Aqsin Kazimzade - Wikipedia
Aqşin Zəki oğlu Kazımzadə (17 dekabr 1937, Bakı – 10 iyun 2011, Bakı) — Azərbaycanın əməkdar jurnalisti.[1]
Aqşin Kazımzadə | |
---|---|
Aqşin Zəki oğlu Kazımzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Zəki Kazımzadə |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Sənaye İnstitutu |
Fəaliyyəti | Jurnalist |
Mükafatları |
|
Həyatı
redaktəAqşin Kazımzadə 17 dekabr 1937-ci ildə texnika elmləri doktoru, professor Zəki Kazımzadənin ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana" qəzetində qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. 2011-ci il 10 iyun tarixində 74 yaşında dünyasını dəyişib.[2]
Fəaliyyəti
redaktəO həmçinin "Fizkulturnik Azerbaydjana" (indi "İdman") və "Panorama" qəzetlərinə rəhbərlik edib, "Bakinski raboçi", "Günay", "Bizim əsr", "Zerkalo", "Vışka", "Kaspi" və digər rusdilli nəşrlərdə çalışıb. "Sovetski sport" qəzetinin müxbiri olub. Xüsusi müxbir kimi futbol üzrə bir neçə dünya və Avropa çempionatında — İngiltərədə (1966-cı il), Meksikada (1970-ci il), Argentinada (1978-ci il), İspaniyada (1982-ci il) və Fransada (1984-cü il) olub. 5 olimpiya oyunlarında da olub.
90-cı illərin əvvəllərində "İdman" qəzetinin baş redaktoru vəzifəsindən gedən Aqşin Kazımzadə yeni yaradılan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında Beynəlxalq əlaqələr departamentinə başçılıq etdi. Bir müddətdən sonra Kazımzadə həftəlik "AFFA NEWS"a rəhbərlik etdi. Sonra isə "Panorama" qəzetində idman şöbəsinin müdiri vəzifəsini tutdu və qısa müddətdən sonra bu qəzetin baş redaktoru oldu.
Sonralar jurnalist fəaliyyətini "Trend" informasiya agentliyində, "Səhər", "Günay", "Bizim əsr", "Zerkalo", "Vışka", "Bakinski raboçi" qəzetlərində davam edirib. Bir müddət "Azərenerji" ASC-nin mətbuat xidmətinə rəhbərlik edib. Ömrünün son illərində yazıları "Kaspi" və "İdman" qəzetlərində dərc olunurdu.[3]
Mükafatları
redaktəAzərbaycanın Əməkdar jurnalisti, milli "Qızıl qələm", "İnam", Həsən bəy Zərdabi adına mükafatların laureatı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvü olub, "Tərəqqi" medalı və çoxlu fəxri diplomlara layiq görülüb.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Aqşin Kazımzadə". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- ↑ "Azərbaycanın məşhur jurnalisti Aqşin Kazımzadə dünyasını dəyişdi". 1 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- ↑ "Aqşin Kazımzadə". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.