Ankuva - Wikipedia
Ankuva (Assur dilində: Amkuva) və ya Hanikuil[1] - antik Hett yaşayış məntəqəsi.
Tarixi
redaktəZippalandanın cənubunda yerləşir. Bəzi mənbələrə görə Ankuva Taha allahı ilə əlaqədar keçirilən dini mərasim yürüşlərinin keçirildiyi yer olmuşdur.
Ankuva şəhərinin Kattaha və ya Hanikkun tanrılarına sitayiş edilən müqəddəs məkan olduğu da iddia olunur. Kayseridə aşkar olunmuş Kültəpə adlı arxeoloji abidədə tapılmış bir Aşşur mətninə görə Ankuva şəhəri Sinhuttum və Kapitra əhalisi ilə birləşərək Hattilərə (bəzi türk mənbələrinə görə Hattilər və hetlər qohum xalqlardır) qarşı üsyan etmişlər.
Bu şəhərin harada yerləşməsi haqqında məlumatlar mübahisəlidir. R.L Gornu Ankuvanın Yozğadda yerləşən Alişar ilinin şimalında aşkar edilmiş Alişar təpəsi arxeoloji abidəsi,[1] M.Popko isə Alaca təpəsindən 10 km cənub-qərbdəki Əskiyarıq olduğunu iddia etmişlər.[2]. Alişar təpəsindən 13 km şimal-qərbdə yerləşən Çadır təpəsində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət nümunələrinin tədqiqindən sonra Ankuvanın burada yerləşməsi barədə də iddialar meydana çıxmışdır.
Xarici keçid
redaktə- TC Kültür Bakanlığı
- thy.com Kültepe hakkında bir makale
- Kultepe.org Arxivləşdirilib 2014-02-09 at the Wayback Machine
- 2011 yılı Kültepe Kazısı Raporu Arxivləşdirilib 2012-06-16 at the Wayback Machine
- Alaca Höyük Kazısı İnternet Sitesi Arxivləşdirilib 2013-12-15 at the Wayback Machine
- Photo gallery of Sphinx Gate and other Hittite structures at Alaca Höyük
- Images from Alacahöyük Arxivləşdirilib 2011-02-21 at the Wayback Machine
- 2011 yılı Alacahöyük kazı raporu[ölü keçid]
İstinad
redaktə- ↑ 1 2 Ronald L. Gorny, Hittite Imperialism and anti-imperial resistance as viewed from Alişar Höyük. Bulletin of the American Schools of Oriental Research 299/300, 1995, 71 Bulletin of the American Schools of Oriental Research 299/300, 1995, 71
- ↑ Maciej Popko, Zippalanda and Ankuwa once more. Journal of the American Oriental Society 120/3, 2000, 445-448. Journal of the American Oriental Society 120 / 3, 2000, 445-448.