Antarktida Elmi Tedqiqatlar Komitesi - Wikipedia
Antarktida Elmi Tədqiqatlar Komitəsi (AETK) — 1958-ci ildə yaradılmışdır və Elm üzrə Beynəlxalq Şuranın (İCSU - İnternational Council for Sciense) bölmələrarası Komitəsidir. Onun funksiyası Antarktidada Yer kürəsi sistemində Antarktidanın rolunu müəyyən etməklə yüksək keyfiyyətli elmi tədqiqatlar barədə təşəbbüs irəli sürmək, inkişafa nail olmaq və bu tədqiqatları əlaqələndirməkdir.
Antarktida Elmi Tədqiqatlar Komitəsi SCAR | |
---|---|
Növü | xeyriyyə təşkilatı |
Yaranma tarixi | 1958[1] |
Üzvləri |
|
scar.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Antarktida Elmi Tədqiqatlar Komitəsinin idarəetmə orqanı iki ildə bir dəfə çağrılan Nümayəndələr Yığıncağıdır. Bu yığıncaqda:
1) Antarktida Elmi Tədqiqatlar Komitəsinin maliyyə məsələsi həll olunur, siyasəti və strategiyası formalaşdırılır. 2) Antarktida Elmi Tədqiqatlar Komitəsinin İcraiyyə Şurası (İŞ) seçilir. 3) Elmi tədqiqatların Proqramı qəbul edilir.
Bu funksiyalardan əlavə Antarktida Elmi Tədqiqatlar Komitəsi Antarktida Sazişin məsləhət Yığıncaqlarında daim iştirak edir və obyektiv elmi tövsiyələr verir.
Antarktida Elmi Tədqiqatlar Komitəsinin İcraiyyə Şurası Skott Qütb Tədqiqatları İnstitutunda (Kembric) yerləşən Katibliyin vasitəsilə gündəlik işlərə rəhbərlik edir. İcraiyyə Şurasının üzvləri Prezident, 4 vitse-prezidenti, İcraçı direktor və keçmiş Prezidentdən ibarət olur. Katiblik İcraçı direktordan, İçraçı mütəxəssisdən və Administrativ köməkçidən ibarətdir.
Antarktida Elmi Tədqiqatlar Komitəsi eyni zamanda Antarktida məsələlərinə diqqəti cəlb etmək üçün Nümayəndələr Yığıncağı ərəfəsində Açıq Elmi Konfrans da keçirilir. Konfransa hazırlıq Daimi Elmi Qrupların yığıncaqlarında həyata keçirilir. Bu qruplar sonradan nümayəndələr tərəfindən qəbul edilməli olan Elmi Proqramı da hazırlayırlar.
Təşkilatın işi onun internet səhifəsində işıqlandırılır. (http://www.scar.org)/
Mənbə
redaktə- Гусев А.М. В снегах Антарктиды. М. 1961
- ↑ ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942