Art Ve Xaos - Wikipedia
Art və Xaos — Qaraqanın 2019-cu ildə nəşr olunan fəlsəfi əsəri.[1]
Art və Xaos | |
---|---|
rus. Арт и Хаос | |
| |
Müəllif | Qaraqan |
Janr | Fəlsəfə |
Orijinalın dili | rusca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 2019 |
Tərcüməçi | Sədaqət Əhmədova |
Nəşriyyat | TEAS Press Nəşriyyat evi |
Cild | Yumşaq üz qabığı |
Səhifə | 376 |
ISBN | 978-9952-310-77-1 |
Məzmun
redaktəO qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq... Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. "Sıradan biri" olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən "Art və Xaos" adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər incəsənətdir, yoxsa Xaos? Art və xaos... Bu, incəsənətin və həqiqətin, yalanın və doğrunun mübarizəsidir. Burada Nyu-York həyatının xırdalıqları, Nyu-York gənclərinin ruhu, arzuları, azad seksual həyatı "Draft Beer" kimi filtrdən keçmədən, təmizlənmədən təqdim olunub. "Mentalitet Nazirliyi" isə xəbərdarlıq edir: Eydenlə Xloe arasında olan hisslər "Nə deyərlər?"inizin sağlamlığına ziyandır.
İstinadlar
redaktə- ↑ Qaraqan. "Art və Xaos - Qaraqan - Romanlar - Bütün nəşrlər - TEAS Press Nəşriyyat evi" (az.). TEAS Press. 2019. 2019-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-30.