Aslanbek Aslaxanov - Wikipedia
Aslaxanov, Aslanbek Axmedoviç (11 mart 1942, Yeni Atagi[d], Çeçen-İnquş MSSR – 11 avqust 2024[1], Moskva) — Birinci prezidentliyi müddətində 16 sentyabr 2003-cü ildən 30 mart 2004-cü ilədək RF Prezidenti Vladimir Putinin köməkçisi, ikinci prezidentliyi müddətində 30 mart 2004-cü ildən Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Şimali Qafqaz üzrə müşaviri.
Aslanbek Aslaxanov | |
---|---|
Rusiya Federasiyası senatoru[d] | |
11 iyul 2008 – may 2012 | |
Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] | |
25 avqust 2000 – 7 dekabr 2003 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1942 |
Doğum yeri |
|
Vəfat tarixi | 11 avqust 2024[1] (82 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, dövlət xadimi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] |
Dini | sünni islam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAslanbek Aslaxanov Çeçen-İnquş MSSR Şali rayonunun Novoye Ataqi kəndində doğulmuşdur.
Təhsilini Xarkov Dövlət Pedaqoji İnstitutunda (1967), iqtisadçı ixtisası üzrə Xarkov İctimai İaşə İnstitutunda (1975) və SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında almışdır. Hüquq elmləri doktorudur. Dissertasiyasının mövzusu "İqtisadiyyat sahəsində cinayətkarlığa qarşı mübarizə problemləri: kriminal, cinayət-hüquqi aspektləri" adlanır.
1959-cu ildə asfalttökən işləmişdir. 1962–1965-ci illərdə Sovet ordusunda xidmət etmişdir. 1965–1967-ci illərdə Dağ-Mədən İnstitutunda dərs demişdir. 1967-ci ildən SSRİ DİN-dədir və Xarkov şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində inspektor, Xarkov şəhəri Frunze rayon daxili işlər şöbəsində böyük müfəttiş, 1975-ci ildən SSRİ DİN-in BAM tikintisində Cinayət Axtarışı İdarəsində inspektor, baş inspektor, Daxili İşlər Xətt Bölməsinin rəisi və İdarə rəisinin müavini olmuşdur. 1981–1989-cu illərdə xüsusi tapşırıqlar üzrə baş inspektor, şöbə rəisinin müavini, Sosialist Mülkiyyətinin Oğurlanmasına Qarşı Baş İdarədə şöbə rəisi, sonra SSRİ DİN Baş Təşkilati Təftişçilər İdarəsinin baş inspektoru olmuşdur. 1990-cı ildə RSFSR-in deputatı seçilir. RSFSR Ali Soveti Millətlər Sovetinin üzvü olur. Rusiya Ali Sovetinin Qanunçuluq, Asayiş və Cinayətkarlığa qarşı Mübarizə Məsələləri Komitəsinə başçılıq edir. Daxili işlər general-mayorudur, Sərbəst güləş, sambo və dzüdo üzrə idman ustasıdır. 1992-ci ildə RF hüquq mühafizə orqanları Assosiasiyasına rəhbərlik etmişdir. 1993-cü ildən DİN Akademiyası Cinayət siyasəti və hüquq kafedrasının professorudur. 1995-ci ilin dekabrında 31 saylı təkmandatlı Çeçenistan dairəsindən RF Federal Məclisinin Dövlət Dumasına öz namizədliyini irəli sürür. MDB ölkələri üzrə Beynəlxalq Dzüdo Federasiyasının prezidentidir. 1998-ci ildən "Ümumrusiya İslam Konqresi" ictimai hərəkatının lideridir. 1999-cu ilin sonlarında özünün yaratdığı "Çeçenistan Respublikasında sülh və əmin-amanlığın dirçəldilməsi ittifaqı — Çeçenistan xalqlarının ittifaqı"na rəhbərlik edir. 20 avqust 2000-ci ildən Çeçenistan Respublikasından RF üçüncü çağırış Federal Məclisinin Dövlət Dumasının deputatıdır. "Rodina — vsya Rossiya" (RVR — "Vətən — bütün Rusiya") fraksiyasına daxil olur. 30 avqust 2003-cü ildə Çeçenistan prezidenti postuna namizədliyi qeydə alınır. Lakin 11 sentyabr 2003-cü seçkiqabağı mübarizədən imtina edir və RF Prezidenti V. V. Putinin köməkçisi vəzifəsinə təyin olunur. Beləliklə, Kreml öz namizədi Ə. Kadırovun yolunu təmizləyir. 30 mart 2004-cü ildən V. V. Putinin müşaviri təyin edilir. Şimali Qafqaz regionunun problemləri ilə məşğuldur. 21 aprel 2005-ci ildə Böyük Vətən müharibəsində qələbənin 60 illiyi münasibətilə keçirilən "İslam sülh uğrunda" konfransında Rusiyanın vahid müftisini seçmək təklifiilə çıxış edir. Ölkənin üç əsas müsəlman mərkəzinin yeni liderləri müsəlman cəmiyyətində dini-hüquqi fərqlərin mövcudluğunu əsas göstərərək bunun hələ vaxtının çatmadığını söyləyir və icrası mümkünsüz bir ideya adlandırırlar. Beylənxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvüdür. IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni, 1989-cu ildə 54 sərnişin olan təyyarəni tutmuş terrorçuları zərərsizləşdirildiyinə görə "Qızıl ulduz" ordeni, Əfqanıstanın "İgidliyə görə" ordeni və medallarla təltif olunmuşdur. "Cinayətkar demokratiya olmur", "Mafiya: beşinci hakimiyyət", "Rusiyada sensasiyasız mafiya" və "Mən həmişə xalqı müdafiə edirəm" kitablarının müəllifidir. Soyuq silahların kolleksiyasını toplayır. Evlidir. İki övladı var.[2]
Mükfatları
redaktə- Fəxri ordenlə təltif edilib. (26 dekabr, 2012-ci il)
- Qırmızı Ulduz Ordeni (15 iyun 1989-cu il).
- Şərəf ordeni (5 fevral 1992-ci il).
- "Vətən qarşısında xidmətlərinə görə" IV dərəcli orden (5 aprel 2003-cü il).[3]
- Dostluq ordeni (11 mart 2007-ci il).[4]
- Kadırov ordeni (30 aprel 2008-ci il).
- "Milli dəyər" ordeni (21 iyun 2018-ci il).
Biblioqrafiya
redaktə- А. Аслаханов. "Квалификация взятничества", 1993.
- А. Аслаханов. "Демократия преступной не бывает", 1994.
- А. Аслаханов. "Мафия — пятая власть?". — Агентство международной информации "Международная Ассоциация по борьбе с Наркоманией и Наркобизнесом", 1996.
- А. Аслаханов. О российской мафии без сенсаций (размышления генерал-майора милиции). — 1996. — ISBN 9785457902312.
- А. Аслаханов. "Преступность в сфере экономики", 1997.
- А. Аслаханов. "Я всегда защищаю народ", 2000.
- А. Аслаханов. "Эволюция мирового терроризма", 2003.
İstinadlar
redaktə- ↑ 1 2 https://chechnyatoday.com/news/377370.
- ↑ Putin Ensiklopediyası. Bakı, 2006, s. 48–50
- ↑ "Указ Президента Российской Федерации «О награждении государственными наградами Российской Федерации» №404. Kremlin.ru". 2017-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
- ↑ "Указ Президента Российской Федерации от 11.03.2007 № 317 «О награждении орденом Дружбы Аслаханова А. А.». lawmix.ru". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
Ədəbiyyat
redaktə- Сигаури И. М. Очерки истории и государственного устройства чеченцев с древнейших времён. — М.: Русь, 2002. — Т. 3. — 398 с. — 500 экз. — ISBN 5-89655-009-X.