Araz Selimov - Wikipedia
Araz Səlimov (1 iyun 1960, Xocalı, DQMV – 26 fevral 1992, Əsgəran, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi.
Araz Səlimov | |
---|---|
Araz Bahadır oğlu Səlimov | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Əsgəran, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur |
Dəfn yeri | Ağdam rayonu Şəhidlər xiyabanı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | traktorçu[d] |
Mükafatları |
Həyatı
redaktə1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır.
Döyüşlərdə iştirakı
redaktə1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Vətənin cəsur oğlu onlarla dinc sakini xilas etdi. Erməni vəhşiləri onun izinə düşdülər Əsgəran rayonunda qardaşı Fəxrəddinlə Arazı vəhşicəsinə min bir əzabla qətlə yetirdilər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak oldu: Özü, qardaşı və atası.
Ailəsi
redaktəAiləli idi, üç övladı qalıb.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 262.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Səlimov Araz Arxivləşdirilib 2016-04-06 at the Wayback Machine