Anna Mariya Jukovska - Wikipedia
Anna Mariya Jukovska (pol. Anna Maria Żukowska; 11 iyun 1983, Varşava, Polşa Xalq Respublikası) — Polşalı hüquqşünas, filoloq və siyasi fəalı. Eyni zamanda Yeni Sol Partiyasının üzvü, Solların parlament klubunun lideri.[1]
Anna Mariya Jukovska | |
---|---|
pol. Anna Maria Żukowska | |
Polşa Respublikası Seymində Yeni Sol fraksiyasının sədri | |
Vəzifədədir | |
12 dekabr 2023-cü ildən | |
Əvvəlki | Kşiştof Qavqovski |
Vəzifədədir | |
12 noyabr 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyun 1983 (41 yaş) |
Doğum yeri | |
Təhsili | Varşava Universiteti |
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
zukowska.com.pl | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır.
Həyatı
redaktə11 iyun 1983-cü ildə Varşavada anadan olan Mariya Jukovska,[2][3] Varşavanın Mokotov rayonunda böyüyüb.[4]
Varşavada 42 saylı məktəbdə təhsil alıb. Tanınmış aktyor Andjey Şepkovskinin nəvəsi aktrisa Hanna Konarovska ilə bir sinifdə oxuyub.
Varşava Universitetinin Müasir Dillər fakültəsində bakalavr dərəcəsinə yiyələn Mariya Jukovska, 2015-ci ildə eyni Universitetin Hüquq və İdarəetmə fakültəsində hüquq təhsili üzrə magistr dərəcəsinə yiyələnib.[2]
Tərcüməçi kimi fəaliyyət göstərən Anna Mariya həmçinin anası ilə birlikdə ailə biznesini də idarə edib.[4]
Siyasi həyatı
redaktəDemokratik Sol Qüvvələr Birliyinə (DSQ) üzv olan Anna Mariya 21 noyabr 2010-cu ildə keçirilən yerli seçkilərdə Mokotov rayonundan namizədliyini irəli sürsə də seçilmədi.
2010-2013-cü illərdə DSQ-nin gənclər təşkilatı olan Gənc Sosial Demokratlar Federasiyasının Varşava bölməsinin sədri olub.[3]
2011-2015-ci illərdə isə o, Yəhudi Ümumpolşa Gənclər Təşkilatında bölmə sədri olub.[3]
Varşavada təşkil olunan Bərabərlik Paradı təşkilatı komitə üzvlərindən biri olub.[3]
2012-ci ildən DSQ-nin mətbuat katibi olan Mariya, həmçinin 25 oktyabr 2015-ci il parlament seçkilərində iştirak etmək üçün yaradılan Birləşmiş Sol koalisiyası seçki qərargahının mətbuat katibi olub.[4]
2016-cı ilin fevralında Vlodzimej Çajasti DSQ-nin yeni sədri seçildikdən sonra Anna Mariya istefa vermiş Dariuş Yonskini əvəz edərək DSQ-nin mətbuat katibi oldu. O, bu vəzifəni icra edən ilk qadın olub.[4] 2021-ci ilin yanvarında o, DSQ-nin mətbuat katibi vəzifəsindən istefa verdi.
O, 2016-cı ildən Polşada abort qanunlarının sərtləşdirilməsinə qarşı keçirilən "qadınların tətili"nin fəallarından olub.[5][6]
21 oktyabr 2018-ci ildə keçirilən yerli seçkilərdə Varşava Şəhər Şurasına namizədliyini irəli sürsə də, seçilməyib.
Parlament seçkilərinin nəticələrinə görə, 2019-cu il oktyabrın 13-də 19-cu Varşava seçki dairəsindən 18864 səslə IX çağırış Polşa Seyminin deputatı seçilib.[2][3] O, Ədliyyə və İnsan Haqları Komitəsinin sədr müavini, Konstitusiya Məsuliyyəti Komitəsinin üzvü və Sol Fraksiyasının mətbuat katibi olub. Oktyabr ayında DSQ dağıldıqdan sonra Yeni Sol Partiyasının üzvü oldu. 2023-cü il oktyabrın 15-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, o, 19-cu Varşava seçki dairəsindən 38 426 səslə X çağırış Polşa Seyminin deputatı seçilib.[7]
2023-cü il 13 noyabrda X çağırış Seymin ilk iclası ərəfəsində keçirilən mətbuat konfransında deputatlar Katarjina Kotula və Anna Mariya Jukovska, həmçinin senator Maqdalena Bejat Seymə iki qanun layihəsinin: liberallaşdırma və abort haqqında qanun layihələrinin təqdim olunduğunu elan etdilər.[8]
Anna Mariya Jukovska 2023-cü il 14 noyabrda səlahiyyətlərinə məhkəmə sisteminin formalaşdırılması daxil olan Milli Məhkəmə Şurasına Seym tərəfindən deputatların 245 səsi ilə seçildi.[9][10]
Şəxsi həyatı
redaktəAnna Mariya Jukovskanın Ameliya (2005) adında bir qızı var.[11] O, biseksualdır və 2018-ci ildən bunu ictimaiyyətə açıqlayıb.[12]
İstinadlar
redaktə- ↑ "Prezydium Klubu Parlamentarnego Lewicy". klub-lewica.org.pl (polyak). 13 December 2023. 13 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 May 2024.
- ↑ 1 2 3 "Anna Maria Żukowska" (polyak). Сейм Польши. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ 1 2 3 4 5 "O mnie". zukowska.com.pl (polyak). 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ 1 2 3 4 "Anna Maria Żukowska nową rzeczniczką SLD!" (polyak). Super Express. 2016-02-03. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ "Левые партии Польши собирают подписи в поддержку референдума об абортах". РИА Новости. 2016-10-03. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ Тимофеева Ольга Валерьевна. «Женская забастовка»: Проблема абортов в зеркале политической борьбы в современной Польше // Вестник Удмуртского университета. Социология. Политология. Международные отношения. № 4. 2021. 2023-11-17 tarixində arxivləşdirilib.
- ↑ "Anna Maria Żukowska" (polyak). Сейм Польши. 2023-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-18.
- ↑ "Польские левые хотят легализовать аборты". РФО «ОНА». 2023-11-15. 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.
- ↑ Марочкин И. Е. Органы, обеспечивающие формирование судейского корпуса // Проблемы законности. № 120. 2012. 2023-11-18 tarixində arxivləşdirilib.
- ↑ "Сейм избрал четырёх кандидатов в члены Национального Судебного Совета Польши". Польское агентство печати. 2023-11-15. İstifadə tarixi: 2023-11-18.
- ↑ "Anna-Maria Żukowska". lewica2019.pl (polyak). 9 June 2020 tarixində arxivləşdirilib.
- ↑ "Biseksualny coming out. Twarz SLD ujawnia swoją orientację!". www.se.pl (polyak). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.