Anna Basta - Wikipedia
Anna Başta (10 iyul 1996, Tolyatti, Rusiya) — Rusiyanı və Azərbaycanı təmsil edən qılıncoynadan, Avropa Çempionatının qalibi.[1][2]
Anna Başta | ||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||
Tam adı | Anna Vitaliyevna Başta | |||||||||||||||||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
|||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||
Doğum yeri | Tolyatti, Rusiya | |||||||||||||||||||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||
İdman növü | Qılıncoynatma | |||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəAnna Başta birinci uğuruna 2013-cü ilin mayında İslandiyada baş tutan FIE Qran-Pri turnirində imza atdı. Turnirdə bütün rəqiblərinə qalib gələn Anna Başta qızıl medalın sahibi oldu.
2014-cü ildə yeniyetmələr arasında Rusiya Çempionatının qalibi olan Anna Başta, 2015-ci ilin martında yeniyetmələr arasında Avropa Çempionatının, aprelində isə gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu.
Anna Başta 2015-ci ilin iyulunda Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Univerisiada Oyunlarında mübarizə apardı. Komanda turnirində gümüş medala sahib olan Anna Başta sablya turnirində qızıl medalın sahibi oldu. 2017-ci ildə Dünya Çempionatında mübarizə aparsa da, debütu uğursuz oldu. Həmin il Gürcüstanın Tbilisi şəhərində baş tutan Avropa Çempionarında isə Anna Başta gümüş medalın sahibi oldu (Komanda turnirində).
2019-cu ildə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən Anna Başta Azərbaycan yığmasının heyətinə cəlb edildi. 2019-cu il Anna Başta üçün triumf ili oldu. Debüt turnirində Plovdiv şəhərində (Bolqarıstan) baş tutan FIE Qran-Pri turnirinin gümüş medalına sahib olan Anna Başta, daha sonra ardıcıl olaraq üç turnirdə — Gent şəhərində, Antalya şəhərində və Tbilisi şəhərində baş tutan FIE Qran-Pri turnirlərinin qalibi oldu.
Anna Başta 2021-ci ilin aprelində İspaniyanın Madrid şəhərində baş tutan FIE Qran-Pri turnirinin qalibi oldu və olimpiya lisenziyasına sahib oldu.
2021-ci ilin avqustunda isə Anna Başta Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[3] İyulun 26-da mübarizə aparan Anna Başta 1/16 final mərhələsində ABŞ nümayəndəsi Anna-Yelizavet Stone ilə üz-üzə gəldi.[4] Bu görüşdə Anna Başta rəqibinə 15:10 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[4] Bu mərhələdə isə onun rəqibi Beynəlxalq Olimpiya Komitəsini təmsil edən Olqa Nihitina idi.[5] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Anna Başta rəqibinə 14:15 hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı.[5] Anna Başta müsahibəsində "nəticəsilə razı olduğunu, olimpiadanın onun üçün ciddi təcrübə qazandırdığını" bildirdi.[6]
Karyerasının birinci ciddi uğurlarına isə Anna Başta 2022-ci ildə imzat atdı. Anna Başta əvvəlcə mayda İtaliyada baş tutan FIE Qran-Pri turnirinin qalibi oldu. 16-22 iyunda isə o, Antalya şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Başta sablya turnirinin final görüşündə İtaliya nümayəndəsi Rossella Gregorioya 15:10 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Anna Başta 22 ildən sonra Avropa Çempionatının qalibi olmağı bacan birinci azərbaycanlı oldu. Daha sonra Anna Başta 15-24 iyulda Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Başta sablya turnirinin final görüşündə Yaponiya nümayəndəsi Misai Emuraya 10:15 hesabı ilə məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu. Həmçinin Anna Başta 20 ildən sonra Dünya Çempionatının final görüşündə mübarizə aparan birinci azərbaycanlı oldu. Həmin ilin avqustunda isə Anna Başta Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib olub.
Anna Başta 2024-cü ilin aprelində Avropa Olimpiya Təsnifat Turnirində çıxış edən zaman zədələndi və mübarizəsini başa vurmalı oldu.[7] Bununla belə mayda Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) Azərbaycan Qılıncoynatma Federasiyasına idmanın sablya növü üzrə qadınların şəxsi yarışında universal olimpiya lisenziya göndərdi.[8] Lisenziya Paris Olimpiadasına vəsiqə qazanmayan qadın sablyaçılar arasında ən yuxarı reytinqə sahib olan Anna Baştaya verildi.[9]
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Anna BAŞTA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ International Fencing Federation. "ANNA BASHTA". www.fie.org ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Olympedia.org. "2020 Summer Olympics / Fencing / Sabre / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.[ölü keçid]
- ↑ 1 2 Azerisport.com idman portalı. "Противостояние Азербайджан – США на старте Олимпиады-2020". www.azerisport.com ( (rus.)). 11.02.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
- ↑ 1 2 Azerisport.com idman portalı. "Токио-2020: Анна Башта обыграла американку, но проиграла россиянке". www.azerisport.com ( (rus.)). 11.02.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
- ↑ Azerisport.com idman portalı. "Токио-2020: Анна Башта: Я горжусь собой". www.azerisport.com ( (rus.)). 11.02.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.
- ↑ Azerisport.com idman portalı. "Анна Башта получила травму и осталась без лицензии". www.azerisport.com ( (rus.)). 24.08.2024. 2024-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
- ↑ Qafqazinfo. "Anna Başta Olimpiya Oyunlarına lisenziya qazandı". www.qafqazinfo.az ( (az.)). 24.08.2024. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.
- ↑ First News Media. "Анна Башта едет на Олимпиаду". www.1news.az ( (rus.)). 24.08.2024. 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2024.