Arazbar Agcabedi - Wikipedia
Arazbar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Arazbar kənd inzibati ərazi dairəsində kənd.[1]
Arazbar | |
---|---|
39°59′06″ şm. e. 47°08′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağcabədi |
Tarixi və coğrafiyası | |
İlk məlumat | XIII əsr |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0422 |
Tarixi
redaktəArazbarı/Arazbar/Arasbar Ağcabədi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Qarqar çayının sağ sahilində, Mil düzündədir. İlk dəfə XIII əsrə aid mənbələrdə (Fəzlullah RəŞidəddin "Məktublar") Arasbar Şəklində qeydə alınmışdır. XVI əsrdə türk səyyahı Ovliya Çələbinin yazdığına görə, Araz çayının nisbətən yuxarıdan töküldüyü ərazi yerli əhali arasında Arazbar adlanırmış. XVIII əsrdə Arazbar Qarabağ xanlığının banisi Pənahəli xanın atası İbrahim ağanın otlaq yeri olmuşdur. XIX əsrə aid mənbələrin birində Araz çayının Ordubad və Mehri arasında Arasbar adlı dar dərədən axdığı göstərilir. Həmin əsrə aid başqa bir mənbədə isə Arazbarlı kəndi qeydə alınmışdır. 1917-ci ildə Cəbrayıl və Şuşa qəzalarında Arasparlı, 1917 və 1933-cü illərdə Goyçay qəzasında Arazbəyli yaşayış məntəqəsi olmuşdur. 1933-cü ildə Ağcabədi rayonundakı Arazbar kəndinin adı Araspar Şəklində qeydə alınmışdır. Türkiyənin Qars əyalətinin Kağızman dairəsində də Arasbarlı adlı yaşayış məntəqəsi mövcuddur. Toponimin belə geniş arealda yayılması onu göstərir ki, Arazbar əvvəllər yer adı olmuş, orada yaşayan insanlar müxtəlif ərazilərə köçdükdən sonra saldıqları yeni yaşayış məntəqələrinə də keçmiş yurdlarının adını vermişlər. Cox güman ki, Arasparlı etnonim və ya etnotoponim, Arasbar və ya Araspar isə toponimdir. Toponim elmi ədəbiyyatda Araz (çay adı) və bar (farsca "sahil", "kənar") sözlərindən ibarət olub, "Araz çayının kənarı, yanı, sahili" mənasında izah olunur, lakin qeyd edək ki, türk dillərində par/bar sözünun bir cox mənaları ilə yanaşı "açıq, geniş düzən", "hərəkət edən, axan" mənalarında işlənməsi hallarına da təsadüf edilir. Bu baxımdan Araspar və ya Arazbar oykoniminin mənası "Araz çayının axdığı geniş düzən" kimi izah oluna bilər[2]. XVIII əsrdə Arasbar kəndi Qarabağ xanlığının banisi Pənah xanın atası İbrahimxəlil ağanın heyvanlarının otlaq yeri olmuşdur. " Arasbar" – sözünün mənası isə " Araz qırağı yerlər olmaqla bərabər, həmçinin geniş düzən" mənasını daşıyır. Arasbar kəndinin ərazisi 10.6 km² olmaqla əhalisi 1421 nəfərdir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır[3].
Toponimikası
redaktəYerli əhali içərisində tələffüz forması Arasbar Qarabağda bir oymağın adı olmuşdur. Mənbədə Arasbar kimidir. Orta əsrlərdə Arasbar mahal adını əks etdirir. Türkiyədə Qars əyalətinin Kaqızman dairəsinin Arasbarlı kənd adı ilə mənşəcə eynidir. Arasbar adı orta əsrlərdə ilk dəfə XIII əsrlərdən məlumdur. Pənah xanın mal-qarası üçün otlaq yeri olmuşdur. Ordubaddan və Culfadan şərqdə Arazın hər iki sahilinin adı var. Xudafərin körpüsündən Qaradağa qədər İranda Qaradağ mahalı da Arasbar adlanır. XVI-XVII əsrlərə aid mənbədə həm də ərazinin sol tayını əhatə edən "ölkə" adlanır. Araz çayının adından və fars dilində bər "sahil", "qıraq", "kənar" sözündən ibarətdir. Orta əsrlərdə Kürsahili bir mahal Rudbar mahalı adlanırdı.[4]
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 59
- ↑ "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.
- ↑ B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |