bundan sonra o, Stokholma köçür. Stokholmda Astrid katibəlik öyrənir və müstəntiq Eva Andrenin yanında işə düzəlir. 4 dekabr 1926-cı ildə gizli olaraq Kopenhaqendə onun oğlu Lars dünyaya gəlir. Bu xəstaxanada uşağın kimliyi heç kimə verilmədiyindən, o başqa bir ailə tərəfindən adoptə edilir. Bu hadisə Astridə yazmaq üçün inspirasiya verir.
1928-ci ildə astrid "Krallıq avtomobil klubu"na katibə kimi işə götürülür. O burada gələcək həyat yoldaşı Sture Lindqren ilə tanış olur. Strue bu klubda qapıçı işləyirdi. 1929-cu ildə Larsın analığı xəstələnir və bundan sonra Lindqren onu öz yanına Stokholma gətirir. Həmin ili Astrid oğlunu öz valideynlərinin yanına aparır.Bundan sonra Astrid və Strue evlənmək qərarına gəlirlər. Gənc katibə Strue və onun oğlu ilə birlikdə bir evdə yaşamağa başalyırlar. 21 may 1934-cü ildə onun qızı Karin dünyaya gəlir. Sonralar o Karin Niman adı ilə təcüməçi kimi məşhurlaşır.
1937-ci ildə Lindqren isveç kriminalistika üzrə professoru Herri Södemanın yanında bundan bir neçə il sonra, yəni 1940-cı ildə isə İsveç rabitə xidmətində stenoqrafçı kimi işləyir.
Yaradıcılıq illəri
redaktəEvləndikdən sonra Astrid Lindqren özünü uşağlarına həsr etmək üçün evdar qadın olmaq qərarına gəlir. 1941-ci ildə o ailəsi ilə birlikdə Stokholmda üzü Vasa-parka olan bir evə köçür və ömrünün sonuna kimi burada yaşayır. Hərdən o jurnallar üçün səyahətlər haqqında və məzələi əhvalatlar yazaraq öz ədədbi yaradıcılığının başlanğıcını qoymuşdur.
Astrid Lindqrenin sözlərinə görə "Pippi Uzuncorab" (1945)onun qızı Karinin sayəsində yaranıb. 1941-ci ildə Karin sətəlcəm xəstəliyinə tutulur. Bu zaman anası hər axşam ona heykayələr danışır. Bir dəfə qızcığaz Pippi Uzuncorab haqqında heykayə danışmağı sifariş edir. Bu adı o özü uydurur. Astrid həmin dövrdə uşaqların yeni tərbiyə üsulları üzərində gedən diskusyalarda aktiv iştirak edirdi. Əgər Pippinin obrazına nəzər salsaq onun 1930-40-cı illərdə uşaq tərbiyəsi və psixologiyası sayəsində mövcud olan novatorluq ideyalarına arxalandığı görünür. Lindqren uşaqların tərbiysi zamanı onlara hörmətlə yanaşmağı üstün tuturdu. Bu onun yaradaıcılığında böyük rol oynamışdır.
1945-ci ildə Astrid Lindqrenə "Raben və Şeqren" nəşriyyatında uşaq ədəbiyyatı üzrə redaktor vəzifəsini təklif edirlər. O, bu təklifi qəbul edərək burada 1970-ci ilə qədər işləyir. Bu nəşriyyatda onun bütün kitabları çap olunur. Yaradıcılığının ən dolğun illəri 1940-50-ci illər sayılır.
Əsərlərinin ekranlaşdırılması və səhnələşdirilməsi
redaktə1969-ci ildə məşhur Stokholm Krallıq dram teatrı " Evin damında yaşayan Karlson"u səhnələşdirir. Bundan sonra Astrid Lindqrenin əsərləri İsveç, Avropa, Skandinaviya ölkələri və həmçinin ABŞ-da səhnəyə qoyulurlar. Onun əsərlərinə Moskva tetarlarında da müraciət edilrər.Bütün dünyada Astrid Lindqren əsərlərinin səhnələşdirilməsi ilə məşhurlaşsa da, isveçdə onun kitabları əsasında çəkilmiş filmlər daha geniş yayılmış idi. İlk dəfə onun əsəri Kalle Blumkvist 1947-ci ildə ekranlaşdırlmışdır. İki il sonra Pippi haqqında dörd film çəkilir. 50-80-ci illər ərəfəsində isveç rejissoru Ulle Hellbum Astrid Lindqrenin əsərləri əsasında 17 film çəkir.
Vəfatı
redaktə1952-ci ildə Astridin həyat yoldaşı Sture vəfat etdikdən sonra o tək qalır. 1961-ci ildə onun anası, səkkiz il sonra isə atası dünyasını dəyişir. 1974-cü ildə onun qardaşı vəfat edir. Astrid Lindqren bir neçə dəfə ölüm haqqında sirrlə üz-üzə qalır. Onun valideynləri Lüteranlığa inanan olsalar da, o ölümdən sonrakı həyata inanmırdı. O, özünü aqnostik adlandırırdı.
Astrid Lindqren 94 yaşında Stokholmda virus infeksiyasından vəfat edir. 8 mart 2002-ci ildə Stokholmda onun xatirəsinə keçirilən tədbirdə Krallıq ailəsi və İsveçin baş naziri iştirak edirdi. Arabada aparılan tabutun arxasınca ağ at və qız gedirdi.
Azərbaycan dilində olan hekayələri
redaktə- "Gül-bala"
- "Pelle evdən köçür"
- "Böyük bacı, balaca qardaş"
- "Quldur Qızı Roni"
- "Gəlinciklə oynamaq istəməyən prinsessa"
- "Merit"
- "Peter və Petra"
- "Ququq quşlu saat"
- "Meşədə quldur yoxdur"
- "Sehirli quyu"
- "A.Lindqren. Seçilmiş hekayələri.Bakı, Qanun nəşriyyatı:2014" Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
- Balaca və damda yaşayan Karlson
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Astrid Lindgren // Encyclopædia Britannica (ing.).