Artur Volosin - Wikipedia
Artur Vladimiroviç Voloşin (24 iyun 1973, İliç – 24 oktyabr 1995, Xaraçoy[d], Çeçenistan) — Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsində sürücü-milis, milis baş çavuşu. Rusiya Federasiyası Qəhrəmanı (ölümündən sonra).[1]
Artur Voloşin | |
---|---|
Artur Vladimiroviç Voloşin | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 iyun 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 1995 (22 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Təyinatlı milis dəstəsi |
Xidmət illəri | 1991-1993; 1993-1996 |
Rütbəsi | milis baş çavuşu |
Vəzifəsi | sürücü-milis |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktə1973-cü il iyun ayının 24-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının İlyiçovsk (indiki Şərur şəhəri) qəsəbəsində anadan olmuşdur. Milliyyətcə rusdur. Bir neçə ildən sonra ailəsi Amur vilayətinə köçmüşdür. 1979-cu ildən 1989-cu ilə qədər Kozmodemyanski orta məktəbində təhsil almışdır. 1990-cı ildə Voloşin Tambovski hərbi komissarlığı tərəfindən Rayçixinski məktəbində Ordu, Aviasiya və Donanmanın birgə fəaliyyət könüllü cəmiyyəti məktəbində təhsil almağa göndərilmiş, orada sürücü peşəsinə yiyələnmiş daha sonra bir müddət Ümumittifaq Elmi tədqiqat İnstitutunun Təcrübi-istehsalat təsərrüfatında mexanik işləmişdir. 1991-ci il iyul ayının 8-də SSRİ Silahlı Qüvvələrinə çağırılmış, Primorski diyarında təcili xidmətə cəlb edilmiş və avtomobil batalyonunda bölməyə komandanlıq etmişdir. 1993-cü ilin mayında "kiçik çavuş" rütbəsi ilə tərxis olmuşdur. 1993-cü ilin oktyabrında Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəstələrinin daxili işlər orqanında milis-sürücü xidmətinə cəlb edilmişdir. 1994-cü ilin sentyabr-dekabr aylarında Daxili işlər İdarəçiliyinin Təhsil mərkəzində ilkin hazırlığı uğurla başa vurmuşdur. XMD-nin xüsusi dəstələri tərkibində Voloşin iki dəfə 1-ci Çeçen müharibəsində iştirak etmişdir (1995-ci ilin aprelin 1-dən 15 maya qədər, 24 sentyabrdan etibarən). Bu müddət ərzində o milis çavuşu rütbəsi əldə etmiş, daha sonra da baş çavuş rütbəsinə yiyələnmişdir. 1995-ci il 24 oktyabrda Çeçenistanın Vedenski rayonunun Xaraçoy kəndində gedən döyüşlərdə Amur vilayətinin Daxili İşlər İdarəçiliyi yanında Xüsusi Milis dəsətələri əməkdaşlarının qrupları tərkibində Voloşin də iştirak etmiş və xidməti tapşırığı yerinə yetirərkən həlak olmuşdur. Amur vilayətinin Tambovski rayonunda Lozov kəndində dəfn olunmuşdur.[1]
Mükafatları
redaktəRusiya Federasiyası Prezidentinin fərmanı ilə göstərdiyi igidlik və şücaətə görə 1996-cı il 21 iyun tarixində baş çavuş Artur Voloşin Vladimiroviçə ölümündən sonra Rusiya Federasiyası qəhrəmanı adı verilmişdir.[1]
Xatirəsi
redaktəArtur Voloşinin xatirəsinə adı Blaqoveşenskdə və Lozovo kəndində küçəyə verilmişdir. 1999-cu ilin sentyabrında Blaqoveşenskdə Artur Voloşenin abidəsinin təntənəli açılışı olmuşdur. 2005-ci ildə Lozovoda Artur Voloşinin xatirə löhvəsi qoyulmuşdur. Blaqoveşenskdə onun adına turnir keçirilir.[1]