Anonymous - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Anonymous (azərb. Anonim) — müxtəlif siyasi hadisələrdə, adətən dövlət təşkilatlarına aid web saytlara hücumlar təşkil edərək etirazını bildirən aktivist və haktivist qrup.
Anonymous | |
---|---|
Yaranma tarixi | 2003 |
Vikianbarda əlaqəli mediafayllar |
Konsepsiyası qurulduğu ilk vaxtlardan təyin olunmuş bir məqsədə doğru, koordinasiyalı bir şəkildə əsasən əyləncə meyilli, hansısa bir ad istifadə etməyən "onlayn" kütlə tərəfindən qəbul edilmişdir. 2008-ci ildən etibarən, getdikcə əməkdaşlığa daha çox meyil etməyə başlayan beynəlxalq internet hücumları, öncədən təyin olunmuş etiraz aksiyaları və əsasən müəllif hüquqları ilə qorunan digər əsərlərin ticarətini həyata keçirən firmaların qeyri-qanuni yayımına qarşı kompaniyalara qarşı digər kiber hücumlar ilə xatırlanır. Hücumlar, özlərini "Anonim olaraq adlandıran şəxsiyyəti naməlum olan insanlar tərəfindən həyata keçirilir.
Fəaliyyətləri
redaktə- Habbo hücumu: Virtual bir otel olaraq yaradılmış olan sosial şəbəkə Habbo Anonymousun tez-tez hədəf aldığı saytlardan biridir.
- Hal Turner hücumu: Hal Turnerin ifadəsinə görə 2006 Dekabr və 2007 Yanvar ayında özlərini Anonymous olaraq təqdim edən insanların hücumu nəticəsində minlərlə dollarlıq zərərə məruz qalmışdır.
- Chris Forcandın həbs olunması: 7 dekabr 2007-ci ildə uşaqbazlıq ittihamıyla 53 yaşlı Chris Forcand, Global Television Networkun məlumatına görə Anonymous qrupunun fəaliyyəti nəticəsində tutulmuşdur.
- Plan Chanology: (20 yanvar 2008) Scientology Kilisesinə qarşı bu aksiya nəticəsində qrup mətbuatda geniş şəkildə işıqlandırılmışdır.
- No Cussing Club (2009)
- İrandakı seçkilərə etiraz aksiyaları (2009)
- Avstraliyada internet senzurasına qarşı aksiyalar: Operation Didgeridie (2009), Operation Titstorm (2010)
- Operation Leakspin
- Zbabwe:Zimbabve hökumətinin web saytı Wikileaks sənədlərinə tətbiq olunan senzura səbəbiylə hücuma məruz qalmışdır.
- FiGael saytına hücum
- Ərəb Baharına dəstək: Operation Egypt Misir inqilabı and Operation Tunisia Yasəmən inqilabı
- Digiturkə hücum: Operation DIGITURK (2012)
- The Pirate Bay, Megaupload, SOPA protesto
- 2009-cu il Aprel ayında,
- Operasyon resel Blackout: Qrup tərəfindən yayımlanan bir video, Facebook sosial şəbəkəsini hədəf olaraq göstərərək 60000 serverin ləğv edilə biləcəyini iddia etmişdilər.
- GoDaddy Hücumu (2012)
- "opIsrael" əməliyyat adı ilə, 7 aprel 2013-cü ildə "Fələstin xalqına zülm etdiyinə və ölkənin internetini kəsmək cəhdi etdiyi" üçün İsrailin səhiyyə, sosial xidmət, təhlükəsizlik və s. saytlarına hücum etmiş və İsraili 3 milyard Dollar ziyana uğratmışlar.
- "opTurkey" əməliyyat adı ilə, 12 iyun 2013-cü ildə qrup RTÜK-ün İnternet saytını dondurdu. Qrupun Türkiyədəki üzvlərinin Twitter hesabı @AnonsTurkeydən verilən məlumatda, "Tango Down | RTUK – Həqiqəti yazan media qurumlarına cəza verdiniz. İndi isə Anonymous sizi cəzalandırdı" yazılmışdı.[1]
- Qərb dünyasının öz postunu tərk etməsi üçün təzyiqlər göstərdiyi Suriya Dövləti Prezidenti Bəşər Əsəd beynəlxalq hacker qrupu Anonymous’un da hədəfi oldu. Anonymous, Prezident aparatının e-mail hesabına girərək yüzlərlə yazışmanı internetdə yayımladı.[2]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2013-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.
- ↑ "Arxivlənmiş surət". 2013-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.