Ari Aster - Wikipedia
Ari Aster (15 iyul 1986[1], Nyu-York, Nyu-York ştatı) — ABŞ kinorejissoru. O, qorxulu və şiddət dolu səhnələrin olduğu filmlər ilə məşhurlaşıb. Ari A24 şirkətinin iştirakı ilə üç film çəkib: "İrs", "Midsommar" və "Bo qorxur".
Ari Aster | |
---|---|
Doğum tarixi | 15 iyul 1986[1] (38 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rejissor, ssenarist, yazıçı, kinorejissor |
Fəaliyyət illəri | 2011-ci ildən |
Təhsili |
|
IMDb | ID4170048 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAri Aster 15 iyul 1986-cı ildə Nyu-York şəhərində yəhudi ailəsində anadan olub. Anası şairə, atası isə musiqiçidir.[2][3] Onun kiçik qardaşı var.[4]Ari ilk filmini dörd yaşında izlədiyini xatırlayır, bu film "Dik Treysi" olmuşdur.[5] Filmdə atışmanın olduğu səhnələrdən biri Arini çox qorxutmuşdu. O, oturacaqdan tullanaraq Nyu-Yorkda altı məhəllə qaçmış, anası isə onun arxasınca düşmüşdür. Ari uşaq olanda ailəsi qısa müddət üçün İngiltərəyə köçüb. Atası burada, Çesterdə caz gecə klubu açmışdı. Ari 10 yaşında ailəsi ilə birlikdə ABŞ-ə qayıtmış və uşaqlığının qalan hissəsini Nyu-Meksiko ştatının Albukerke şəhərində keçirmişdir.[6][7][8]
Ari Aster uşaq ikən yazıçı olmaq istəyirdi. O, ssenarilər yazaraq film çəkməklə maraqlanmağa başlayıb. Ari məktəbi bitirməzdən əvvəl artıq altı film ssenarisi yazmışdı.[9] O, uşaqlıqda qorxu filmlərini çox sevirdi. Onları tez-tez video mağazadan icarəyə götürürdü. Ari bu haqda deyib: "Ziyarət etdiyim hər bir video mağazada mövcud olan bütün qorxu filmləri almışdım və hər birini izləmişdim. Bundan sonra öz ssenarilərimi yazmağa başladım". O, 2004-cü ildə Santa Fe Kollecində kino təhsili almağa başlayıb. Eyni zamanda Nyu-Meksikoda fəaliyyət göstərən "Weekly Alibi" adlı jurnalda yazıçı kimi işləyib.[10] O, 2008-ci ildə kolleci başa vurub, bunun ardınca AFİ Konservatoriyasının magistratura proqramına daxil olub. 2010-cu ildə buradan rejissorluq üzrə diplom qazanıb.[11][12][13]
Təsirlər
redaktəAri Aster rejissorların və tənqidçilərin hər 10 ildən bir sevimli filmlərini seçdiyi "Sight & Sound" film sorğularının 2022-ci il buraxılışında iştirak edib. Onun seçditi filmlər bunlardır: "Sansho the Bailiff", "Vertigo", "Səkkiz yarım", "Persona", "Playtime", "Barri Lindon", "Raging Bull", "Shoah", "Songs from the Second Floor" və "A Serious Man". Ari həm də sənətə konkret qiymət və ya sıralama müəyyən edib təyin etməyə çalışmağın mənasız və nəticəsiz iş olduğuna inanır.
Filmoqrafiya
redaktəFilmlər
Qısametrajlı filmlər
- Herman's Cure-All Tonic (2008)
- The Strange Thing About the Johnsons (2011)
- TDF Really Works (2011)
- Beau (2011
- Munchausen (2013)
- Basically (2013)
- The Turtle's Head (2014)
- C'est la vie (2016)
Prodüser
- Yuxu ssenarisi[14] (2023)
- Death of a Unicorn[15] (TBA)
İcraçı prodüser
- Los Huesos[16] (2021)
- El padre bueno (2023)
İstinadlar
redaktə- ↑ 1 2 Ari Aster - Biography, Movie Highlights and Photos (ing.).
- ↑ Singer, Jenny. "How Did A 'Neurotic Jewish Guy' Make The Horror Hit 'Hereditary'?". The Forward. June 14, 2018. May 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 2, 2018.
- ↑ "Ari Aster Biography". AllMovie. March 12, 2020 tarixində arxivləşdirilib.
- ↑ Khon, Eric. "Why 'Hereditary' Took Years to Make and What It's Really About". Indiewire. June 8, 2018. December 3, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 3, 2019.
- ↑ Bishop, Bryan. "How Hereditary Director Ari Aster Became an Unlikely Horror Hero". The Verge. June 7, 2018. November 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2018.
- ↑ Nicholson, Amy. "Midsommar director Ari Aster: 'I often cling to dead things'". The Guardian. June 28, 2019. July 1, 2019 tarixində arxivləşdirilib.
- ↑ Hoffman, Jordan. "Director Ari Aster's debut film is scarily good. And that might be a problem". Times of Israel. June 12, 2018. May 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 24, 2019.
- ↑ ""Hereditary" Director Ari Aster Wants To TraumATIZE You". Flaunt Magazine (ingilis). October 1, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 5, 2020.
- ↑ "Complicated Grief: Ari Aster on Hereditary's Family Nightmare". Filmmaker.Com. 2023-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- ↑ "FROM HERE TO HEREDITARY An interview with writer-director Ari Aster". 2019-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.
- ↑ O'Leary, Devin. "Film Interview: From Here to Hereditary". Alibi. June 7, 2018. June 14, 2018 tarixində arxivləşdirilib.
- ↑ Wloszczyna, Susan. "Writer/Director Ari Aster on his Terrifying Debut Hereditary". Motion Picture Association of America. June 7, 2018. July 4, 2018 tarixində arxivləşdirilib.
- ↑ Akitobi, Emmanuel. ""The Strange Thing About The Johnsons" Director Ari Aster Talks To Shadow & Act About His Provocative & Controversial Short Film". IndieWire. November 28, 2011. August 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2018.
- ↑ Atad, Corey. "Nicolas Cage Goes Bald For New Comedy Shoot In Toronto". ET Canada. November 1, 2022. November 1, 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 11, 2022.
- ↑ Rajput, Cape Town. "Paul Rudd, iShowSpeed and Jenna Ortega's Death in Unicorn to film in Hungary". Kemps Film and TV Production Services Handbook. July 21, 2023. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2023.
- ↑ "The Bones (2021)|MUBI". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-27.