Arpi Golu - Wikipedia
Arpi gölü (erm. Արփի) daha əvvəllər Arpa[1] adlanan, Ermənistanda yerləşən göldür. Su ehtiyatlarına görə Ermənistanda ikinci yeri tutur. Göl dəniz səviyyəsindən 2023 m hündürlükdə yerləşmişdir. Şirak mərzinin Aşotskom rayonunda yerləşmişdir. Göl Göyçə gölü ilə yanaşı yeganə xalq təsərrüfatı əhəmiyyətli göldür[2].
Arpi gölü | |
---|---|
erm. Արփի | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2023 m |
Eni | 4,3 km |
Uzunluğu |
|
Sahəsi | 22 km² |
Həcmi | 0,1 km³ |
Dərin yeri | 8 m |
Yerləşməsi | |
41°04′00″ şm. e. 43°37′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşməsi | Kiçik Qafqaz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaxın illərdə gölün ətrafında Arpi gölü Milli Parkının yaradılması planlaşdırılır. Layihənin əsas məqsədi ərazinin flora və faunasının qorunmasıdır.[3]
Təsviri
redaktə1946- 1951-ci illər arasında Arpi gölünün su ehtiyatının artması məqsədilə gölün su ehtiyatı süni şəkildə artırılmışdır.Beləliklə Gölün ümumi sahəsi 4,5 km²-dən 22 km²-ə qədər atrırılmışdır. Həcmi isə 100 milyon m³-a çatdırılmışdır. Hal-hazırda göldə balıq vətəgələri genişləndirilir və göldən elektrik enerjisinin alınması planlaşdırılır.
Göldən Axuryan çayı axır və gölün iqlimi kontinental iqlimdir[4].
Fauna
redaktəGöl ərazisində quşların 100-dən çox növü yaşayır. Onlardan bəziləri Qırmızı Kitaba daxil edilmişdir.
Göl ərazisində su quşlarına daha çox rast gəlinir: fitçalan ördək (Anas crecca), kiçik maygülülər (Tachybaptus ruficollis), ağ leylək (Ciconia ciconia), yaşılbaş ördək (A. platyrhynchos), qırmızıbaş qaraördək (Aythia ferina), kəkilli qaraördək (A. fuligula), qırmızı anqut (Tadorna ferruginea), dəniz yağışcüllütü (Charadrius alexandrinus), su tənbəlcüllütü (Gallinago gallinago), böyük su tənbəlcüllütü (G. media), Ermənistan qağayısı (Larus armenicus), Sternula albifrons. Qırmızı kitaba düşmüş su quşları: qıvrımlələk qutan (Pelekanus crispus), qara leylək (Ciconia nigra), adi ala ördək (Tadorna tadorna) və boz durna (Grus grus).
-
Ermənistan qağayısı
Flora
redaktəGölün ətrafında daha çox dovşan qumotuna və qamışa rast gəlinir. Yox olan növlər: Iris sibirica, kirəmit qarğasoğanı və sferik traunşteynera.[5]
-
Kirəmit qarğasoğanı
İstinadlar
redaktə- ↑ "оз. Арпа на карте 1903 года". 2014-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2007-06-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
- ↑ "Кавказский Узел | В Армении создается национальный парк «Озеро Арпи»". 2012-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2017-07-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
- ↑ "Озеро Арпи". 2007-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.