Armik Karamyan - Wikipedia
Armik Aleksandroviç Karamyan (erm. Արմիկ Ալեքսանդրի Քարամյան; 3 avqust 1918, Kerki – bilinmir) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1971–1972).
Armik Karamyan | |
---|---|
erm. Արմիկ Ալեքսանդրի Քարամյան | |
24 may 1971 – 23 avqust 1972 | |
Əvvəlki | Georgi Şeqlov |
Sonrakı | Aleksandr Ayriyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 avqust 1918 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Təhsili |
|
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | kapitan |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri namizədi |
|
|
Təltifləri |
Həyatı
redaktəArmik Aleksandroviç Karamyan 1918-ci ildə Buxara əmirliyinin (hazırda Türkmənistan) Kerki şəhərində kəndli ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun geologiya-kəşfiyyat fakültəsinə daxil olmuş, 1934-cü ildən Lenin komsomolu fəalı olmuşdur. Böyük Vətən müharibəsinin başlanğıcında Sovet Ordusu sıralarınanda hərbi xidmətə çağırılmış və 1943-cü ildə hərbi topçular məktəbini bitirərək 1945-ci ilədək müharibə cəbhələrində vuruşmuşdur.[1]
Müharibədən sonra Armik Karamyan Bakıya qayıdaraq Azərbaycan Sənaye İnstitutunda diplomunu müdafiə etmişdir. 1946–1950-ci illərdə "Orconikidzeneft" idarəsinin mədənlərində baş geoloq vəzifəsində çalışmış, eyni zamanda buradakı ilk partiya təşkilatının katibi olmuşdur. 1950-ci ildə partiya işlərində irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, sonralar isə neft sənayesi şöbəsi rəisinin müavini vəzifələrində işləmişdir. 1952–1953-cü illərdə Azərbaycan KP Bakı Vilayət Komitəsinin ağır sənaye şöbəsinin müdiri olmuş, 1953-cü ildə Azərbaycan KP Bakı Komitəsinin neft sənayesi şöbəsinin rəisi, 1954-cü ildə isə bu komitənin katibi seçilmişdir.[1]
Armik Karamyan 1963–1971-ci illərdə Bakı Şəhər Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini olmuşdur. 1971-ci ilin may ayından 1972-ci ilin avqust ayınadək Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri vəzifəsində işləmişdir.[2]
Armik Karamyan 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin dörd çağırış (5–8-ci çağırışlar) deputatı seçilmişdir.[2] Müharibə cəbhələrində fərqləndiyinə görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 Армик Александрович Карамјан // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 49.
- ↑ 1 2 Карамјан Армик Александрович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 187.
Xarici keçidlər
redaktə- "Карамян Армик Александрович" (rus). Память народа. İstifadə tarixi: 25 noyabr 2022.
- "Карамян Армик Александрович" (rus). Подвиг народа. İstifadə tarixi: 25 noyabr 2022.