Artur De Qobino - Wikipedia
Artür de Qobino (fr. Joseph Arthur Comte de Gobineau; 14 iyul 1816[1][2][…], Vill-de-Avre[d][3] – 13 oktyabr 1882[1][2][…], Turin[4]) — Fransız yazıçı və diplomat. Qabino irqçiliklə bağlı teoriyalarını genişləndirməklə 1853-cü ildə yazmağa başladığı İnsan irqlərinin qeyri-bərabərliyi haqqında təcrübələr əsəri ilə məşhurlaşmışdır. Orijinalında (fr. Essai sur l'Inegalite de Races Humaine) olaraq adlanan əsər 1855-ci ildə tamamlanmışdır.
Artür de Qobino | |
---|---|
fr. Joseph Arthur Comte de Gobineau | |
Doğum tarixi | |
Doğum yeri | İl-de-Frans, Fransa |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Turin, İtaliya |
Dəfn yeri |
|
Vətəndaşlığı | Fransa |
Milliyyəti | Fransız |
Fəaliyyəti | Yazıçı və diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArtür de Qobino 1816-cı ildə Fransanın İl-de-Frans bölgəsində məmur ailəsində dünyaya gəlmişdir.[5] Dövlət məmuru olan atası kral hökumətinə sədaqəti ilə tanınırdı.[6] Anası (fr. Anne-Louise Magdeleine de Gercy) krallıqda vergi məmuru olan şəxsin qızı idi.[7] Anası ilə bağlı xatirələrini bir necə əsərində canlandırmışdır. Qobino 14 yaşında olarkən anası başqa bir adama qoşularaq qaçmış və oğlunu da özü ilə İsveçrəyə aparmışdır. Qobinonun orientalizm ilə tanışlıq imkanı da İsveçrə də olduğu müddətdə baş tutmuşdur.
Fransa və İsveçrədə məktəb və universitet təhsillərini almışdır. İsveçrənin İngilzen şəhərində anası və anasının sevgilisi ilə birlikdə qaldığı illərdə alman dilini öyrənmişdi.[8] Fransaya qayıtdıqdan sonra bir müddət elmi-fantastika və qorxu janrında əsərlər yazmaqla məşğul oldu. Yaxın dostluq münasibəti qurduğu və məktublaşdığı İkinci Cümhuriyyətin Xarici İşlər Naziri Alexis de Tocquevillenin köməkliyi ilə 1849-cu ildə Fransa Xarici İşlər Nazirliyində işə başladı. Qobino qısa zamanda II Cümhuriyyət dönəminin mühüm diplomatlarından birinə çevrilmişdir. Braziliya və digər ölkələrdə səfir kimi işləməmişdən əvvəl 1855-ci ildə III Napoleon tərəfindən İrana səfir olaraq təyinat almışdır. 1859-cu ildə Fransanın kommisarı kimi Amerika Birləşmiş Ştatlarına göndərildi. Xüsusi səfir kimi 1861-ci ildə İrana növbəti dəfə təyinat almışdır. Qobinonun səfir kimi çalışdığı yerlər arasında Afina, Rio-de-Janeyro və Stokholm kimi şəhərlərdə var.
Qobinonun məşhurlaşmasında rol oynamış fikirləri əsasən insan irqi ilə bağlıdır. Belə ki, Qobino irqlərin sinifləndirilməsinin tərəfdarı idi və irqləri çoğrafi baxımdan bir necə qruplara ayırmışdı. Fikirlərinə əsasən insan dərinlərinin müxtəlif rənglərdə olması onların arasındakı əsas bariyeri təşkil edirdi və bu bariyerinin dağıdılması xaosa səbəbiyyət verməkdə idi. Orta Şərq, Mərkəzi Asiya, Hindistan, Şimali Afrika və Cənubi Fransa Qobinoya görə irqi baxımdan qatışıq ərazilər olaraq qəbul edilmişdir.
Qobino ağ irqin ali olmasını müdafiə edir və digərlərindən daha üstün olduğunu deyirdi. Arilərlə əlaqələndirdiyi tezisini möhkəmləndirmək üçün irqlərin bir-biri ilə qatışmasının və mələzləşməsinin qarşısı alınmaz bir proses kimi təsvir etmişdir. Qobino səsləndiriyi fikirlərin üzərində əminliklə dayanmamışdır və həyatının müxtəlif dönəmlərində insan irqi ilə bağlı səsləndirdiyi fikirlərində dəyişikliklər etmişdir.
İnsan irqlərinin qeyri-bərabərliyi haqqında
redaktəƏsər nasistlərin və bir çox millətçilərin manifestinə çevrilmişdir. Əsərində Qobino bütün xalqların öyrənilməsi əsasında insanların etnik yaxud irqi fərqlərinin onların mədəniyyətlərinin və tarixi talelərinin fərqlənməsinin əsas səbəbi olduğunu ortaya qoyur. O göstərir ki, hal-hazırda da irqi fərqlər mədəni tərəqqinin əsas hərəkətverici qüvvələrindən Qobino təbii, coğrafi və iqlimin ictimai təsisatlara, əxlaqın və digər mənəvi amillərin mədəni tərəqqiyə təsirini qəbul etmir. O yalnız insanların morfoloji xüsusiyətlərinin təsirini hesab edirdi.
Əsərləri
redaktəİngilis dilində olan əsərləri
redaktə- Beasley, Edward (2010). The Victorian Reinvention of Race: New Racisms and the Problem of Grouping in the Human Sciences, Taylor & Francis.
- Biddiss, Michael D. (1970). Father of Racist Ideology: The Social and Political Thought of Count Gobineau, Weybright & Talley.
- Biddiss, Michael D. (1970). "Prophecy and Pragmatism: Gobineau's Confrontation with Tocqueville," The Historical Journal, Vol. 13, No. 4.
- Biddiss, Michael D. (1997). "History as Destiny: Gobineau, H. S. Chamberlain and Spengler," Transactions of the Royal Historical Society, Sixth Series, Vol. VII.
- Blue, Gregory (1999). "Gobineau on China: Race Theory, the 'Yellow Peril,' and the Critique of Modernity," Journal of World History, Vol. 10, No. 1.
- Dreher, Robert Edward (1970). Arthur de Gobineau, an Intellectual Portrait, University of Wisconsin.
- Fortier, Paul A. (1967). "Gobineau and German Racism," Comparative Literature, Vol. 19, No. 4.
- Gillouin, Rene (1921). "Mystical Race Theories," The Living Age, No. 4015.
- Grimes, Alan P. & Horwitz, Robert H. (1959). "Elitism: Racial Elitism." In Modern Political Ideologies, Vol. V, Oxford University Press.
- Haskins, Frank H. (1924). "Race as a Factor in Political Theory." In A History of Political Theories, Chap. XIII, The Macmillan Company.
- House, Roy Temple (1923). "Gobineau, Nietzsche, and Spiess," The Nation, April 11.
- Kale, Steven (2010). "Gobineau, Racism, and Legitimism: A Royalist Heretic in Nineteenth-Century France," Modern Intellectual History, Volume 7, Issue 01.
- Rahilly, A. J. (1916). "Race and Super-Race," The Dublin Review, Vol. CLIX.
- Richards, Robert J. Was Hitler a Darwinian?: Disputed Questions in the History of Evolutionary Theory. University of Chicago Press. 8 November 2013. ISBN 978-0-226-05893-1. İstifadə tarixi: 13 August 2015. Lay summary (28 October 2013).
- Rowbotham, Arnold H. (1929). The Literary Works of Count de Gobineau, H. Champion.
- Schemann, Ludwig (1979). Gobineau, Arno Press.
- Seillière, Ernest (1914). "The Life and Work of Count Arthur de Gobineau." In The German Doctrine of Conquest, Maunsel & Co.
- Sorokin, Pitirim A. (1928). "Anthropo-Racial, Selectionist, and Hereditarist School." In Contemporary Sociological Theories, Harper & Bros., pp. 219–308.
- Snyder, Louis L. (1939). "Count Arthur de Gobineau and the Crystallization of Nordicism." In Race: A History of Modern Ethnic Theories, Longmans, Green & Co.
- Spring, Gerald Max (1932). The Vitalism of Count de Gobineau, New York, [s.n.].
- Valette, Rebecca M. (1969). Arthur de Gobineau and the Short Story, University of North Carolina Press.
- Eric Voegelin (1940). "The Growth of the Race Idea," The Review of Politics, Vol. 2, No. 3, pp. 283–317.
- Eric Voegelin (1997). Race and State, University of Missouri Press.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Joseph Arthur de Gobineau // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ Bibliothèque nationale de France Record #11905198w // BnF catalogue général (fr.). Paris: BnF.
- ↑ Гобино Жозеф Артюр де // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Arxivlənmiş surət". 2016-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-04.
- ↑ "Arxivlənmiş surət". 2013-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-04.
- ↑ Biddiss, Michael The Father of Racist Ideology, New York: Weybright and Talley, 1970 page 45.
- ↑ Budil, Ivo "Arthur Gobineau and Greece. A view of a man of letters and diplomat" pages 131–154 from Prague Papers on the History of International Relations, Prague : Institute of World History 2008 pages 133–134.