Aqlar Silsilesi - Wikipedia
Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərəçayın adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.[1]
Aqlar silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1224 m |
Yerləşməsi | |
39°17′59″ şm. e. 45°37′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.