Arslan Toguzata - Wikipedia
Arslan Toğuzata və ya Arslan Toğuz (1886 – 7 iyun 1963, Pazarcık[d], Qəhrəmanmaraş) — TBMM I çağırış üçün edilən millətvəkilliyi seçkilərində Maraş millətvəkili seçilən Mehmed Hacıxəliloğlunun istefasından sonra millətvəkili seçilmiş, lakin Maraş və Antep bölgəsindəki Türkiyə milli müdafiəsinə qatılması və milli qüvvələrin komandanlığını etdiyinə görə məclisdə mühüm fəaliyyət göstərə bilməmiş polis keçmişli millətvəkili.[1][2] Əslən kabardalıdır.
Arslan Toğuzata | |
---|---|
türk. Arslan Toğuz | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1886 |
Vəfat tarixi | 7 iyun 1963 |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAslan Toğuz və ya Toğuzata 1886-cı ildə Qəhrəmanmaraşın Göksun ilçəsinin Fındıqköy kəndində anadan olmuşdur. 1858–1859-cu illərdə Qafqazdan köç etmiş Toğuzata əşirətinin Maraş bölgəsinə yerləşdirilən boyuna mənsubdur. Atası jandarma çavuşu Həsənbəyzadə Abdullah Əfəndidir.[1] İlk və orta təhsilini Əlbistanda tamamladıqdan sonra 1898-cı ildə yenə Əlbistanda mədrəsə təhsili almış və ərəbcə öyrənmişdir. II Məşrutiyyətin elanından sonra 1908-cı ildə Hələbə gedərək polislik peşəsinə girmişdir. Bir müddət Polis Məktəbində təhsil almışdır. Qısa müddətdə göstərdiyi uğurdan sonra rəis müavinliyinə, iki il sonra da baş rəisliyə qaldırılmışdır.
Üç övladı olmuşdur.
Fəaliyyəti
redaktəI Dünya müharibəsi dövründə Trablusşam Polis Baş Rəisi və sahil casusu mübarizəsi vəzifəsində ikən, 1918-ci il Mudros razılaşmasından sonra Osmanlı dövlətinin bu regiondan çəkilməsindən sonra Maraşa dönmüşdür. Maraşda fransız işğalına qarşı Müdafiə-Hüquq təşkilatını quraraq milli qüvvələrin komandanlığını etmişdir. Maraş Müdafaa-i Hüquq Qayabaşı və Şəkərli heyətlərinin birləşməsi ilə mərkəz heyəti təşkilatını yaradılmış və sonra edilən seçki ilə heyətdə Arslan bəy rəisliyə, Refet Xoca II rəhbərliyə, Faiq bəy katibliyə, Hacı Nuri də vəznədarlığa gətirilmişdir. Arslan bəy Maraşda türk xalqına öndərlik edərək işğal qüvvələrinin ağır məğlubiyyətə uğramasını və qaçmasını təmin etmişdir. Maraşın qurtarılmasından sonra Arslan bəy millətvəkili seçilməsinə baxmayaraq, Ankaraya getməyərək Antep və İslahiyyə cəbhələrində təftişlər etmişdir. Məclisdəki Maraş millətvəkillərinə hərbi məsələlərdə bilgi vermişdir. Maraş Heyət-i Mərkəziyyəsi adına Mustafa Kamala göndərilən teleqrafla Arslan bəyin icazəli sayılması istənmiş, bu tələbin qəbul edilməsi ilə Adana cəbhəsində də fəaliyyət göstərmişdir.
TBMM-in I çağırışında Maraş millətvəkili seçilən Mehmed Hacıxəliloğlunu istefasından sonra boşalan Maraş millətvəkilliyinə 17 may 1920-ci ildə Arslan bəy seçilərək 4 iyun 1920-ci ildə TBMM-ə qatılmışdır. Ancaq Maraş və Adana cəbhələrindəki fəaliyyətinə görə TBMM-nin qərarı ilə 14 ay icazə verilərək təkrar Cənub cəbhəsinə göndərilmişdir. Cəbhədəki vəzifəsinin bitməsindən sonra noyabrın sonunda məclisə gələrək vəzifəsini icra etmişdir. Məclisin son iclas ilində PTT Komissiyasında çalışmışdır.[3]
I çağırışda millətvəkilliyi sona çatdıqdan sonra yeni seçkilərdə namizəd olmadı. Adanada ticarətlə məşğul oldu. Daha sonra Göksun ilçəsinin Böyükçamurlu kəndinin Məryəmçil yaylasında əkinçiliklə məşğul oldu. Oranı satdıqdan sonra da Göksun ilçəsində hələ də adı xatırlanan Arslan bəy fermasında uzun müddət yaşadı. 1946-cı ildə Maraşa köçdü. Pararcıqda əkinçilik edərkən 1963-cü ilin 7 iyununda vəfat etdi.
Mükafatları
redaktəArslan bəy Türkiyə İstiqlaliyyət Müharibəsindəki fəaliyyətinə görə Türkiyə "İstiqlaliyyət" medalına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 Türk Parlamento Tarihi Araştırma Grubu, Türk Parlamento Tarihi, Millî Mücadele ve T.B.M.B. I. Dönem 1919–1923 — III. Cilt: I. Dönem Milletvekillerin Özgeçmişleri, Türkiye Büyük Millet Meclisi Vakfı Yayınları, Ankara, 1995, ISBN 975-7291-06-4, pp. 737–738.
- ↑ Serkomser Arslanbey (Başkomiser Arslan TOĞUZATA) Arxiv surəti 14 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 14, 2012, at the Wayback Machine, The police headquarters of the district of Göksun. (türk.)
- ↑ "Arslan Toğuzata". 2020-11-01 tarixində arxivləşdirilib.