Apple Watch - Wikipedia
Apple Watch — "Apple Inc." tərəfindən istehsal olunan ağıllı saatlar xətti. Bu, fitnes izləmə, sağlamlıq yönümlü imkanlar və simsiz telekommunikasiyanı özündə birləşdirir. iOS və digər "Apple" məhsul və xidmətləri ilə inteqrasiya olunmuşdur. Apple Watch 2015-ci ilin aprelində buraxıldı və tez bir zamanda ən çox satılan geyilə bilən cihaz olmuşdur.[1][2] 2015-ci maliyyə ilinin ikinci rübündə 4,2 milyon ədəd satılmışdır.[3][4]
Apple Watch Apple Watch Sport Apple Watch Edition | |
---|---|
Brend | Apple Inc. |
İstehsalçı | Foxconn |
Seriya | 1-ci nəsil |
Buraxılış tarixi | 9 sentyabr 2014 |
Tip | Ağıllı Saat |
Əməliyyat sistemi | Watch OS |
CPU | Apple S1 |
Operativ yaddaş | 512 MB |
Yaddaş | 8 GB |
Batareya | Li-Pol 205, 246 mAh |
Ekran | 1.5 inç və 1.65 inç Əsnek Retina Ekran (220x176 Görüntü imkanı, 176ppi Piksel ölçüsündə) |
Bağlantı | NFC, Bluetooth 4.0, Wi-Fi 802.11b/g |
Veb səhifə | https://www.apple.com/watch/ |
"Apple" hər ilin sentyabr ayında təkmilləşdirilmiş daxili komponentlərə malik "Apple Watch"ın yeni nəslini təqdim edir.[5] Onlardan hər biri "Apple" tərəfindən "Series" olaraq etiketlənir, lakin müəyyən istisnalar var. 2016-cı ilin sentyabr ayında "Apple Watch"ın ikinci nəsli müxtəlif daxili komponentləri olan "Series 1" və "Series 2" adlı iki seriyaya bölünüb.[6] 2020-ci ilin sentyabr ayında "Apple Watch"ın altıncı nəsli müxtəlif daxili komponentləri daşıyan "Series 6" və "Budget SE"yə bölünmüşdür.[7] 2022-ci ilin sentyabr ayında "Apple Watch"ın səkkizinci nəsli "Series 8"yə, "SE" və "Ultra"ya bölünmüşdür.[8]
Hər bir seriya ilkin olaraq saat korpusunun materialı, rəngi və ölçüsü ilə müəyyən edilən çoxsaylı variantlarda satılır.[6][9][8] "Series 3"dən başlayaraq, digər materiallarla birlikdə standart olaraq gələn LTE mobil bağlantısı üçün alüminium variantlarda seçim təqdim edilmişdir. Saata daxil olan lent "Apple"ın təqdim etdiyi bir neçə variant arasından seçilir. "Nike" ilə birgə hazırlanmış alüminiumdan və "Hermes" ilə birgə markalanmış paslanmayan poladdan hazırlanmış saat variantları da təklif olunur.[10]
Qalmaqallar
redaktə2019-cu ilin dekabrında Nyu-York Universitetinin kardioloqu Cozef Vizel "Apple Watch"ın qulaqcıqların fibrilasiyasını aşkar etmək üçün patentləşdirilmiş metodu pozduğu iddiası ilə "Apple" şirkətini məhkəməyə vermişdi. Vizel patentin təfərrüatlarını 2017-ci ilin sentyabrında "Apple" ilə paylaşdığını və şirkətin danışıqlardan imtina etdiyini bildirmişdir.[11]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "The Verge live blog". The Verge. Vox Media. September 9, 2014. September 9, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 10, 2014.
- ↑ Etherington, Darrell. "Tim Cook Says Apple Watch Ships In April". TechCrunch. AOL. January 27, 2015. April 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2015.
- ↑ "Apple Watch is 'world's best selling wearable' with 4.2 million shifted in Q2". Archived from the original on July 24, 2015.; "Apple Watch Price Details in India". November 1, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 3, 2015.
- ↑ Cybart, Neil. "Apple Watch Is Now Worn on 100 Million Wrists". Above Avalon. February 11, 2021. February 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2021.
- ↑ Slavov, Mariyan. "Apple Watch Series 6 vs Series 5: What are the differences". PhoneArena.com. September 16, 2020. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2020.; Butler, Sydney. "How to determine which Apple Watch model you have". 9to5Mac. February 6, 2020. August 9, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2020.; Loyola, Roman. "Which Apple Watch? How to pick the Apple Watch that's right for you". Macworld. November 14, 2018. September 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2020.; Eadicicco, Lisa. "The Apple Watch is finally getting 1 major feature it's been missing that Fitbit has offered for year". Business Insider. September 4, 2020. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2020.
- ↑ 1 2 Caldwell, Serenity. "Apple Watch Series 1 review: Second-best is still pretty darn good". iMore. November 21, 2016. September 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2020.
- ↑ NBC Bay Area. "Apple Unveils New Watch, iPad During Virtual Event". September 15, 2020. September 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 20, 2020.
- ↑ 1 2 Song, Victoria. "Apple Watch Series 8, SE, and Ultra hands-on: triple the fun". The Verge (ingilis). 2022-09-07. September 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-07.
- ↑ Charlton, Hartley. "Apple Watch Series 6 vs. Apple Watch SE Buyer's Guide". MacRumors. September 17, 2020. September 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2020.
- ↑ Clover, Juli. "Picking the Best Apple Watch to Buy in 2020". MacRumors. June 8, 2020. September 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 19, 2020.
- ↑ "New York doctor sues Apple over irregular heartbeat detection". Engadget (ingilis). December 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2019.; "Apple Watch sued by NYU doctor over Heart Technology". InsideTechWorld (ingilis). December 30, 2019. September 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2019.
Xarici keçidlər
redaktə- Vikianbarda Apple Watch ilə əlaqəli mediafayllar var.
- apple.com/watch/ — Apple Watch rəsmi saytı – official site