Asiya Enliqulagi - Wikipedia
Asiya enliqulağı (lat. Barbastella leucomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin enliqulaq cinsinə aid heyvan növü. Avropa enliqulağından fərqli olaraq iriliyi və xəzinin tünlüyü ilə seçilir.
Asiya enliqulağı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Asiya enliqulağı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yayılması
redaktəArealı Efiopiyanın şimalını, Kiçik və Orta Asiyanı, Cənubi Qafqaz, Yaxın Şərq, İran, Əfqanistan, Pamir, Pakistanın şimalı, Hindistan və Qərbi Çini əhatə edir. Qlobal areal çərçivəsində müxtəlif landşaftlarda - səhralardan tropik meşələrə qədər, dağətəyi və dağlıq yerlərdə d.s.2500 m hündürlükdə yayılmışdır. Qafqazda Asiya enliqulağı əsasən cənubi-şərq əyalətlərində (440 ş.e. qədər) yayılmışdır. Azərbaycanda 8 nöqtədə qeydə alınmışdır, əsasən cənub yarımkürəsində d.s. 600–1600 m hündürlükdə olan əraziləri əhatə edir.
Yaşayış yeri və həyat tərzi
redaktəAdətən bu yarasalar arid landşaftlarda (Qobustanda və Bozdağ silsiləsində mağaralarda, Ordubad Milli Parkının Kilit və digər mağaralarında) rast gəlinir. Oturaq həyat tərzi keçirir. Həm yay, həm də qış fəslində qeydə alınmışdır. Hər yerdə azsaylıdır. Çox güman ki, bunun əsas səbəbi bütün areal daxilində nadir olmasıdır. Sığınacaqları əsasən yeraltı mağaralarda (karst mağaraları), bəzən damlarda rast gəlinir. Balalayan dişilər mağaralarda koloniyalar yaradır. Bizim müşahidələrimizə əsasən, heyvanlar tez-tez sığınacaqlarını dəyişirlər, buna görə də, çoxsaylı quru yeraltı sığınacaqlarının mövcudluğu yaşayış yerlərinin seçilməsi zamanı böyük əhəmiyyət kəsb edir. Erkəklər və balalamayan dişilər tək-tək, nadir hallarda kiçik qruplarla yaşayırlar. Yazdan payız fəslinə qədər müxtəlif cinsli heyvanlar tək-tək, qışda isə, qruplarla (sığınacaqlarda çox vaxt bir-birilərindən aralı yerləşirlər) nəzərə çarpır. Yeraltı yuyulma sığınacaqlarında Asiya enliqulaqları bəzən böyük nalburunlar (Rhinolophus ferrumequinum), nadir hallarda, üçrəng şəbpərələr (Myotis emarginatus), cənub nalburunları (Rh. euryale), itiqulaq şəbpərələr (Myotis blythii) və adi uzunqanad ilə birlikdə rast gəlinir. Qışı bu enliqulaq quru mağaralarda, kahalarda və suni yeraltı sığınacaqlarda keçirir. Bu koloniyalar zəifdirlər və onları narahat etmək olmaz. Biologiyası az öyrənilmişdir. Dişilər iyunun ortasında bir bala dünyaya gətirir. Alatoranda ova çıxır və az hündürlükdə həşəratları ovlayırlar. Enliqulaqlar yumşaqbədənli həşaratlarla (gecə kəpənəkləri, ikiqanadlılar və s.) qidalanırlar.
Sayı
redaktəƏsasən tək yaşayan fərdlər qeydə alınmışdır. Bir sığınacaqda, bəzən 10 enliqulaqdan çox rast gəlinir. Son illər nadir hallarda müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəAsiya enliqulağının koloniyaları yeraltı sığınacaqlardan istifadə hallarının çoxalması nəticəsində zəifdir. Nadir növ olduğundan, hər hansı koloniyanın məhv edilməsinin onun regionda yayılmış populyasiyası üçün ağır nəticələri ola bilər. Sığınacaqlarda narahat edilməsi – bu növün sayının azalmasının əsas səbəbidir. Bu landşaftların antropogen transformasiyası da növə xeyli təsir göstərir.
Qorunması
redaktəAzərbaycanda bu növlərin yaşama yerləri Bern Konvesiyasına (Əlavə II) əsasən, eyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərində qorunur. Lakin bu yarasaların məskunlaşdığı sığınacaqların qorunması üçün xüsusi tədbirlər həyata keçirilmir. Enliqulaqların sıx yayıldığı ərazilərdə inventarizasiyalar həyata keçirilməli, bu ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri yaradılmalıdır. Növün tədqiqi və mühafizəsi üzrə aktiv koordinasiya yaradılmalıdır. Asiya enliqulağının populyasiyasının və onun sığınacaqlarının vəziyyəti, yayılması və sayı üzrə monitorinqlər həyata keçirilməlidir. Onların məlum sığınacaq yerləri (əsasən Naxçıvan MR və Bozdağ silsiləsində) təbiət abidələri elan edilməlidir. Bu heyvanların əsas sığınacaq yerləri olan quru yuyulma mağaralarınının dağıdılmasının qarşısı alınmalıdır. Növün rasionu öyrənilməlidir və qida obyektlərinin sayına təsir edən faktorlar müəyyən edilməlidir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0