Asiya Qara Ayisi - Wikipedia
Asiya qara ayısı (lat. Ursus thibetanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü.
Asiya qara ayısı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Asiya qara ayısı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədənin uzunluğu erkəklərdə 158–171, dişilərdə 128–144 sm-dir. Erkəklərin kütləsi 120–150, dişilərin isə 50–125 kq-dır. Əsasən giləmeyvə, ağacların yarpaqları və toxumları ilə qidalanırlar. Himalay ayıları Şərqi Asiyada, Rusiyada isə Primorskiy diyarında və şimali Amur ərazisində yayılmışdır. Himalay ayısı vegeteriandır. Himalay ayıları ağaclara asnlıqla çıxırlar. Qışda Himalay ayıları özlərinə qış yataqları hazırlayırlar. İri koğuş ağacları axtarıb tapır, koğuşları təmizləyirb genişləndirirlər. Belə ağacları tapmadıqda qayalıqlarda olan mağaralarda, onları tapmadıqda isə torpağın altında qış yuxusuna gedirlər. Himalay ayıları noyabrdan marta kimi qış yuxusunda olurlar. Yanvar -fevral aylarında dünyaya çox kiçik (siçovul böyüklüyündə) kor 1–3 ədəd balalarını gətirirlər. Üç ay boyunca balalarını ana südü ilə yemləyirlər. Ayı balaları növbəti payıza kimi analarının yanında qalırlar
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0