Anna Rudolf - Wikipedia
Anna Rudolf (mac. Rudolf Anna; doğ. 12 noyabr 1987, Mişkolts, Macarıstan) — macar şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2008), kişilər arasında beynəlxalq usta (2015).[1] Daha çox şahmat şərhçisi və analitiki kimi tanınır.[2]
Anna Rudolf | |
---|---|
mac. Rudolf Anna | |
Ölkə | Macarıstan |
Doğum tarixi | |
Doğum yeri | Mişkolts, Macarıstan |
Titulu | kişilər arasında beynəlxalq usta (2015) |
Son reytinqi | 2325 (iyul 2018) |
Maksimal reytinqi | 2393 (iyul 2010) |
FİDE nömrəsi | 722855 |
annarudolfchess.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAnna Rudolf Mişkolts şəhərində anadan olsa da, uşaqlığı Macarıstanın cənubundakı kiçik Batasek şəhərində keçib. Dörd yaşında olarkən bacısı ilə birlikdə şahmat oynamağa başlayıb. Peç Universitetinin məzunudur. 2008, 2010 və 2011-ci illərdə Macarıstan çempionu olub.[3]
Anna Rudolf qadınlardan ibarət Macarıstan yığmasının heyətində 2008, 2010 və 2012-ci illərdə Olimpiadaların,[4] 2009, 2011, 2013 və 2015-ci illərdə isə Avropa çempionatlarının iştirakçısı olub.[5]
Oyun stili
redaktəAnna Rudolf mövqe oyunçusudur və fransız müdafiəsi tərəfdarıdır.[6]
İstinadlar
redaktə- ↑ McClain, Dylan Loeb. "Latvians Say Foe Got Signals From Her Tube of Lip Balm". The New York Times. 13 January 2008. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-26.
- ↑ Svensen, Tarjei J. "Meet our official commentators: Anna Rudolf and Yasser Seirawan". Fischer Random 2018. 2018-02-04. 2018-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-26.
- ↑ "FIDE News: Anna Rudolf wins the Hungarian Women Chess Championship". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
- ↑ "Rudolf, Anna WOMEN'S CHESS OLYMPIADS". Olimpbase.org. 2016-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
- ↑ "Rudolf, Anna EUROPEAN WOMEN'S TEAM CHESS CHAMPIONSHIP". Olimpbase.org. 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-30.
- ↑ IANS. "Harika Dronavalli loses at Isle of Man chess clash". The New Indian Express. 2017-09-27. 2018-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-26.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Anna Rudolf . Chess-DB.com Arxivləşdirilib 2016-07-12 at the Wayback Machine (ing.)
- Anna Rudolf . Chessgames.com (ing.)
- Anna Rudolf . 365Chess.com (ing.)