Arslantepe - Wikipedia
Arslantəpə (türk. Arslantepe) və ya Melid (Hitit. Malidiya[1] və ya Midduva[2] akkad. Meliddu;[3] urartu. Melitea; lat. Melitene) ― Tavr dağlarından başlayan Fəratın yuxarı qolu olan Tohma çayı üzərində mövcud olmuş qədim şəhər. Şəhərin dağıntıları müasirTürkiyənin Malatya şəhəri yaxınlığındakı eyniadlı arxeoloji ərazidə yerləşir.[4]
Arslantəpə | |
---|---|
38°22′55″ şm. e. 38°21′40″ ş. u.HGYO | |
Yer | Malatya ili, Türkiyə |
Tip | Yaşayış məntəqəsi |
Yer qeydləri | |
Vəziyyəti | Dağıntı |
Rəsmi adı: Arslantepe Mound | |
Tipi | Mədəni |
Kriteriya | iii |
İstinad nöm. | 1622 |
Sahə | 4,85 ha |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəMis dövrü
redaktəƏrazidəki ilk yaşayış yeri Mis dövrünə aiddir.[5] Mis dövrünün sonunda Aslantəpənin bölgədəki əhəmiyyəti artmışdır.
Değirməntəpə
redaktəMelidin 24 km şimal şərqində yerləşən Değirməntəpə adlı yer mis əridilməsinə dair ən erkən etibarlı dəlil olaraq diqqət çəkir.[6] Ərazi Fərat çayından 40 metr məsafədə, allüvial düzənlikdəki kiçik bir təbii ərazidə inşa edilmişdir.
Erkən Tunc
redaktəBu dövrə aid qalıqlar Uruk dövrünün sonlarında inkişaf etmiş böyük məbəd/saray kompleksini əhatə edir.[7]
Melid bu dövrdə Fərat çayı boyunca ticarət koloniyası olaraq fəaliyyət göstərən "Böyük Mesopotamiyanın şimal bölgələri" nin bir hissəsi idi və şəhərdən Şumerə xammal daşınırdı.
Şəhər eramızdan əvvəl 3000-ci ildə baş vermiş böyük yanğında və məhv olmüş və bundan sonra ərazidə Kür-Araz mədəniyyətinə aid saxsı qablar meydana gəlmişdir. Bu, əsasən Qafqaz dağları ilə əlaqəli pastoralist mədəniyyət idi.[8]
Son Tunc dövrü
redaktəƏrazi Son Tunc dövründə İşuva krallığındakı daha böyük bir bölgənin inzibati mərkəzinə çevrildi. Bu dövrdə şəhər bəlkə də qərbdən gələn Hett təhlükəsi səbəbi ilə istehkamla əhatə olunmuşdu. Son Tunc dövründə şəhər mədəniyyət olaraq Hurri, Mitanni və Hettlərdə təsirlənmişdir.
Dəmir dövrü
redaktəHett imperiyasının süqutundan sonra, VII–XII əsrlərdə şəhər müstəqil Luvi Neo-Hett dövləti olan Kammanunun mərkəzi oldu.
Aşşur kralı I Tiqlatpalasar (e.ə. 1115–1077) ilə qarşılaşma Melid krallığının Aşşur dövlətinə xərac verməyə məcbur olması ilə nəticələndi. Melid Aşşur kralı II Sarqonun (e.ə. 722–705) şəhəri e.ə. 712-ci ildə ələ keçirməsinə qədər öz mövqeyini qoruyub saxladı.[9] Sarqonla eyni vaxtda Kimmer və İskitlər də Anadolunu işğal etmiş və nəticədə şəhər tənəzzüllə uğramışdır.
İqor Dyakonov və Con Qreppinin dediklərinə görə, e.ə. 1200-cü ilə qədər Melid əhalisi arasında ermənilər də var idi.[10]
Arxeologiya
redaktəArslantepe ilk dəfə 1932–1939-cu illərdə Fransız arxeoloq Luiz Delaporte tərəfindən araşdırılmışdır.[11][12][13]
Arslantəpədə italyanlar tərəfindən ilk qazıntı 1961-ci ildə başlamış və 1968-ci ilə qədər professor Piero Meriggi və Salvator M. Puqlisinin rəhbərliyi altında aparılmışdır.[14][15][16] Onların Arslantəpəyə olan maraqlarının əsas səbəbi ərazinin Neo-Hett dövründəki məskunlaşma mərhələlərini araşdırmaq istəkləri idi. Meriggi yalnız ilk bir neçə kampaniyada iştirak etdi və daha sonra bu işi Türk hökumətinin müntəzəm icazəsi ilə illik araşdırmaları daha da genişləndirən və mütəmadi olaraq aparan paleoetnoloq Puqlisinin öhdəsinə buraxdı. 1970-ci illər ərzində qazıntı işlərinə nəzarəti Alba Palmieri öz üzərinə götürdü.[17][18] 21-ci əsrin əvvəllərində aparılan arxeoloji araşdırmaya isə Marsella Frangipeyn rəhbərlik edirdi.[4]
Erkən qılınclar
redaktəErkən Tunc dövrünə (təqribən 33–31 əsrlər) aid ilk qılınclar Roma Universitetindən Marsella Frangipeynin Arslantəpədəki tapıntılarına əsaslanır.[19][20][21] Ərazidə arsen-mis ərintisindən hazırlanmış doqquz qılınc və xəncəri ehtiva edən gizli yer tapılmışdır. Bunların arasından üç qılınc gümüşlə bəzədilmişdi.
Bu silahların ümumi uzunluğu 45–60 sm arasındadır və uzunluqlarına görə qısa qılınc və ya uzun xəncər kimi təsvir edilir.
Qalereya
redaktəQaya təsvirləri
redaktəBarelyeflər
redaktəİstinad siyahısı
redaktə- ↑ "Melid Arxivləşdirilib 2016-05-09 at the Wayback Machine." Reallexikon der Assyriologie. Accessed 12 Dec 2010.
- ↑ KBo V 8 IV 18. Op. cit. Puhvel, Jaan. Trends in Linguistics: Hittite Etymological Dictionary Arxivləşdirilib 2016-05-08 at the Wayback Machine: Vol. 6: Words Beginning with M. Walter de Gruyter, 2004. Accessed 12 Dec 2010.
- ↑ Hawkins, John D. Corpus of Hieroglyphic Luwian Inscriptions. Vol. 1: Inscriptions of the Iron Age. Walter de Gruyter, 2000.
- ↑ 1 2 Historical Dictionary of the Hittites Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine, pp. 185–186
- ↑ Frangipane Marcella. The Late Chalcolithic IEB I sequence at Arslantepe. Chronological and cultural remarks from a frontier site. In: Chronologies des pays du Caucase et de l’Euphrate aux IVe-IIIe millénaires. From the Euphrates to the Caucasus: Chronologies for the 4th-3rd millennium B.C. Vom Euphrat in den Kaukasus: Vergleichende Chronologie des 4. und 3. Jahrtausends v. Chr. Actes du Colloque d’Istanbul, 16–19 décembre 1998. Istanbul : Institut Français d'Études Anatoliennes-Georges Dumézil, pp. 439–471, 2000
- ↑ "Arxivlənmiş surət". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ Frangipane Marcella. A 4th-millennium temple/palace complex at Arslantepe-Malatya. North-South relations and the formation of early state societies in the Northern regions of Greater Mesopotamia.. In: Paléorient, vol. 23, no. 1. pp. 45–73, 1997
- ↑ Frangipane, Marcella. "Different types of multiethnic societies and different patterns of development and change in the prehistoric Near East". Proceedings of the National Academy of Sciences. 112 (30). 2015: 9182–9189. doi:10.1073/pnas.1419883112. ISSN 0027-8424. PMC 4522825. PMID 26015583.
- ↑ J. D. Hawkins, Assyrians and Hittites, Iraq, vol. 36, no. 1/2, pp. 67–83, 1974
- ↑ John A. C. Greppin and I. M. Diakonoff. Some Effects of the Hurro-Urartian People and Their Languages upon the Earliest Armenians Journal of the American Oriental Society Vol. 111, No. 4 (Oct. — Dec., 1991), p. 727.(https://www.jstor.org/stable/603403?read-now=1&seq=8 Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine)
- ↑ Louis Delaporte, Malatya. La Ville et le Pays de Malatya, Review Hittites et Asian, vol. 2, no. 12, pp. 119–254, 1933
- ↑ Louis Delaporte, Malatya — Céramique du Hittite Recent, Review Hittites et Asian, vol. 2, no. 15, pp. 257–285, 1934
- ↑ Louis Delaporte, La Troisième Campagne de Fouille è Malatya, Review Hittites et Asian, vol. 5, no. 34, pp. 43–56, 1939
- ↑ S.M. Puglisi and P. Meriggi, Malatya I: Rapporto preliminare delle Campagne 1961 e 1962, Orientis Antiqui Collectio, vol. 7, 1964
- ↑ E. Equini Schneider, Malatya II: Rapporto preliminare delle Campagne 1963–1968. Il Livello Romano Bizantino e le Testimonianze Islamiche, Orientis Antiqui Collectio, vol. 10, 1970
- ↑ P.E. Pecorella, Malatya III: Rapporto preliminare delle Campagne 1963–1968. Il Livello Eteo Imperiale e quelli Neoetei, Orientis Antiqui Collecti, vol. 12, 1975
- ↑ Alba Palmieri, "Excavations at Arslantepe (Malatya)," Anatolian Studies, vol. 31, pp. 101–119, 1981
- ↑ Alba Palmieri, "Arslantepe Excavations, 1982," Kazi Sonuçlari Toplantisi, vol. 5, pp. 97–101, 1983
- ↑ "Oldest Swords Found in Turkey". 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ Frangipane, M. et.al. 2010: The collapse of the 4th millennium centralised system at Arslantepe and the far-reaching changes in 3rd millennium societies. ORIGINI XXXIV, 2012: 237–260.
- ↑ Frangipane, "The 2002 Exploration Campaign at Arslantepe/Malatya" (2004)