Ancela Lensberi - Wikipedia
Ancela Bricid Lensberi (ing. Angela Brigid Lansbury; 16 oktyabr 1925[1][2][…], Sent-Pankras[d], London, Birləşmiş Krallıq və ya London[4] – 11 oktyabr 2022[3], Los-Anceles, Kaliforniya[5]) — ABŞ-İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır.
Ancela Lensberi | |
---|---|
ing. Angela Lansbury | |
Doğum adı | Angela Brigid Lansbury |
Doğum tarixi | 16 oktyabr 1925[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 oktyabr 2022[3] (96 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | səsləndirmə aktrisası[d], müğənni, film prodüseri, yazıçı, xarakter aktrisası[d], ssenarist, televiziya aktrisası, teatr aktrisası, kino aktrisası, televiziya prodüseri[d], aktrisa |
Fəaliyyət illəri | 1944–2022 |
Mükafatları |
|
IMDb | ID0001450 |
angelalansbury.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.[6]. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib.
Həyatı
redaktəAncela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olmuşdur. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-yə gedirlər.
Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olmuşdur. Həmin ekran əsərində onun tərəf-müqabilləri tanınmış aktyorlar Şarl Buaye və İnqrid Berqman idi. Gənc aktrisa elə o zaman ikinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd göstərilmişdi. Lakin buna baxmayaraq mükafatı qazana bilməmişdi. İkinci filmi olan "Dorian Qreyin portreti"nə görə Ancela Lensberi Amerika Kino Akademiyasının mükafatına namizəd olmuşdur.
Aktrisanın sözlərinə görə o, baş qəhrəmanlardan birini ifa etmək istəyirdi. Amma "Metro-Goldwyn-Mayer" kino şirkətinin rəhbərləri Lensberini xarakterik rollara və xüsusilə də bacı, sevgili, ana rollarını təklif edirdilər. Ancelanın 22–23 yaşı olanda studiya ona Frenk Kapranın "Nikahda olmaq" filmində Spenser Treysinin 45 yaşlı sevgilisi rolunu verdi[7].
1962-ci ildə Ancela Lensberinin çəkildiyi ən tanınmış film olan "Mancur namizəd" ekranlara çıxır. Bu politik trillerdə Lensberi xanım Ayslin rolunu ifa edirdi. O, bu rola görə "Qızıl qlobus" və ABŞ Kinotənqidçilərinin Milli Şurasının mükafatına layiq görülmüşdür. Lensberi həm də "Oskar"ın ən real qalibi hesab olunurdu. Lakin son anada heykəlcik "Möcüzə yaratmaq" filmindəki roluna görə aktrisa Patti Dükə verildi.
1984-cü ildə aktrisa "Qətli o yazdı" serialındakı Cessika Fletçer roluna razılaşdı. Serial 12 il göstərilərək çox məşhur oldu. Bu müddət ərzində serialın 33 rejissoru olımuşdu. Cessiki Fletçer roluna görə aktrisa 12 dəfə "Emmi" mükafatına layiq görülmüş, ancaq qalib ola bilməmişdi.
Teatr
redaktəLensberinin Broadveydəki debütü 1957-ci ildə "Paradiso Oteli" səhnələşdirilməsi ilə başlandı, amma səhnə ulduzuna onu Jerry Hermanın "Meym" (1966) musiqili tamaşası çevirdi. Burada onun səhnə yoldaşı Bi Artur oldu.
Şəxsi həyatı
redaktəŞəxsi həyatına gəldikdə isə Ancela hələ 19 yaşı olanda aktyor Riçard Kromuell ilə ailə qurmuşdu. Amma bu nikah çox sürmədi və cəmi 1 ildən sonra onlar boşandılar. 1946-cı ildə aktyor Hard Heffildin gecəsində Lensberi irland aktyoru Piter Şou ilə tanış olur. 3 ildən sonra onlar ailə qururlar. Bu nikahdan onların 2 övladı dünyaya gəlir. Onları bağladığı nikah şou-biznes tarixində ən uzun sürən nikahlardan hesab olunurdu. Belə ki, onların ailəsi 2003-cü ildə Piterin ölümünə qədər davam etdi.
Filmoqrafiya
redaktəİl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1944 | Qaz işığı | ing. Gaslight | Nensi Oliver |
1944 | Milli məxmər | ing. National Velvet | Edvina Braun |
1945 | Dorian Qreyin portreti | ing. The Picture of Dorian Gray | Sibil Veyn |
1946 | Harvinin qızları | ing. The Harvey Girls | Em |
1946 | Müqəddəs Hudlum | ing. The Hoodlum Saint | Dasti Millard |
1946 | Buludlar gəzişəndə | ing. Till the Clouds Roll By | Londonlu mütəxəssis |
1947 | Yaxın dostumun şəxsi işləri | ing. The Private Affairs of Bel Ami | Klotild de Marell |
1947 | Qış gələrsə | ing. If Winter Comes | Meybl Seybr |
1948 | Onuncu avenünün mələyi | ing. Tenth Avenue Angel | Süzan Bratten |
1948 | Nikahda olmaq | ing. State of the Union | Key Torndayk |
1948 | Üç muşketyor | ing. The Three Musketeers | kraliça Anna |
1949 | Qırmızı Dunay | ing. The Red Danube | Odri Kueyl |
1949 | Samson və Delila | ing. Samson and Delilah | Semadar |
1951 | Mehriban xanım | ing. Kind Lady | missis Edvards |
1952 | Qiyam | ing. Mutiny | Lesli |
1954 | Qumara qoyulmuş həyat | ing. A Life at Stake | Doris Hillman |
1955 | Bənövşəyi maska | ing. The Purple Mask | madam Valentayn |
1955 | Qayda-qanunsuz küçə | ing. A Lawless Street | Telli Dikenson |
1955 | Saray təlxəyi | ing. The Court Jester | şahzadə Qvendolin |
1955 | Nəzakətsiz missis Cervis | ing. The Indiscreet Mrs. Jarvis | Brenda Cervis |
1956 | Xahiş edirəm, öldür məni | ing. Please Murder Me | Mayra Lids |
1958 | Uzun, isti yay | ing. The Long, Hot Summer | Minni Littlcon |
1960 | Pilləkənlərin üstündə qaranlıq | ing. The Dark at the Top of the Stairs | Meyvis Pruitt |
1961 | Mavi Havay | ing. Blue Hawaii | Sara Li Geyts |
1962 | Mancur namizəd | ing. The Manchurian Candidate | missis Ayslin |
1964 | Henri Orientin dünyası | ing. The World of Henry Orient | İzabel Boyd |
1964 | Əziz ürək | ing. Dear Heart | Fillis |
1965 | Bugünədək danışılmış ən böyük hadisə | ing. The Greatest Story Ever Told | Klavdiya Prokula |
1965 | Moll Flendersin sevgi macərası | ing. The Amorous Adventures of Moll Flanders | Blayston |
1965 | Harlou | ing. Harlow | Cin Bello |
1966 | Cənab Buddvinq | ing. Mister Buddwing | Qloriya |
1970 | Hamı üçün nəsə | ing. Something for Everyone | qrafinya Hert fon Ornşteyn |
1971 | Dəstək və süpürgə | ing. Bedknobs and Broomsticks | miss Eqlantin Prays |
1978 | Nildə ölüm | ing. Death on the Nile | Salomeya Otterborn |
1979 | Xanım yox olur | ing. The Lady Vanishes | miss Froy |
1980 | Güzgü çatladı | ing. The Mirror Crack'd | miss Marpl |
1982 | Sonuncu təkbuynuz | ing. The Last Unicorn | Fortuna |
1984 | Canavarlar əhatəsində | ing. The Company of Wolves | nənə |
1984- 1996 |
Qətli o yazdı | ing. Murder, She Wrote | Cessika Fletçer |
1984 | Şəbəkə tikişi | ing. The Lace | Hortenziya Butin |
1990 | Onun axtardığı sevgi | ing. The Love She Sought | Aqata |
1991 | Gözəl və bədheybət | ing. Beauty and the Beast | missis Potts |
1992 | Missis Harris Parisə gedir | ing. Mrs. 'Arris Goes To Paris | Ada Harris |
1995 | Studiyan və sən | ing. Your Studio and You | özü |
1996 | Missis Santa Klaus | ing. Mrs. Santa Claus | Anna Klaus |
1997 | Qətli o yazdı: Cənub-qərbdən cənuba | ing. Murder, She Wrote: South by Southwest | Cessika Fletçer |
1997 | Anastasiya | ing. Anastasia | Mariya Fyodorovna |
2000 | Qətli o yazdı: Sənin ölümünün tarixçəsi | ing. Murder, She Wrote: A Story to Die For | Cessika Fletçer |
2003 | Qətli o yazdı: Sonuncu azad insan | ing. Murder, She Wrote: The Last Free Man | Cessika Fletçer |
2003 | Qətli o yazdı: Kelt müəmması | ing. Murder, She Wrote: The Celtic Riddle | Cessika Fletçer |
2004 | Qaranlığı keçərək | ing. The Blackwater Lightship | Dora |
2005 | Dayə Makfi | ing. Nanny McPhee | Adelaida Stiç |
2011 | Mister Popperin pinqvinləri | ing. Mr. Popper's Penguins | Van Qandi |
2017 | Kiçik qadınlar | ing. Little Women | Març xala |
2018 | Qrinç | ing. The Grinch | |
2018 | Meri Poppins qayıdır | ing. Mary Poppins Returns | şar qadın |
İstinadlar
redaktə- ↑ 1 2 Angela Lansbury // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Angela Brigid Lansbury // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Angela Lansbury, Star of Film and Stage and TV’s Favorite Sleuth, Dies at 96 (ing.).
- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 https://www.nytimes.com/2022/10/11/obituaries/angela-lansbury-dead.html.
- ↑ http://www.oscars.org/press/pressreleases/2013/20130905.html Arxivləşdirilib 2014-02-14 at the Wayback Machine Angelina Jolie, Angela Lansbury, Steve Martin and Piero Tosi to Receive the Academy’s Governors Awards
- ↑ http://www.tcm.com/thismonth/article/?cid=138937&mainArticleId=138936 TCM "Turner Classic Movies"
Xarici keçidlər
redaktə- Ancela Lensberi — IMDb səhifəsi