Armazi Seher - Wikipedia
Armazi (gürc. არმაზი) və ya Armaztsixe (gürc. არმაზციხე, lat. Harmozika[1]) — Gürcüstanda, Msxetadan 2 km şimal-qərbdə və Tbilisidən 22 km şimalda yerləşən qədim şəhər.
Qədim şəhər | |
Armazi | |
---|---|
gürc. არმაზი | |
| |
41°50′23″ şm. e. 44°39′44″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Vilayət | Msxeta |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim şəhərin tarixi Böyük Msxetanın bir hissəsini təşkil edir. Bu yerdə İberiya çarlığının paytaxtı olan qədim Armazi şəhəri yerləşirdi. Xüsusilə eramızın ilk əsrlərində çiçəklənən Armazi, 730-cu ildə ərəb istilası nəticəsində dağıdıldı.
Arxeologiyası
redaktəArmazi ərazisində 1890-cı ildə aparılmış kiçik qazıntılar zamanı şəhərin daş pilləkənli çiy divarlarının plintəsi üzə çıxarılmışdır. Qazıntılar zamanı, I əsrə aid qadın gövdəsinin daş parçaları tapılmış, iki otaqlı mənzil də təmizlənmişdi. 1943-cü ildən 1948-ci ilə qədər Gürcüstan Milli Elmlər Akademiyasından Andria Apakidzenin rəhbərliyi ilə genişmiqyaslı qazıntılar aparılmış, qazıntılar 1985-ci ildə bərpa edilərək bu günə qədər də davam etdirilir.
Tapıntılar göstərir ki, I əsrin I yarısında yonma daşlardan postament üzərində tikilmiş kərpiç qala divarları və bürclər 30 hektarlıq bir təpənin ətrafını əhatə etmişdir. Divarların içərisindəki binalar terraslarda yerləşirdi.
Üç mədəni təbəqə müəyyən edilmişdir ki: erkən təbəqə e.ə. III–IV əsrlərə (I Armazi), orta təbəqə e.ə. III–I əsrlərə (II Armazi) və son təbəqə eramızın I–VI əsrlərinə (III Armazi) aiddir.
I Armazi keçilməz bünövrə təşkil edən nəhəng daş bloklardan tikilsə də, lakin divarları çiy kərpicdən hörülüb. İçərisində kirəmitli dam örtüyü olan böyük altı sütunlu salon vardır. II Armazidə apsisli məbəd var. III Armazi ən zəngin təbəqədir ki, diqqətlə yonulmuş daş bloklardan hazırlanmış, əhəng məhlulu və metal qısqaclarla birləşdirilmişdir. Bu günümüzə qədər gəlib çatmış tikililər arasında: kral sarayı, zəngin bəzədilmiş bir neçə qəbir, hamam və kiçik daş məqbərə vardır.[2]
Armazi hazırda Böyük Msxeta Milli Arxeologiya Muzeyi-Qoruğunun bir hissəsidir.[3]
Tarixi
redaktəƏsasının qoyulması
redaktəArxeoloji sübutlar göstərir ki, qədim Armazi indi olduğundan daha geniş idi. Şəhərin strateji mövqeyi skiflərin qədim Yaxın Şərqi işğal etdiyi Böyük Qafqazın əsas yolu olan Dəryal keçidi asan çıxışı diktə edirdi.
Şəhərin və onun akropolunun adı Armaztsixe (არმაზციხე, hərfi mənada: Armazi qalası) adətən İberiyanın bütpərəst panteonunun əsas tanrısının adı olan Armazidən götürülüb. Bu ad erkən orta əsr Gürcüstan tarixində xatırlansa da, şübhəsiz ki, ad daha qədimdir və Strabon, Plini, Ptolemey və Dion Kassi tərəfindən Armastika və ya Harmozika kimi verilib.
Orta əsr gürcü salnamələrinə görə, Armaztsixe e.ə. III əsrdə İberiya kralı I Farnavaz tərəfindən indiyədək Kartli kimi tanınan yerdə salınıb. Bu qala Kür çayının sağ sahilində, Araqvi çayı ilə qovuşduğu yerdə, müasir Baqineti dağında yerləşirdi.[2]
Msxetanın İberiyanın paytaxtı kimi yüksəlməsindən sonra belə, Armazi İberiya bütpərəstliyinin müqəddəs şəhəri və Msxetanın müdafiə nöqtələrindən biri olaraq qalıb. Qala e.ə. 65-ci ildə Roma sərkərdəsi Pompey tərəfindən İberiya kralı Artaqa qarşı yürüş zamanı ələ keçirilib. Kür çayı üzərindəki o dövrün dağılmış binası indi də "Pompey körpüsü" adlanır.
İnkişafı
redaktəArmazinin çiçəklənmə dövrü İberiyanın Roma imperatorunun müttəfiqi olduğu dövrdür. 1867-ci ildə Armazidə tapılan daş stellər Roma imperatoru Vespasianın 75-ci ildə İberiya kralı I Mitridatın Armazi şəhərini möhkəmləndirdiyini bildirir.[4] Bu divarlar Cənubi Dəryallardan çıxışı bağlamaq üçün tikilmişdi ki, bu, yəqin ki, Roma imperiyasının bütün Qafqaz sərhədi boyunca buraya tez-tez basqın edən Alanlara qarşı qabaqlayıcı tədbir idi.
1941-ci ildə professor Georgi Tsereteli tərəfindən üzə çıxarılmış və nəşr edilmiş Armaz ikidilli mətni:
" Mən, Farsman padşahının kiçik satrapı, Zevaxın qızı Serafita, qalib Yodmanqanın arvadı (komandir) və bir çox qələbələr kral Farsmanın həyət idarəçisi Aqrippanın oğlu - padşah Xsefarnuqin saray idarəçiliyini qazandı. Vay halına gənc olanlar. Və o qədər yaxşı və gözəl idi ki, gözəllikdə heç kim onun kimi deyildi. 21 yaşında da vəfat etdi.[5]
Bu dövrdə Armazini irsi satraplığı idarə edirdi. Satraplar İberiya çarlığının iyerarxiyasında ikinci şəxslər idi. Hakim sülalənin nekropolunda aparılan qazıntılar zamanı üzərində iki satrapın: Asparux (ehtimal ki, Roma imperatoru Adrianın müasiri, eramızın 117–138-ci illərində hökm sürmüşdür), (hökmdarlığı eramızın 150-ci ili), xristianlıqdan əvvəlki orijinal gürcü portretinin nadir nümunəsi olan Zevaxın portretlərinin həkk olunduğu iki daş tapılmışdır.[6]
Armazi V əsrdə gürcü əlifbasının ixtirasına qədər qədim gürcü mədəni həyatında və yerli epiqrafiyanın inkişafında əsas rol oynamışdır. Armazidə tapılan bir sıra maraqlı yazılar arasında ən mühümü qısa ömürlü Serafit və onun nəcib mənşəyinin xatirəsini ehtiramla yad edən yunan-arami kitabəsidir. Yazıda forma və hərf baxımından qeyri-adi olan arami əlifbasının variantı var ki, bu da "Armazi yazısı" kimi tanınıb. Bu tapıntı təsdiq edir ki, gürcü yazısı genetik olaraq Şərq xalqlarının bir sıra yazılarının yarandığı müxtəlif Şərqi Arami yazısı (ellinizm dövrü) ilə bağlıdır.[7]
Tənəzzülü
redaktəV əsrin sonu, VI əsrin əvvəllərində Gürcüstanın paytaxtının Tiflisə köçürülməsi ilə Armazi tədricən çökməyə başlayır. Şəhər 736-cı ildə ərəb sərkərdəsi Məhəmməd ibn Mərvan (gələcəkdə — Əməvi xəlifəsi II Mərvan) tərəfindən yerlə-yeksan edilir.[2]
O vaxtdan bəri Armazi şəhəri heç vaxt dirçəlməsə də, onun ərazisində 1150–1178-ci illər arasında Müqəddəs Nino monastırı tikilib, onun da xarabalıqlar bu gün qədər də qalıb.
İstinadlar
redaktə- ↑ W. E. D. Allen. The March-Lands of Georgia // The Geographical Journal . 74 (2). 1929. 136. doi:10.2307/1785312. ISSN 0016-7398. 2021-04-10 tarixində arxivləşdirilib.
- ↑ 1 2 3 Lang David Marshall. Armazi // Encyclopædia Iranica (ingilis). 15 декабря 1986. 2011-05-24 tarixində arxivləşdirilib.
- ↑ Georgian Museums: National Archaeology Museum-Reserve of Greater Mtskheta. [ölü keçid] Ministry of Culture, Monuments Protection and Sports of Georgia.
- ↑ Sherk, Robert K. (1988), The Roman Empire: Augustus to Hadrian, p. 128–9. Cambridge University Press, ISBN 0-521-33887-5.
- ↑ Алано-Георгика 1993. № 1, с. 168.
- ↑ Lang, David Marshall. Asparukh // Encyclopædia Iranica (ingilis). 15 декабря 1987. 2010-12-08 tarixində arxivləşdirilib.
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. (автор Церетели, Георгий Васильевич) //
Xarici keçidlər
redaktə- The Bilingual Inscription from Armazi (1st century AD) (Greek and Aramaic texts with German translation) The Armazi Project. Open Society – Georgia Foundation.
- Ruins on Mount Bagineti. Fund "Udabno".
- Mt. Bagineti (Archived 2009–10-25). Photos by Revaz Zhghenti.