Areste Baxisova - Wikipedia
Arəstə Kərim qızı Baxışova (4 may 1989[1], Qımılqışlaq, Xaçmaz rayonu – 23 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin yeganə qadın şəhidi.[2][3]
Arəstə Baxışova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qımılqışlaq, Xaçmaz, Azərbaycan SSR |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Dəfn yeri | Biləcəri Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | Çavuş |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktəArəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.[4] Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib.
Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı.
Hərbi xidməti
redaktəArəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi.
Arəstə Baxışova oktyabrın 23-də şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edildi.[6]
Təltifləri
redaktə- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[7]
- (12.05.2021) — "Florens Naytingel" medalı (ölümündən sonra)[6]
İstinadlar
redaktə- ↑ https://defence.az/en/news/152725?__cf_chl_jschl_tk__=pmd_fcRa20eR46lgNe_2djG_2jhwjbFUtrGpQwo802_hNZo-1635897887-0-gqNtZGzNAlCjcnBszQil.
- ↑ "Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür". Oxu.az (az.). İstifadə tarixi: 2024-09-13.
- ↑ Qurbanlı, Ramilə. "İlk şəhid qadın hərbçi". azerbaijan-news.az (az.). İstifadə tarixi: 2024-09-13.
- ↑ Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- ↑ 1 2 "Arəstə Baxışova "Florence Nightingale" medalı ilə təltif olundu" (ingilis). 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.