Araz Babek - Wikipedia
Araz — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Araz kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Araz kəndi Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Araz kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Araz | |
---|---|
39°06′51″ şm. e. 45°25′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktə1972-ci ildə Araz su qurğuları tikintisinin fəhlə qəsəbəsi kimi yaranmışdır. Adını ərazisindəki eyniadlı çaydan almışdır.[4]
Əhalisi
redaktəAzərbaycanda 2009-cu il əhali siyahıyaalınması zamanı kəndin əhalisi 133-ü kişi, 124-ü isə qadın olmaqla 257 nəfər olmuşdur.[5]
İqtisadiyyatı
redaktə2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad–Babək–Nehrəm–Araz dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır[6].
Mədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə Araz kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=20.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ Araz (Babək) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2010. səh. 36. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 27 avqust 2014, 18:15. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.