Antonio Karlos Jobim - Wikipedia
Antonio Karlos Brazileyro de Almeyda Jobim (port. Antônio Carlos Brasileiro de Almeida Jobim, Tom Jobim kimi də tanınır; 25 yanvar 1927, Rio-de-Janeyro, Braziliya – 8 dekabr 1994, Nyu-York, ABŞ) — Braziliyalı bəstəkar, aranjmançı, müğənni, şair, piano və gitara ifaçısı. Bossa-nova musiqi stilinin ortaya çıxmasında əsas rolu olan şəxslərdən biri. Onun mahnıları Braziliyanın və dünyanın bir çox məşhur müğənniləri, o cümlədən Astrud Gilberto, Stan Getz, Frenk Sinatra, Endi Vilyams tərəfindən ifa edilmişdir.
Antonio Karlos Jobim | |
---|---|
port. Antonio Carlos Jobim | |
Ümumi məlumatlar | |
Doğum adı | Antônio Carlos Brasileiro de Almeida Jobim |
Ləqəbi | Tom Jobim |
Doğum tarixi | |
Doğum yeri | Rio-de-Janeyro, Braziliya |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Nyu-York, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | Rio-de-Janeyro, Braziliya |
Vətəndaşlığı | Braziliya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
bəstəkar aranjmançı müğənni şair |
Fəaliyyət illəri | 1956–1994 |
Janrlar | caz, bossa-nova |
Musiqi alətləri | piano, gitara, fleyta |
Albom şirkətləri | Verve, Warner Bros., Elenco, A&M, CTI, MCA, Philips, Decca, Sony |
Mükafatları |
|
jobim.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bütün dövrlərin ən çox ifa edilən mahnılarından sayılan "İpanemadan olan qız" (port. Garota de Ipanema, ing. The Girl from Ipanema) mahnısının bəstəkarı kimi tanınan Antonio Jobimin bir çox mahnıları hazırda standard caz və pop repertuarlarına daxildir.
Jobimin ingilisdilli ölkələrdə tanınmasında onun 1960-cı illərdə ABŞ caz saksofonçusu Stan Getz, Joao Gilberto və onun xanımı Astrud Gilberto ilə birgə fəaliyyəti mühüm rol oynamışdır. Bu fəaliyyətin nəticəsində 2 albom — "Getz/Gilberto" (1963) və "Getz/Gilberto Vol. 2" (1964) ortaya çıxdı.
"Getz/Gilberto" albomu ABŞ-də bossa-nova çılğınlığına səbəb oldu, bu musiqi stili ABŞ-nin ardınca bütün dünyada geniş populyarlıq qazandı. Getz daha əvvəl Çarli Bördlə "Jazz Samba" (1962) və Luiz Bonfa ilə "Jazz Samba Encore!" (1964) albomlarını yazdırmışdı. Jobim ən çox satılan caz albomlarından sayılan "Getz/Gilberto" albomundakı bir çox mahnıların bəstəkarı idi və albomdakı "The Girl from Ipanema" və "Corcovado" mahnılarını ifa edən Astrud Gilberto musiqi dünyasında sensasiya yaratmışdı. 1965-ci il Qremmi mükafatının təqdimetmə mərasimində "Getz/Gilberto" albomu "İlin albomu", "Ən yaxşı caz-instrumental albomu" və "Ən yaxşı səs keyfiyyətinə malik qeyri-klassik albom" nominasiyalarında Qremmi mükafatına layiq görüldü. "The Girl from Ipanema" mahnısı isə "İlin mahnısı" elan edildi.
Antonio Jobim keçirdiyi cərrahiyə əməliyyatından sonrakı ağırlaşmalar nəticəsində baş verən ürək dayanması nəticəsində 1994-cü il 8 dekabrda Nyu-Yorkun "Maunt Sinay" xəstəxanasında vəfat etmiş, 20 dekabr 1994-cü ildə Rio-de-Janeyroda Sao-Joao Batista qəbiristanlığında dəfn edilmişdir.
Diskoqrafiyası
redaktəStudiya albomları
redaktə- 1963: The Composer of Desafinado, Plays
- 1965: The Wonderful World of Antonio Carlos Jobim
- 1967: Wave
- 1967: A Certain Mr. Jobim
- 1970: Stone Flower
- 1970: Tide
- 1972: Look to the Sky
- 1973: Matita Perê
- 1973: Jobim
- 1974: Elis & Tom (Elis Recina ilə)
- 1976: Urubu
- 1977: Miúcha & Antonio Carlos Jobim – Vol. 1 (Miuça ilə)
- 1979: Miúcha & Antonio Carlos Jobim – Vol. 2 (Miuça ilə)
- 1980: Terra Brasilis
- 1981: Edu & Tom (Edu Lobo ilə)
- 1987: Passarim
- 1987: Inédito
- 1989: Echoes of Rio
- 1994: Miúcha e Tom Jobim (Miuça ilə)
- 1994: Antonio Brasileiro
- 1998: Tom Jobim
- 2000: Dwee Do Da Bop
- 1999: The Best of Tom Jobim
- 2000: The Tom Jobim Sessions (müxtəlif sənətçilərlə autteyklər)
- 2002: The Outtakes (solo ifaçı kimi autteyklər)
- 2006: Sinatra-Jobim (Frenk Sinatra ilə autteyklər)
- 2009: The Complete Tom Jobim (boks-set)
Canlı albomlar
redaktə- 1977: Gravado ao vivo no Canecão (Vinisius, Tokvinyo, Miuça ilə)
- 1986: Jazzvisions: Rio Revisited (Gel Kosta ilə)
- 1993: Antonio Carlos Jobim and Friends (Co Henderson, Şirli Horn, Con Hendriks, Herbi Henkok, Qonzalo Rubalkaba ilə)
- 2001: Tom Canta Vinicius: Ao Vivo (1990)
- 2004: Em Minas Ao Vivo: Piano e Voz (1981)
- 2015: Um encontro no Au bon gourmet (1962)
Saundtreklər
redaktə- 1959: Black Orpheus
- 1970: The Adventurers
- 1983: Gabriela, Cravo e Canela[1]
- 1986: Moments of Play[2]
Birgə albomlar
redaktə- 1958: Canção do Amor Demais – Elizet Kardozo
- 1959: Amor de gente moça – Silvia Telles
- 1959: Chega de Saudade – Joao Gilberto
- 1959: Por tôda a minha vida – Lenita Bruno
- 1960: O Amor, o Sorriso e a Flor – Joao Gilberto
- 1965: The Swinger from Rio – Serjio Mendes
- 1966: Love, Strings and Jobim
Stan Getzlə birgə
redaktə- 1962: Jazz Samba
- 1963: Getz/Gilberto
- 1963: Jazz Samba Encore!
- 1964: Getz/Gilberto Vol. 2
- 2007: Greatest Hits
Frenk Sinatra ilə birgə
redaktə- 1967: Francis Albert Sinatra & Antonio Carlos Jobim
- 1971: Sinatra & Company
- 1979: Sinatra-Jobim Sessions
- 1994: Duets II
Kompozisiyalar
redaktə- "A Felicidade"
- "Agua de Beber"
- "As Praias Desertas"
- "Águas de Março/Waters of March
- "Chega de Saudade/(No More Blues)"
- "Corcovado/Quiet Nights of Quiet Stars"
- "Desafinado/Slightly Out of Tune"
- "Dindi"
- "Favela"
- "Garota de Ipanema/The Girl From Ipanema"
- "Insensatez/How Insensitive"
- "Inútil Paisagem/If You Never Come to Me"
- "Look to the Sky"
- "Meditação/Meditation"
- "O Amor Em Paz/Once I Loved"
- "Passarim"
- "Sabia"
- "Samba de Uma Nota Só/One Note Samba"
- "So Danço Samba"
- "Só Tinha De Ser Com Você"
- "Se Todos Fossem Iguais A Você/Someone to Light Up My Life"
- "Triste"
- "Vivo Sonhando/Dreamer"
- "Wave/Vou te Contar"
Konsert filmləri
redaktə- 2002: Antonio Carlos Jobim: An All-Star Tribute (Co Henderson, Şirli Horn, Con Hendriks, Herbi Henkok, Qonzalo Rubalkaba ilə)[3]
- 2007: Antonio Carlos Jobim In Concert
- 2007: Live at Montreal Jazz Festival
- 2009: Tom Jobim: The Waters of March;
İstinadlar
redaktə- ↑ "IMDB Soundtrack listing". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
- ↑ "Moments of Play at the danish film institute (in danish)". 2012-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
- ↑ "VIEW Video DVD Listing". 2009-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
Xarici keçidlər
redaktə- Nos Bastidores do legendario concerto da bossa nova no Carnegie Hall in 1962
- Jobim Guitar Tab Archives & Song Lyrics Page Arxivləşdirilib 2005-12-27 at the Wayback Machine
- Antônio Carlos Jobim page at The Brazilian Sound Arxivləşdirilib 2020-01-15 at the Wayback Machine
- Antônio Carlos Jobim at Find-A-Grave
- Interview, 1988 Arxivləşdirilib 2007-06-30 at the Wayback Machine
- Antônio Carlos Jobim: Clube do Tom Arxivləşdirilib 2006-03-07 at the Wayback Machine
- Remembering Antonio Carlos Jobim
- Tribute to Tom Jobim Website