Aomori Prefekturasi - Wikipedia
Aomori_prefekturası - Haqqında Məlumat
Aomori prefekturası (yap. 青森県 Aomori-ken) — Yaponiyanın Hönsü adasında, Tohoku regionunda prefektura. Ərazisi 9 644 min km², əhalisi 1,5 mln. (2005). İnzibati mərkəzi Aomori şəhəridir. Relyefi alçaq dağlıqdan və sahil düzənliklərindən ibarətdir. Tohoku tərkibində ayrı-ayrı sənaye mərkəzləri olan aqrar regiondur. Qurğuşun, sink (Kamikita), dəmirli qum (ölkənin ən iri yatağı) hasil edilir. Taxta-şalban və ağac emalı mühüm əhəmiyyət kəsb edir. Yeyinti, metallurgiya, neft-kimya müəssisələri var. Əkinçilik (əsasən, düyü), bağçılıq (əsasən, alma), heyvandarlıq inkişaf etmişdir. Tovado Milli Parkı və Yaponiyanın ən böyük Tovado krater gölü Aomori prefekturasının ərazisindədir.[1]
Aomori | |
---|---|
青森県 Aomori-ken | |
Aomori prefekturası Yaponiya xəritəsində Aomori prefekturasının adası | |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Region | Tohoku regionu |
Ada | Honşu |
Məlumat | |
İnzibati mərkəz | Aomori |
Statistika | |
Sahə | 9 606,26 km² (8-ci) |
su %-i | 1,2 % |
Əhali | (01/09/2012) |
Ümumi | 1 384 152 adam (28-ci) |
Əhali sıxlığı | 143,52 nəfər/km² |
Qəzalar | 8 |
Bələdiyyələr | 40 |
Rəmzlər | |
Prefektura bayrağı |
|
Prefektura emblemı |
|
Ağac | Thujopsis dolabrata |
Gül | Alma gülü |
Quş | Kiçik qu quşu |
İdarəçilik | |
Qubernator | Sōichirō Miyaşita |
Rəsmi sayt (yap.) |
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 568. ISBN 978-9952-441-02-4.