Anuk Eme - Wikipedia
Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[1][2][…], Parisin 17-ci dairəsi[d][5][4] – 18 iyun 2024[3][4], Parisin 18-ci dairəsi[d][4]) — Fransa aktrisası.
Auk Eme | |
---|---|
fr. Anouk Aimée | |
Doğum adı | Fransuaza Soreyya Dreyfus |
Doğum tarixi | 27 aprel 1932[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 2024[3][4] (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Fransa |
Həyat yoldaşı |
|
Uşağı | 1 |
Partnyoru | |
Fəaliyyəti | kino aktrisası, aktrisa |
Fəaliyyət illəri | 1947–2019 |
Boyu | 1,73 m[7] |
Çəkisi | 64 kq[7] |
Mükafatları |
|
IMDb | ID0000733 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAnuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi[8] aktyor ailəsində tərbiyə almışdır.
O, "Bauer-Therond" dram məktəbində aktyorluğu və rəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.
Bütün dünya üzrə milyonlarla tamaşaçı Anuk Emeni ilk növbədə Klod Leluşun "Kişi və qadın" (1966) filmində ifa etdiyi qadın obrazı ilə tanıdı və sevdi. Bu rola görə o, "Qızıl qlobus" da daxil olmaqla bir çox mükafatlara layiq görülmüşdür.
1969–1975-ci illərdə heç bir filmə çəkilməmişdir.
1949–1978-ci illərdə 4 dəfə (Eduard Zemmermann, Nikos Papatakis, Pyerr Barux və ingilis aktyoru Albert Finni ilə) ərdə olmuşdur. Musiqiçi Saymon Finnin keçmiş ögey anasıdır.
1980-ci ildə Eme "Boşluğa tullanmaq" filmindəki roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.
"Empire" jurnalı onun adını "Kinematoqrafın tarixində 100 ən seksual ulduz" siyahısına daxil etmişdir.
18 iyun 2024-cü il tarixində vəfat edib.[9]
Filmoqrafiya
redaktə- "Monparnas, 19" (film, 1958) / Montparnasse 19
- Şirin həyat (film, 1960) / La Dolce Vita
- Səkkiz yarım (film, 1963) / 8 ½
- Kişi və qadın (film, 1966) / Un homme et une femme
İstinadlar
redaktə- ↑ 1 2 Men, Women: A User's Manual (28-Aug-1996). NNDB.
- ↑ 1 2 Anouk Aimée, AKA Françoise Sorya Dreyfus (ing.). NNDB, 2002.
- ↑ 1 2 La comédienne Anouk Aimée est morte à l'âge de 92 ans (fr.).
- ↑ 1 2 3 4 5 6 Fichier des personnes décédées mirror.
- ↑ 1 2 Les gens du cinéma.
- ↑ https://www.francetvinfo.fr/culture/cinema/les-obseques-d-anouk-aimee-se-sont-deroules-dans-l-intimite-a-paris_6625590.html.
- ↑ 1 2 Anouk Aimée.
- ↑ "Anouk Aimee, encyclo.co.uk". 2014-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
- ↑ "Məşhur fransalı aktrisa vəfat etdi". Oxu.az (az.). 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-18.