Aslan Ismayilov Muhendis - Wikipedia
İsmayılov Aslan Çopur oğlu (18 may 1951, Əmirxeyir, Krasnoselsk rayonu) — "Körpü-Tunel Tikinti" MMC-nin direktoru, Əməkdar Mühəndis[1]
Aslan İsmayılov | |
---|---|
Doğum tarixi | 18 may 1951 (73 yaş) |
Doğum yeri | |
İxtisası | Körpü-tunel tikintisi üzrə mühəndis |
Mükafatları | Əməkdar Mühəndis |
Həyatı
redaktəİsmayılov Aslan Çopur oğlu 18 may 1951-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Qaraqoyunlu mahalının, Krasnoselsk rayonu, Əmirxeyir kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirib.
1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun nəqliyyat fakültəsinin körpülər və tunellərin tikintisi şöbəsinə qəbul olunmuş, 1974-cü ildə həmin institutu bitirərək təyinatla Moskva şəhərində yerləşən ümumittifaq əhəmiyyətli "Mostotrest"ə göndərilmişdir.
A. Ç. İsmayılov 1974–1981-ci illərdə Rusiya Federasiyasında və sonralar Ermənistan Respublikasının Yerevan şəhərində yerləşən 486 nömrəli Körpü Tikintisi İdarəsində iş icraçısı, mühəndis və sahə rəisi vəzifəsində işləmişdir.
O, 1981-ci ildə "Mostotrest"dən Bakı şəhəri 100 nömrəli Körpü Tikinti İdarəsinə göndərilmiş və ölkəmizdə çoxsaylı yolötürücülərinin tikintisində çalışmışdır.
İşlədiyi dövrlərdə Sank-Peterburq və Moskva şəhərində ixtisasartırma kurslarında olub.
A. Ç. İsmayılov 2006-cı ildə "Akkord SDİ Şİrkətlər Qrupu" MMC Şirkətində baş direktorun müavini vəzifəsinə dəvət olunmuş və 2015-ci ilə kimi Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyib və şirkətdə Körpü-Tunel şöbəsini təşkil edib.
Aslan İsmayılov 2015-ci ilin iyun ayından "Körpü-Tunel Tikinti" MMC-nin direktoru vəzifəsində çalışır.
Aslan İsmayılov 20–26 iyun 2012-ci il tarixlərdə Tailand Pattaya Krallığında keçirilən Beynəlxalq Konfransda iştirak etmiş və "Keyfiyyətli idarəetmə və idarəetmə sistemlərinin səmərəliliyinin təkmilləşdirilməsinə müasir yanaşma" sertifikatı almışdır.
Ailəsi
redaktəAiləlidir, bir oğlu, bir qızı, dörd nəvəsi var. Oğlu ali təhsilli iqtisadçıdır və özəl tikinti şirkətinin sahibidir. Qızı isə ali təhsilli ingilis dili müəllimidir, məktəbdə dərs deyir.
Yerevan şəhərində tikilən metropoliten xəttinin körpülərinin, Masis-Nurnus dəmir yolu xəttinin tikintisi zamanı çay və yolötürücüləri keçən 17 körpünün tikintisi, Leninakan, Allahverdi şəhərində körpülərin tikintisi, "Arzni" dərəsi üzərindən tikilən 120 m hündürlüyündə körpünün tikintiləri…
Tikintisinə rəhbərlik elədiyi obyektlər
redaktəİş icraçısı, sahə rəisi vəzifələrində çalışarkən — Yerevan şəhərində tikilən metropoliten xəttinin körpülərinin, Masis-Nurnus dəmir yolu xəttinin tikintisi zamanı çay və yolötürücüləri keçən 17 körpünün tikintisi, Leninakan, Allahverdi şəhərində körpülərin tikintisi, "Arzni" dərəsi üzərindən tikilən 120 m hündürlüyündə körpünün tikintiləri; Bakı st. Sumqayıt-Nasosnı yolu, Bakı-Ələt yolu üzərində körpü və yolötürücüləri; Bakıxanov küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Babək prospektində olan yolötürücüləri; Qubadlı rayonu "Həkəri" çayı və Qubadlı-Laçın yolu — çay üzərində körpülər; Qarabağda Füzuli-Ağdam yolunda "Köndələn" çayı üzərində partladılmış körpünün sökülüb təzədən istifadəyə verilməsi; Şəhidlər Xiyabanı sahəsində məscidin tikintisi və sair.
"Akkord STİK" Korporasiyasında Layihə rəhbəri və Departament rəisi vəzifəsində işləyərkən — BülBül prospekti ilə Füzuli küçəsinin və Rəşid Behbudov prospekti ilə Füzuli küçəsinin kəsişməsində yeraltı keçidlər; Bakı-Zığ şosesi-Aeroport yolunda körpülər; "Exselsior" mehmanxanası dairəsində müxtəlif səviyyəli yol qovşağı; BakıQuba yolunda körpülərin tikintisi; "Gənclik" metrosu ətrafında "Qələbə" meydanında müxtəlif səviyyəli yol qovşağı; Ziya Bünyadov prospekti ilə Böyük Şor küçəsinin kəsişməsində yolötürücüsü; "Koroğlu" metro stansiyası ətrafında Heydər Əliyev prospektinin altından keçən 2 ədəd 2000 mm diametrli mikrotunelin tikintisi; Şabran rayonunda çay üzərində körpünün tukintisi və sair.
Ölkənin layihə-tikinti sektorunda 45 ildən çox stajı olan Aslan İsmayılovun əməyi hər zaman yüksək qiymətləndirilmişdir.
Mükafatları
redaktəAzərbaycan Respublikasında yol nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarının yerinə yetirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirdiyinə görə "Nəqliyyat və Yollar" ictimai-siyasi və iqtisadiyyat qəzetinin "Fəxri Fərman"ı ilə, Ümumilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətinin həyata keçirilməsinə verdiyi töhfələrə görə "Respublika Araşdırma Mərkəzi"nin rəy sorğusuna əsasən Fəxri Diplomla (2012-ci il), "Beynəlxalq İnformasiya Agentliyi"nin rəy sorğusuna əsasən "Xalq və Azərbaycan Naminə" Fəxri Diplomu ilə (2015-ci il), "Pressxəbər" saytının keçirdiyi rəy sorğusuna əsasən "Azərbaycan Ziyalısı" Fəxri Diplomu ilə (2016-cı il), "Parlamentinsəsi.az" saytının keçirdiyi rəy sorğusuna əsasən "Şərəfli Ömür" Fəxri Diplomu ilə təltif olunub.(2016-cı il)
Azərbaycan İnşaat Kompleksi İşçilərinin Müstəqil Həmkarlar İttifaqı ("İnşaat- İş") İcraiyyə Komitəsi tərəfindən 10 Aprel – "İnşaatçılar Günü" münasibətilə "Fəxri Fərman"la təltif olunub.
Respublika Həmkarlar İttifaqı işində yaxından və fəal iştirakına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinın qərarı ilə "Fəxri Fərman"la təltif olunub.(2014-cü il)
10 aprel 2012-ci il tarixdə Aslan İsmayılov Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir[2].
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Azərbycan Tikinti Kompleksinin Ensiklopediyası" kitabı, II cild, səhifə: 135.
- ↑ "Azərbaycan Respublikasında inşaat sahəsinin işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2151 nömrəli Sərəncamı". e-qanun.az (azərb.). 10 aprel 2012. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2016.