Antananarivu - Wikipedia
Antananarivu (1970-ci illərədək Tananarive, Tana; malaq. Antananarivo) — Madaqaskar Respublikasının paytaxtı və ən böyük şəhəri, Antananarivu əyalətinin inzibati mərkəzi.
Antananarivu | |||||
---|---|---|---|---|---|
Tananarive | |||||
|
|||||
18°54′36″ c. e. 47°31′30″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1625 | ||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 1.276 ± 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəƏsası 1625-ci ildə İmerina kralı Andrianzak tərəfindən qoyulmuşdur. Madaqaskar adasının mərkəzində, Yüksək platoda (1240–1470 m ) yerləşir. 17-ci əsrin 1-ci yarısında İmerina hökmdarı Andrianzaka tərəfindən Analamanqa təpəsində salınmışdır. 1794-cü ildən İmerina dövlətinin, daha sonra Madaqasqar krallığının, Fransa müstəmləkəsinə çevrildikdən sonra 1896-cı ildən Madaqaskar koloniyasının, sonralar müstəqil Malaqasi Respublikasının (1960-cı ildən), Madaqaskar Demokratik Respublikasının (1975-ci ildən) paytaxtı olmuşdur. 1992-ci ildən Madaqaskar Respublikasının paytaxtıdır.
Demoqrafiya
redaktəƏhalisi 1,4 mln. (aqlomerasiyada 1,6 mln., 2005).
Haqqında
redaktəQədim tikililər, tarixi abidələr müasir Avropa tipli binalarla ahəngdarlıq yaratmışdır. Şəhərin hündür hissəsində (Ruva rayonu) kral iqamətgahı, saray tikililəri yerləşmişdir. Antananarivu üçün kiçik mərtəbəli evlər xarakterikdir. Mərkəzdə (Anusi gölü ətrafı) müasir inzibati binalar inşa edilmişdir. Tarix muzeyi (1897), milli arxiv (1958), milli kitabxana (1961), Hira Qasi xalq teatrı, “Antananarivu teatr” və s. var. Malaqasiya EA (1902), universitet (1961), botanika bağı, rəsədxana və s., avtomobil və dəmiryol qovşağı, beynəlxalq aeroportu (İvatu) var.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://web.archive.org/web/20210512150331/https://www.instat.mg/wp-content/uploads/Resultat-globaux-RGPH3-Tome-02.pdf.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 525. ISBN 978-9952-441-02-4.