Andrey Rubin - Wikipedia
Andrey Rubin (latış. Andrejs Rubins; 26 noyabr 1978[1][2], Riqa – 1 avqust 2022[3][4]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Latviya futbolçusu. Məşqçi. Latviya milli futbol komandasının keçmiş üzvü.
Andrey Rubin | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
latış. Andrejs Rubins | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 26 noyabr 1978[1][2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 1 avqust 2022[3][4] (43 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Latviya |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 175 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub karyerası
redaktəRiqa "Dauqava"sının Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Peşəkar futbolçu karyerasına 1996-cı ildə, Futbol üzrə Latviya İkinci Liqasında çıxış edən "Auda" komandasında başlayıb. 1997-ci ildə İsveçə gedib və burada Yüksək Liqa təmsilçisi "Ester"də forma geyinib.[5]
1998-ci ildə vətəninə qayıdıb və "Skonto" komandası ilə müqavilə imzalayıb. 1998–2000-ci illər ərzində "Skonto"nun heyətində ümumilikdə 91 oyuna çıxıb və 22 qol vurub.[5] Komandası ilə birlikdə 3 dəfə Latviya çempionatının, 2 dəfə isə Latviya Kubokunun qalibi olub.
"Skonto"dakı çıxışı zamanı onu İngiltərənin "Kristal Pelas" klubunun nümayəndələri bəyənərək komandalarına dəvət ediblər. 2000–2003-cü illərdə London təmsilçisinin heyətində Futbol Liqasının Birinci Divizionunda (hazırkı Çempionşip) çıxış edib. Klubun heyətində ümumilikdə 36 oyun keçirib, 2 qol vurub.[5]
2002-ci ilin dekabrında azad agent qismində Moskvanın "Spartak" klubuna transfer olunub.[6] Ancaq üç ay sonra, "qırmızı-ağlar"ın heyətində heç bir oyun keçirmədən Yaroslavlın "Şinnik" komandasına keçib.[7] Burada keçirdiyi iki mövsüm ərzində ümumilikdə 58 matçda iştirak edib, 4 qol vurub.[5]
2005-ci ilin yanvarında baş məşqçisi həmyerlisi Aleksandr Starkov olan "Spartak Moskva" ilə 4 illik müqavilə bağlayıb.[8] Klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Rubin, mövsüm ərzində ikisi Kubokda olmaqla cəmi 7 oyun keçirə bilib.[5][9] 2006-cı ilin yanvarında 12 aylıq "Şinnik"ə,[10][11] 2007-ci ilin iyulunda isə 6 aylıq "Metallurq Liepaya"ya icarəyə verilib.[12]
2008-ci ilin iyununda Bakının "İnter" komandasına keçərək, 1+1 şərti ilə müqavilə imzalayıb.[13][14] 2008–2010-cu illər ərzində "İnter"in heyətində ümumilikdə 57 oyuna çıxıb və 9 qol vurub.[5] Komandası ilə birlikdə Azərbaycan çempionatının qızıl (2009/2010) və gümüş (2008/2009) mükafatlarını qazanıb.
2010-cu ilin iyulunda azad agent kimi Ağdamın "Qarabağ" klubuna qoşulub və iki illik müqavilə imzalayıb.[15] 2011-ci ilin sentyabrında Zaqatalanın "Simurq" klubuna transfer olunub.[16] 2013-cü ilin əvvəlində futbolçu karyerasını başa vurub.[17]
Milli karyerası
redaktə10 noyabr 1998-ci ildə Tunis milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Latviya milli komandasının heyətində debüt edib.[18]
Rubin, 1998–2011-ci illər aralığında formasını geyindiyi Latviya milli komandasının heyətində ümumilikdə 117 oyun keçirib və 9 qol vurub.[19] O, milli komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur (bu göstəricidə yalnız Vitali Astafyevdən (167) geri qalır).[19]
Məşqçi karyerası
redaktəKaryerasını bitirdikdən sonra, 2013-cü ildə İkşkiledə uşaq komandalarında məşqçi işləyib.[17] 2014-cü ildə "Oqre" klubunun məşqçilər korpusuna daxil edilib.[20] 2019-cu ildə "Auda" komandasına baş məşqçi təyin olunub.[21] 2022-ci ildə "Spartak Yurmala" klubunda məşqçi kimi fəaliyyət göstərib.[22]
Şəxsi həyatı
redaktəAtasını erkən itirən Rubin, yeniyetməlik dövründə pis çevrəyə düşüb. Bunun nəticəsində o, 15 yaşında ikən Riqa Mərkəzi Həbsxanasına salınıb.[23][24] Askold Uldrikisin həmmüəllifliyi ilə yazılmış və 2022-ci ildə nəşr olunmuş Rubinin həyatından bəhs edən "Mən yalnız bir dəfə içəridə olmuşam" kitabında, o, Riqa Mərkəzi Həbsxanasında keçirdiyi 6 aydan və futbolun onu islahat yoluna yönəlməyə necə yardımçı olmasından danışıb.[23]
Rubin, belaruslu Anya adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən bir qızı var.[25]
Futbolda kumiri fransalı hücumçu Tyerri Anri olub.[26]
Ölümü
redaktəRubin, 1 avqust 2022-ci ildə, 43 yaşında ikən qəflətən vəfat edib. Bu barədə məlumatı avqustun 3-də Latviya Futbol Federasiyasının mətbuat xidməti yayıb.[27] Onun ölüm səbəbləri açıqlanmayıb.[23]
Nailiyyətləri
redaktəKomanda
redaktə- Latviya çempionatı: 1998, 1999, 2000
- Latviya Kuboku: 1998, 2000
İstinadlar
redaktə- ↑ 1 2 Andrejs Rubins // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 ANDREJS RUBINS // Argentine Soccer Database (isp.).
- ↑ 1 2 PĀRAGRI MŪŽĪBĀ AIZSAUKTS ANDREJS RUBINS; ATVADĪŠANĀS 9. AUGUSTĀ.
- ↑ 1 2 Atvadīšanās no Andreja Rubina notiks 9. augustā.
- ↑ 1 2 3 4 5 6 "Рубин Андрей Владимирович". Footballfacts.ru. 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-17.
- ↑ "Rubins wings his way to Spartak". UEFA. 10 December 2002. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
- ↑ "Trio strengthen Spartak ranks". UEFA. 12 March 2003. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
- ↑ "Rubins ready for Spartak". UEFA. 5 January 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
- ↑ "Экс-футболист «Спартака» Андрей Рубин умер в возрасте 43 лет". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
- ↑ "Pool target Spartak Moscow player". Blackpool Gazette. 28 June 2007. 9 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
- ↑ "Basinas makes Mallorca move". UEFA. 20 January 2006. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
- ↑ "Metalurgs bring Rubins home". UEFA. 5 January 2005. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 February 2008.
- ↑ "Rubins paraksta līgumu ar Baku Inter". Tvnet.lv. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ "Андрей Рубин: Мной интересовались и в Бакы". Azerisport.com. 2024-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ "Rubins pāriet uz «Karabakh» — Leģionāri — Futbols — Sportacentrs.com". 2010-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-21.
- ↑ "Pie Jurana spēlēs Rubins un Grebis". parsportu.lv. 16 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 June 2022.
- ↑ 1 2 Jānis Celmiņš. "Rubins: "Ja nevaru spēlēt par simts procentiem, tad nav vērts"" (latış). sportacentrs.com. 2013-03-13. 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ LFF. "1998. gads" (latış). LFF.lv. 2013-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-26.
- ↑ 1 2 "Latvia - Record International Players". Rsssf.org. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ Agris Suveizda. "Prohorenkovs un Rubins trenēs 1.līgas jaunpienācēju "Ogri"" (latış). sportacentrs.com. 2014-03-31. 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ Edmunds Novickis. ""Audu" trenēs "Euro 2004" spēlējušais Andrejs Rubins" (latış). sportacentrs.com. 2019-04-06. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ "Coaching Staff" (ingilis). fkspartaks.lv. 2022-07-29. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-03.
- ↑ 1 2 3 "Андрей Рубин". 24smi.org. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ "Верпаковскис о Рубине: "Один из самых добрых людей, которых я знал"". Tvnet.lv. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ "Полузащитник «Спартака» Андрей Рубин: Кто сказал, что я – любимчик Старкова?". Sovsport.ru. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ "Andrejs Rubins". Lff.lv. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.
- ↑ ""Qarabağ"ın sabiq futbolçusu qəflətən vəfat edib - FOTO". Oxu.az. 2024-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-19.