Arqun Deresi - Wikipedia
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri.
Arqun dərəsi | |
---|---|
Yerləşməsi | |
42°40′14″ şm. e. 45°10′35″ ş. u.HGYO | |
Ölkə | |
|
Coğrafiyası
redaktəÇeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş.[1] Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur.
XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş. 4-6 mərtəbəli olan bu tikililərlə yanaşı 2-3 mərtəbəli yaşayış binaları da üstünlük təşkil edir.
Tarixi
redaktəTürklərin və monqolların Qafqaza hücumları zamanı bir çox yaşayış məntəqələri, coğrafi məntəqələr türk kökənli adlanmağa başlanıldı. Tezliklə bu adlar bütün Qafqazda yayıldı. Arqun adı da qazax mənşəli söz olub - arğın sözündən götürülüb.
Qafqaz müharibəsi zamanında Arqun dərəsi keçilməzliyi ilə ad qazandı. Ancaq 1858-ci ildə genral Evdokimov Çeçenistanın böyük hissəsini nəzarətə götürdükdən sonra əl çatmaz dərəyə hakim olmağa qərar verdi. Məhs 72 illik müharibə zamanı (1786-1858) rus əsgərlərinin ayağı bu dərəyə dəyməmişdir. General Evdokimov 45 minlik rus əsgəri ilə 16 yanvarda Arqun dərəsinə daxil oldu. Çeçenlərin saysız hücumları nəticəsində böyük itikilər verən ruslar sonda Arqun çayının yuxarı axarlarına çata bildilər. Ancaq dərəyə tam hakim olma bir il çəkdi. Bundan sonra ruslar dərədə möhkəmləndi və Şamilin qərarqahını, eləcə də imamatın paytaxtı Vedenonu nəzarət altında saxlamağa müvafiq oldular[2]