Arkadi Qaydar - Wikipedia
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904[1][2], Lqov[d], Kursk quberniyası[d][3][4][…] – 26 oktyabr 1941[3][1][…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı.
Arkadi Qaydar | |
---|---|
rus. Аркадий Петрович Голиков | |
Təxəllüsü | Аркадий Гайдар |
Doğum tarixi | 9 (22) yanvar 1904[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1941[3][1][…] (37 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | yazıçı, uşaq ədəbiyyatı yazıçısı, fantastika yazıçısı[d], ssenarist, jurnalist, hərbi müxbir[d] |
Əsərlərinin dili | rus dili |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəArkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər.
Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur.
1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır.
1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir. "Məktəb" povestinin əsas qəhrəmanı, birinci şəxsin dilindən danışan əsgər oğlu Boris Qolikov surətində Arkadi Qaydar məhz özünü təsvir etmişdir.
"Timur və onun komandası" (1940) povesti ona böyük şöhrət qazandırmışdır. Cəsur, həssas, qətiyyətli, xeyirxah Timur surəti indi də uşaqların ən sevimli qəhrəmanlarından biri olaraq qalır. Yazıçı böyüməkdə olan nəslin ən yaxşı cizgilərini böyük vətənpərvərlik ideyası ilə qələmə alaraq bu obrazda ifadə etməyə müvəffəq olmuşdur.
Qaydar uşaqlarla hər bir dildə danışmağı bacarırdı. Onun bütün əsərlərində ürəkləri isidən səmimilik, düzgünlük hiss olunurdu.
Yazıçının "Təbilçinin taleyi" (1939), "Cuk və Gek" (1939), "Hərbi sirr" (1940) və s. əsərlərində Böyük Vətən müharibəsinin çətin günlərində var qüvvələri ilə xalqın əzəmətli mübarizəsinə kömək edən gənc vətənpər vərlərin şücaətindən söhbət açılır.
1941-ci il oktyabrın 26-da Qaydar dörd nəfər partizanın müşaiəti ilə kəşfiyyata yollanır və faşist gülləsinin qurbanı olur. Qaydar yaradıcılığı, onun qəhrəman həyatı, əməlləri, bədii yaradıcılığa həsr edilmiş ömrü indi də onu sevənlər üçün örnəkdir.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Гайдар Аркадий Петрович // ПроДетЛит (rus.). 2019.
- ↑ 1 2 3 4 Гайдар Аркадий Петрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 http://www.goodreads.com/book/show/2845490-the-blue-cup.
Xarici keçidlər
redaktə- Борис Камов «НЕИЗВЕСТНЫЙ АРКАДИЙ ГАЙДАР» Arxivləşdirilib 2007-07-12 at the Wayback Machine
- Детские рассказы Аркадия Гайдара Arxivləşdirilib 2010-10-16 at the Wayback Machine
- Жизнь и творчество Аркадия Гайдара — сообщество в ЖЖ
- Солоухин В. А. Солёное озеро
- Материалы о Гайдаре
- Неизвестные страницы биографии Аркадия Гайдара Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine «Курская правда», 3 mart 2004
- Аркадий Петрович Гайдар (Голиков) — интерактивный справочник Arxivləşdirilib 2007-08-29 at the Wayback Machine
- Воспоминания современника об А. П. Гайдаре[ölü keçid]
- Лауреаты Гайдаровской премии