Arslan Geray - Wikipedia
Arslan Gəray (1692 – 1767, Kavuşan[d]) — XXXIX Krım xanı.[1]
Arslan Gəray | |
---|---|
29 may 1748 – mart 1756 | |
Əvvəlki | II Səlim Gəray |
Sonrakı | Həlim Gəray |
mart 1767 – iyun 1767 | |
Əvvəlki | III Səlim Gəray |
Sonrakı | Maqsud Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1692 |
Vəfat tarixi | 1767 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | II Dövlət Gəray |
Uşaqları | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Krım xanı II Dövlət Gərayın oğludur. Əmisi I Qaplan Gərayın səltənətində 1734-cü ildə nurəddin, qardaşı II Fateh Gərayın səltənətində isə kalqay ünvanı aldı. Əmisi oğlu II Səlimin ani ölümünün ardından Krım xanlığına təyin olundu (29 may 1748). Qardaşı Krım Gərayı nurəddin, əmisi II Fatehin oğlu Səlim Gərayı isə kalqay təyin etdi.
Rus işğallarının ardından darmadağın edilən Krımı abadlaşdırmağa çalışdı. Xan sarayına yeni bölümlər inşa etdirdi. Perekop, Arabat və digər mühüm qalaları gücləndirdi. Məscidlər, mədrəsələr və bulaqlar inşa etdirdi. Sərhəd boylarında ruslara qarşı ani basqınlar tərtibləmiş, rusların onu Osmanlı sarayına şikayət etməsinin ardından bu basqınlar sonlanmışdır. Reç-Pospolita və Rusiya ilə sülhü qoruduğu üçün Osmanlı sultanı tərəfindən xilat hədiyyə edilmişdir. Ancaq bilinməyən bir səbəblə 1756-cı ilin martında vəzifədən alındı.
1758-ci ildə Həlim Gərayın yerinə xan təyin edilmək istənilsə də, yerli tatar bəyləri buna qarşı çıxdı və onun yerinə qardaşı Krım Gərayı xan seçdilər. 1767-ci ildə İstanbulda xan təyin edildi. Kalqay olaraq oğlu Dövlət Gərayı, nurəddin olaraq isə Qaplan Gərayı təyin etdi. 3 ay sonra Krıma doğru yola çıxsa da, indiki Moldova ərazisində vəfat etdi. Cənazəsi Bağçasaraya aparılaraq orada dəfn olundu.
Mənbə
redaktə- Oleksa Gaivoronsky "Повелители двух материков", Kiev-Bakhchisarai, 2007, ISBN 978-966-96917-1-2
İstinadlar
redaktə- ↑ Henry Hoyle Howorth, History of the Mongols, 1880, part 2, p 479