Andaman Adalari - Wikipedia
Andaman adaları (ing. Andaman Islands) — Hind okeanınında yerləşən və Hindistan ilə Myanma arasında yerləşən arxipeleaq. Hindistanın birləşmiş ərazisidir. Nikobar adaları ilə birlikdə 204 adadan ibarətdir.
Andaman adaları | |
---|---|
ing. Andaman Islands | |
Ümumi məlumatlar | |
Adaların sayı | 204 |
Ən böyük adası | Orta Andaman |
Ümumi sahəsi | 6408 km² |
Hündür nöqtəsi | 738 m |
Əhalisi | 343.125 nəfər (2011-ci il) |
Yerləşməsi | |
12°30′00″ şm. e. 92°45′00″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Region |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adsların ümumi sahəsi 6408 km² təşkil edir. Adalarda hal-hazırda 343 125 (2011) nəfər insan yaşayır. Onlardan cəmi 500 nəfəri yerli əhalidir. Cənubdan Nikobar adalarından Onuncu Dərəcə boğazı ilə ayrılır.
Adaların və inzibati bölgənin ən iri şəhəri Port-Blerdir. Şəhərdə hal-hazırda 100,608 nəfər yaşayır[1].
Tarixi
redaktə1789-ci ildə Andaman adaları başda ingilis leytenantı Arçibald Bler tərəfindən işğal edilir. Ancaq koloniyaçılar bölgədə möhkəmlənməyə çətinlik çəkirdilər. Yerli əhali tərəfindən təşkil etdilən üsyanların ardı aradı kəsilmirdi. 1858 - 1952 illərdə britaniyalılar tərəfinfən adalara Hindistandan məhbuslar gətirilirdi.
Əhalisi
redaktəAndamanlılara doqquz xalq daxildir: Oqnelər, Caravalar, Setinellər və digərləri Sentinellər hər zaman gizlənirlər, heç kəslə əlaqə qurmaq istəmirlər. Bu səbəbdən onların dəqiq sayları bilinmir. Digər qəbilələrdə isə hərəsində 52 nəfəri keçmir. 2010-cı ilin fevralında Bo adlı xalqın son nümayədəsi vəfat etmişdir[2][3]. XX əsrin əvvəllərində adalarda 5000 aborigen yaşayırdı. Onları dil, mədəni və etnik bağlılıq əlaqələndirirdi. Onlar hər zaman yığıçılıq və ovçuluqla məğul olmuşlar. Antropoloji baxımdan Neqoroid irqinə mənsubdurlar. Cənubi Asiyanın qədim xalqlarıdırlar. Genetik araşdırmalar onu göstərmişdir ki, onlar Afrikadan gəlmədirlər. Onların bölgəyə gəlməsi 70,000 -80,000 il öncəyə aid edilir. Yerli əhalinin böyük hissəsi koloniyalaşma nəticəsində həlak olmuşdur. Üstəlik ada həbs düşərgəsi olması ilə əlaqədar çinəyatkarlığın artmasına səbəb olurdu. Bölgənin təsərrüfata cəlb olunması yerli əhalinin həyat tərzinə mənfi təsir göstərirdi.
Hazırda adaların əhalisinin böyük əksəriyyəti Hindistandan gəlın imiqrantlar təşkil edir. 2004-ci ildə baş verən güçlü zəlzələ və ardından olan sunamı ilə əlaqədar rəsmi məlumata görə 5 min insan həlak olmuşdur.
Andaman dilləri elədə böyük saya malik deyillər. Dünyanın digər dil ailələri ilə heç bir əlaqəsi yoxdur. Bu dillərdə ancaq bu adalarda danımışlar. Qədim Cənubi Asiya dillərinə aiddirlər. Bu dillərdə dabnışanların ümumi sayı 500 nəfər təşkil edir. Sayları getdikcə azalır. Bu dillərin yoxa çıxma ehtimalı yüksəkdir.
İqtisadiyyat
redaktəAdalarda Çay, Manqo, Çörək ağacı, Kokos palması, Yemiş kimi məhsullar yetişdirilir.
İstinadlar
redaktə- ↑ "Census of India 2011: Provisional Population Totals. Cities having population 1 lakh and above." (PDF). 2012-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-29.
- ↑ "Новости NEWSru.com :: Hindistanda Bo dilini bilən son insan həlak olmuşdur". 2010-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
- ↑ BBC News — Last speaker of ancient language of Bo dies in India Arxivləşdirilib 2011-07-28 at the Wayback Machine (ing.)
Mənbə
redaktə- Andaman Holidays Travels
- Andaman Islands Arxivləşdirilib 2019-07-06 at the Wayback Machine
- Andaman Tourism Site Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine
- Beaches & Historical Monuments in Andaman
- Official Andaman and Nicobar Tourism Website
- Andaman Tourism (official site)
- Andaman Islands Tourism Arxivləşdirilib 2016-08-28 at the Wayback Machine
- Andaman & Nicobar Islands: Tourism Portal
- Andaman & Nicobar Islands: Destination Guide
- Information Arxivləşdirilib 2012-03-14 at the Wayback Machine
- Andaman & Nicobar Islands: Tourism Guide Arxivləşdirilib 2016-08-20 at the Wayback Machine
- Andaman Islands-A Travelogue
- Andaman Excursion
- Andaman Experience
- Andaman and Nicobar Islands: Travel Information and Latest Updates Arxivləşdirilib 2015-11-27 at the Wayback Machine
- Paradise Andaman
- Andaman Travel Guide