Armatur Boru - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
[1]Armatur boru və boru şəbəkələrini kəsmək, tənzimləmək və qapamaq üçün tətbiq edilən qurğudur. Armaturlar (latınca "silahlanmış") texnikada çox geniş tətbiq sahəsinə malikdir. Burada boru xətlərində tətbiq olunan bütün avadanlıqlar nəzərdə tutulur. Ona qoyulan əsas tələbat material axınının tənzimlənməsidir. Bu, müxtəlif armatur növləri ilə yerinə yetirilir.
Təsnifatı
redaktəArmaturlar arasında tipik fərq drosselin və ya qapayıcı elementin borunun en kəsiyinə və axına görə vəziyyəti ilə müəyyən olunur. Müxtəlif konstruksiyalardan, tətbiq sahələrindən, drosselin formasından, kipləşdirmə formasından və axan mayenin növündən asılı olaraq çoxlu sayda armatur növləri yaradılmışdır. Ventil qrupuna bağlayıcı, təhlükəsizlik, əks-əlaqə və buraxıcı ventillər aiddirlər.
Konus və kipləşdirici hissələrin formaları mayedəki təzyiq fərqindən və tənzimləmə xassələrindən asılı olaraq təyin olunurlar. Klapanlar bağlayıcı, tənzimləyici və təhlükəsizliyi təmin edən olurlar. Onları quraşdırmaq üçün kiçik yer tələb olunur və 90° dönmə ilə işə salına bilirlər. Klapanı eksentrik hazırlamaqla daha yaxşı kipləşdirmə əldə edilir. Əks-əlaqə ventillərində dönmə nöqtəsinin mərkəzdən sürüşdürülməsi açma və bağlama prosesinin səlis aparılmasına imkan verir.
Şiberlər, en kəsiyə paralel olan müstəvidə hərəkət edir və açıq halda axından kənarda qalır. Buna görə də, ventillə müqayisədə az təzyiq itkisi baş verir. Axının istiqaməti rol oynamır. Şiber düyümü şpindel və nazimçarx ilə birlikdə gövdəyə bərkidilir. Şpindel oymaqla kipləşdirilir. Kranlar konstruksiyalarına görə dönən şiberlərə oxşayırlar. Onlar az yer tələb edir və kiçik işəsalma vaxtına malikdirlər. Kran tam açıldıqda o borunun en kəsiyinə uyğun olaraq tam axına imkan yaradır. Gövdənin və içliyin həndəsi formasını dəyişməklə müxtəlif kran konstruksiyaları əldə olunur.
Armatur və boru bir-biri ilə flans, qaynaq, lehim, yapışqan və ya boltun köməyi ilə birləşdirilir.
Təbiq sahəsi
redaktə- Buxarütürcüsü,
- Qaz xətti,
- Neft kəmərləri,
- Enerji,
- Kimyəvi,
- Gəmilərdə,
- Quyularda.
Mənbə
redaktə- Bağırov, İ. Neft emalı zavodlarının avadanlığı: ali texniki məktəblər üçün dərs vəsaiti/Bakı: Azərtədrisnəşr, 1964. 267, s.