Aram Sah - Wikipedia
Aram şah və ya Erem şah (XII əsr – may 1211, Dehli) — Dehli Sultanlığının ikinci sultanı idi. O, 1210-cu ildə Sultan Qütbəddin Aybəkin gözlənilmədən ölümündən sonra Müəzzilər dövlətinin ikinci hökmdarı kimi Lahorda taxta çıxdı. Lakin o, tezliklə Eltutmuş tərəfindən məğlub edilərək 1211-ci ildə taxtdan endirildi.
Aram Şah | |
---|---|
Dehli sultanı[d] | |
4 noyabr 1210 – iyun 1211 | |
Əvvəlki | Sultan Qütbəddin Aybək |
Sonrakı | Şəmsəddin Eltutmuş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | may 1211 |
Vəfat yeri | |
Atası | Sultan Qütbəddin Aybək |
Ailəsi | Müəzzilər dövləti |
Dini | sünni islam |
Həyatı
redaktəAram şah haqqında çox şey məlum olmayan bir şəxsdir. Onun atasının kim olduğu və Qütbəddin Aybəklə münasibəti bəlli deyil. Minhac-i Siracın “Təbəqat-i Nasiri”nin bəzi əlyazmalarında onun adından sonra “bin Aybək” (“Aybəkin oğlu”) ifadəsi gəlir. Bu, bəzi tarixçilərin onu Qütbəddin Aybəkin oğlu kimi qəbul etmələrinə səbəb olmuşdur.Aram şahın hakimiyyəti cəmi 8 ay davam etdi. O, bu qısa müddət ərzində heç bir ciddi uğur qazana bilmədi. 1211-ci ildə Eltutmuşla döyüşdə məğlub olub öldürüldü. Eltutmuş Dehli Sultanlığının üçüncü sultanı kimi taxta çıxdı.
Aram şahın Dehli Sultanlığının tarixində mühüm yeri yoxdur. Qısa səltənət sürdüyü və heç bir mühüm uğur qazana bilmədiyi üçün o, digər sultanlar qədər tanınmır.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Minhac-i-Sirac, Tabaqat-i Nasiri