Anna Donat - Wikipedia
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü.
Anna Donat | |
---|---|
Avropa Parlamentinin deputatı[d] | |
2 iyul 2019 – 15 iyul 2024 | |
iyun 2018 – 21 noyabr 2021 | |
Partiya rəhbəri[d] (Momentum Hərəkatı) | |
21 noyabr 2021 – 29 may 2022 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 aprel 1987 (37 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, sosioloq |
Uşağı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktə6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi.
Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb. Məzun olduqdan sonra Avropa Komissiyasında təcrübə keçib və sonra miqrantlara kömək edən qeyri-hökumət təşkilatı (QHT) Menedek üçün layihə meneceri olaraq Macarıstana qayıdıb. O, 2016-cı ildə Momentum Gənclər Hərəkatına qoşulub və 2018-ci ilin iyununda partiyanın vitse-prezidenti olub. Donat 2018-ci ildə Macarıstanda keçirilən parlament seçkilərində partiyanın parlamentdə bir dənə də mandat qazanmadığı namizəd olub.
2018-ci ilin dekabrında o, iş saatlarının kəskin artırılmasını nəzərdə tutan “quldarlıq qanunu” adlanan əmək qanunvericiliyində dəyişikliklərə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib[2]. O, etiraz aksiyası zamanı həbs edilib. 2019-cu il seçkilərinin nəticələrinə əsasən, Avropa Parlamentinin üzvü seçilib. O, Momentum Hərəkatı partiyasının siyahısında ikinci olub və Katalin Çexlə birlikdə seçilib. 29 may 2019-cu ildə “quldarlıq qanunu”na etirazlar halında təqibdən qoruyan deputat toxunulmazlığından imtina edib.
21 noyabr 2021-ci ildə partiyanın qurultayında Momentum Hərəkatının prezidenti seçilib. Hərəkatın qurucusu və lideri Andraş Fekete-Dyor oktyabr ayında 3,4% səs qazanaraq, etimad səsverməsi təşəbbüsü ilə istefa verib. Bundan sonra Vitse-prezident Anna Oros müvəqqəti prezident olur. Qurultayda Anna Oros, Anna Donat və XVI Budapeşt dairə şurasının üzvü Qabor Hollai öz namizədliklərini irəli sürürlər. Anna Donat 57%, Anna Oros 29%, Qabor Hollai 14% səs toplayır[3].
9 may 2022-ci ildə o, uşaq gözlədiyini və buna görə də partiya sədri seçilmək üçün yenidən namizəd olmayacağını açıqlayır. Mayın 29-da Ferens Gelençer yeni prezident seçilir[4].
İstinadlar
redaktə- ↑ 1 2 Macarıstan parlamenti Parliamentary Information System.
- ↑ Коваль, Илья. "В Венгрии не утихают протесты против «закона о рабстве»". Deutsche Welle. 2018-12-22. 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
- ↑ Kósa András. "Donáth Annát választották meg a Momentum elnökének" (macar). Azonnali. 2021-11-21. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
- ↑ Fazekas Pálma. "A párt egyik alapítóját választotta új elnökének a Momentum" (macar). Szabad Európa. 2022-05-30. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.