Arx - Wikipedia
Arx ya da kanal — insan əli ilə düzəlmiş, sulama ya da nəqliyyat məqsədi ilə istifadə edilən su yollarıdır. Axma sürəti çox olmayan çaylar keçmişdən günümüzə dək həmişə nəqliyyat üçün istifadə edilmişdilər. Bu çayların bir-birlərinə yaxınlaşdığı yerlərdə kanallar açılmaq surətiylə nəqliyyat daha da asan hala gətirilmişdir.
Suyu mənbədən sahəyə axıtmaq üçün dayaz suvarma kanalı. Arxlardan, əsasən, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda, Yaxın və Orta Şərq ölkələrində geniş istifadə olunur; səhra və yarımsəhra zonaları şəraitində sahələr il boyu Arxların öz axını ilə suvarılır. Arxlar daimi və müvəqqəti olur. Daimi Arxlar şəbəkəsinə əsas (magistral) və paylayıcı Arxlar daxildir. Magistral Arx mənbədən (çay, göl və s.) götürdüyü suyu paylayıcı Arxlara verir. Su paylayıçı Arxlar vasitəsilə əkin sahələrinə, oradan da müvəqqəti Arxlarla suvarma zolaqlarına axıdılır.
Tarixi
redaktəArxların çəkilməsinin tarixi çox qədimdir. Hələ eramızdan 4400 il əvvəl Misirdə Nil çayı vadisində və e.ə. 3-cü minillikdə Çində əkinçilikdə istifadə üçün Arxlar çəkilmişdi. 3 min il əvvəl qədim Xarəzm dövlətində suvarma Arxlarından istifadə olunmuşdur. Azərbaycanda e.ə. 1-ci minilliyin ortalarından geniş süni suvarma sistemi mövcud idi. Bu dövrdə Muğan və Qarabağ düzlərində çoxlu Arxlar çəkilmişdir. Naxçıvan ərazisində qədim tarixi olan Fərhad arxının izləri indi də qalır. Antik və orta əsr mənbələrində Azərbaycan ərazisində Kür və Araz çaylarından suvarma Arxlarının çəkildiyi barədə məlumat verilir. Mil düzündə çəkilmiş Govurarx 4–6 əsrlərə aid edilir. Kanal-arx sisteminə daxil olan müasir Arxlarda su sərfinin tənzimi və suyun bölüşdürülməsi üçün hidrotexniki qurğular tətbiq edilir. Su itkisini azaltmaqdan ötrü Arxların dibi və divarları beton və s. materiallarla bərkidilir.
Bilinən ən əski arx miladdan əvvəl təxminən 4000-li illərdə Mesopotamiya da düzəlmişdir. əski zamanların ən uzun kanalı isə Böyük Çin arxıdır. 1794 km uzunluğundakı arx İmperator Yang Guangı Beijing və Hangzou arasında daşımaq üçün düzəldilmişdir. Proyekt rəsmi olaraq 605 ilində başlamış olsa da ilk təməlləri miladdan əvvəl 486 ilində atılmışdır. Amerikanların açdığı Panama arxı yer üzündəki ən əhəmiyyətli arxlardandır.