Araz Supermarket - Wikipedia
Araz | |
---|---|
Araz Supermarket | |
| |
Ümumi məlumatlar | |
Tipi | Məhdud Məsuliyyətli Cəmiyyət |
Sənaye | pərakəndə |
Məhsulu | Ərzaq məhsulları |
Təsis tarixi | 7 may 2011 |
Baş qərargahın yeri | Bakı şəhəri, 8 Noyabr pr. 15, Azure Business City, AZ 1025 |
Struktur | |
İşçi sayı | 7000-dən çox |
Ana şirkət | Veysəloğlu |
Rəhbərlik | |
Təsisçi | Aydın Talıbov |
Rəhbərlik | Rəşad İbrahimov |
Baş icraçı direktor | Rəşad ibrahimov[d][1] |
arazmarket.az |
Tarixçə
redaktəVeysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkənin ən böyük pərakəndə satış şirkətlərindən biridir.
Azərbaycan istehlakçısına supermarketdə alış-verişin üstünlüklərini aşılamaq, daha keyfiyyətli xidmət göstərmək üçün fəaliyyətə başlayan “Araz” əhalini yüksək keyfiyyətli, sərfəli qiymətlə qida və qeyri-qida məhsulları ilə fasiləsiz təmin edir. Müştərilərin məmnuniyyətini və rəğbətini qazanaraq sürətli inkişaf yolunu seçən “Araz” supermarketlər şəbəkəsi “Siz harada, “Araz” orada" şüarı ilə 2011-ci ildə 4 filialla xidmətə başlayıb.
Bütün Azərbaycanı əhatə etməyi hədəfləyən “Araz” supermarketlər şəbəkəsinin Bakı, Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Zaqatala, İmişli, Gəncə, Daşkəsən, Yevlax, Quba, Saatlı, Siyəzən, Ucar, Beyləqan, Şabran, Mingəçevir, Şəki, Ağcəbədi, Şamaxı, Naxçıvan, Culfa, həmçinin Şuşa, Laçın, Xankəndi şəhərlərində ümumilikdə 300-dən çox filialı var.
Peşəkar insan resurslarına malik olan “Araz” supermarketlər şəbəkəsi 11000-dən artıq əməkdaşı ilə müştərilərinə keyfiyyətli xidmət göstərməyə davam edir və günü-gündən öz əhatə dairəsini genişləndirir.
Daim yenilikləri izləyən və inkişaf strategiyasını bazar tələblərinə uyğun olaraq müəyyənləşdirən “Araz” supermarketlər şəbəkəsi Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən müasir logistik mərkəzi ilə hər gün 400 minə yaxın müştəriyə xidmət göstərir. Müştərilər hər gün “Araz”dan təzə və təravətli meyvə-tərəvəz, keyfiyyətli, standartlara uyğun, halallıqla kəsilən təzə ət və ət məhsulları, sobadan yeni çıxmış isti “Xonça” şirniyyatları, un məmulatları əldə edə bilərlər.
Market Sayı
redaktəHazırda "Araz" supermarketlər şəbəkəsi paytaxt Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Daşkəsən, Saatlı, İmişli, Kürdəmir, Qusar, Quba, Zaqatala, Şirvan, Yevlax, Sabirabad, Masazır, Şuşa və s. bölgələrində 370-dən artıq mağazası ilə fəaliyyət göstərir.
Araz Baba
redaktəAraz baba adətən Yeni il və Novruz bayramında peydə olan personajdır. Yaz aylarında altdan yaşıl gödəkcə olmaqla milli geyimdə, qış aylarında isə yaşıl qalın palto və şalvar geyinən iri cüssəli, şən, ağ saqqallı bir kişidir. O, qiymətləri endirməyə gəlir.