Anvers Adasi - Wikipedia
Anvers adası (ing. Anvers Island) — Palmera arxipelaqında terləşən iri ada.
Anvers adası | |
---|---|
ing. Anvers Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 2432 km² |
Uzunluğu |
|
Eni | 55 km |
Hündür nöqtəsi | 2761 m |
Əhalisi |
|
Yerləşməsi | |
64°36′10″ c. e. 63°30′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Antarktik yarımadasında şimal-qərbdə yerləşir. Brabant adasından cənub-qərbdə qərarlaşır. Adanın uzunluğu təqribi 74 km, eni 55 km təşkil edir[1]. Sahəsi 2432 km²[2]-dir. Adanın ən hündür yeri Mon-Franse dağıdır. Dağın hündürlüyü 2761 metr təşkil edir[3]. Anversdən 1 km aralıda Kormorant adlı kiçicik ada yerləşir.
Ada ilk dəfə Con Bisko tərəfindən 1832 ildə kəşf edilmişdir. Adı 1898 ildə Belçika Antarktik ekspedisiyasının rəhbəri Adrien Jerlaş tərəfindən Belçikanın Antverpen vilayəti şərəfinə adlandırılmışdır. Adada amerikaya məxsus olan Palmera qütb stansiyası fəaliyyət göstərir. Stansiyada tikinti işləri 1968-ci ildə bitmişdir. Stansiyada 50 nəfər sərbəst şəkildə yerləşə bilir.
İstinadlar
redaktə- ↑ John Stewart: Antarctica — An Encyclopedia. Bd. 1, McFarland & Co., Jefferson und London 2011, ISBN 978-0-7864-3590-6, S. 67
- ↑ "UNEP Islands". 2013-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.
- ↑ "Mount Français, Antarctica. Peakbagger.com". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.