Anatoli Zlenko - Wikipedia
Anatoli Maksimoviç Zlenko (ukr. Анатолій Максимович Зленко; 2 iyun 1938 – 1 mart 2021[1]) — Ukrayna dövlət xadimi. 1990-cı ilin iyulundan 1994-cü ilin avqustuna qədər və 2000-ci ilin oktyabrından 2003-cü ilin sentyabrınadək iki dəfə Ukraynanın Xarici İşlər naziri olub.
Anatoli Zlenko | |
---|---|
ukr. Анатолій Максимович Зленко | |
2 oktyabr 2000 – 2 sentyabr 2003 | |
Prezident | Leonid Kuçma |
Hökumət başçısı | Viktor Yuşşenko Viktor Yanukoviç Anatoli Kinax |
Əvvəlki | Boris Tarasyuk |
Sonrakı | Konstantin Qrişenko |
24 avqust 1991 – 25 avqust 1994 | |
Prezident | Leonid Kravçuk Leonid Kuçma |
Hökumət başçısı | Vitold Fokin Valentin Simonenko Leonid Kuçma Efim Zvyaqilski Vitali Masol |
Əvvəlki | özü, Ukrayna SSR Xarici İşlər naziri kimi |
Sonrakı | Gennadi Udovenko |
28 sentyabr 1994 – 19 sentyabr 1997 | |
Əvvəlki | Boris Qudima |
Sonrakı | Vladimr Yelçenko |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyun 1938 |
Vəfat tarixi | 1 mart 2021[1] (82 yaşında) |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Təhsli
redaktəAnatoli Zlenko, Kiyev Mədən Kolleci və Taras Şevçenko adına Kiyev Milli Universitetində (tərcüməçi-referent) təhsil alıb.
Həyatı
redaktəAnatoli Zlenko, 1967-ci ildən diplomatik fəaliyyətdədir. 1967-ci ildə attaşe, Ukrayna SSR Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar şöbəsinin ikinci katibi olub.
- 1973–1979-cu illərdə Parisdə YUNESKO Katibliyində çalışıb.
- 1979-cu ildə Ukrayna SSR Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsinin müşaviri olub.
- 1979–1983-cü illərdə Ukrayna SSR YUNESKO üzrə Komissiyasının məsul katibi olub.
- 1983–1987-ci illərdə Ukrayna SSR-nin YUNESKO yanında daimi nümayəndəsi olub.
- 1989–1990-cı illərdə Ukrayna SSR Xarici İşlər Nazirinin birinci müavini olub.
- 1990-cı il iyulun 27-dən 1991-ci ilə qədər Ukrayna SSR Xarici İşlər naziri olub.[2].
- 1991-ci ildən 1994-cü il avqustun 25-dək Ukrayna Xarici İşlər naziri vəzifəsində çalışıb.
- 1994-cü il sentyabrın 28-dən 1997-ci il sentyabrın 19-dək Ukraynanın BMT-dəki daimi nümayəndəsi olub.
- 19 sentyabr 1997-ci ildən 2 oktyabr 2000-ci ilə qədər Ukraynanın Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.
- 19 sentyabr 1997-ci ildən 2000-ci il oktyabrın 17-dək Ukraynanın UNESCO yanında daimi nümayəndəsi olub.
- 1998-ci il aprelin 14-dən 2000-ci il oktyabrın 17-dək Ukraynanın Portuqaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri ştatdankənar vəzifədə çalışıb.
- 2000-ci il oktyabrın 2-dən 2003-cü il sentyabrın 2-dək Ukraynanın Xarici İşlər naziri (ikinci dəfə) olub.
- 2003-cü il oktyabrın 15-dən 2005-ci il yanvarın 22-dək Ukrayna Prezidentinin xüsusi beynəlxalq məsələlər üzrə müşaviri olub.
- 2004–2005-ci illərdə BMT-nin İnsan Hüquqları Komissiyasında Ukraynanın nümayəndəsi olub.[3]
- 2006-cı il oktyabrın 13-də o, Ukraynanın baş naziri Viktor Fyodoroviç Yanukoviçin xüsusi beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib.[4]
- 2006-cı ilin yayından "Ukrayna Forumu" vətəndaş-siyasi birliyinin sədr müavini, 2009-cu ilin yazından "Yeni Ukrayna" Vətəndaş Hərəkatı Şurasının üzvü olub.
- 2010-cu ilin sentyabrından Kiyev Slavyan Universitetinin vitse-prezidenti və KSU-nun Slavyanşünaslıq və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub.
Anatoli Zlenko 2021-ci il martın 1-də 82 yaşında vəfat edib.[5] O, martın 4-də Baykovo qəbiristanlığında (sahə No 42a) dəfn edilib.[6]
O, ukrain və rus dillərindən əlavə ingilis, ispan, portuqal və fransız dillərini də bilirdi.
Mükafatları
redaktə- "Knyaz Yaroslov Mudro" ordeni
- I dərəcə (23 avqust 2021-ci il, ölümündən sonra) — Ukrayna dövlətinin dövlət quruculuğuna, müdafiə qabiliyyətinin gücləndirilməsinə, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsilin inkişafına mühüm şəxsi töhfəsinə, mühüm əmək nailiyyətlərinə, uzun illər vicdanlı əməyinə və Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə[7]
- II dərəcə (22 dekabr 2017-ci il) — Ukraynanın beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsinə mühüm şəxsi töhfəsinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə və yüksək peşəkarlığına görə[8]
- III dərəcə (22 yanvar 2016-cı il) — Ukrayna dövlətinin dövlət quruculuğuna, sosial-iqtisadi, elmi-texniki, mədəni və təhsil inkişafına, Ukrayna cəmiyyətinin möhkəmlənməsinə mühüm şəxsi töhfəsinə, uzun illər vicdanlı əməyinə görə[9]
- IV dərəcə (23 avqust 2011-ci il) — Ukraynanın müstəqilliyinin bərqərar olmasında, onun suverenliyinin və beynəlxalq nüfuzunun bərqərar olunmasında mühüm şəxsi töhfəsinə, dövlət quruculuğunda, sosial-iqtisadi, elmi-texniki, mədəni-maarif fəaliyyətində xidmətlərinə görə; ukrayna xalqına vicdanlı və qüsursuz xidmətinə görə[10]
- V dərəcə (30 may 2008-ci il) — Ukrayna diplomatik xidmətinin formalaşmasına və inkişafına, Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına mühüm şəxsi töhfəsinə görə[11]
- "Şərəf" ordeni
- I dərəcə (2 iyun 2003-cü il) — dövlət quruculuğunda Ukrayna qarşısında mühüm şəxsi xidmətlərinə, uzun illər səmərəli diplomatik fəaliyyətinə görə[12]
- II dərəcə (12 iyul 1999-cu il) — diplomatik xidmətin inkişafına, Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artırılmasına mühüm şəxsi töhfəsinə görə[13]
- III dərəcə (14 fevral 1997-ci il) — uzun illər səmərəli diplomatik fəaliyyətinə, beynəlxalq nüfuzunun yüksəlməsinə və Ukraynanın dünyada artan roluna mühüm şəxsi töhfəsinə görə[14]
- Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- "Fəxri legion" ordeni (Fransa, 1998)
- Ləyaqət Ordeninin Böyük Xaçı (Portuqaliya, 16 aprel 1998)[15]
- Böyük Müqəddəs Qriqori ordeninin I dərəcəli komandiri (11 dekabr 2001, Vatikan)[16][17]
- "Şərəf" ordeni (Gürcüstan, 2003)
Diplomatik ranq
redaktə14 sentyabr 1990-cı ildə Fövqəladə və Səlahiyyətli səfir olub.
İstinadlar
redaktə- ↑ 1 2 https://www.dw.com/uk/pomer-pershyi-hlava-mzs-ukrainy-anatolii-zlenko/a-56734275.
- ↑ "Про призначення тов. Зленка А.М. Міністром закордонних справ Української РСР". Офіційний вебпортал парламенту України (ukrayna). İstifadə tarixi: 2023-10-26.
- ↑ Зленко Анатолий Максимович. Украинський Форум [ölü keçid]
- ↑ "Янукович набрал себе советников". 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-07-29.
- ↑ "Пішов з життя ексміністр закордонних справ Зленко". www.ukrinform.ua (ukrayna). 2021-03-01. 2021-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ "У Києві поховали Анатолія Зленка - новини, політика". Інформаційне агентство Вголос/Vgolos (ukrayna). 2021-03-04. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
- ↑ "Указ Президента України від 23 серпня 2021 року № 406/2021 «Про відзначення державними нагородами України з нагоди Дня Незалежності України»". 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-25.
- ↑ Указ Президента України № 425/2017 від 22 грудня 2017 року "Про відзначення державними нагородами України з нагоди Дня працівників дипломатичної служби" Arxivləşdirilib 2017-12-22 at the Wayback Machine (ukr.)
- ↑ Указ Президента України № 18/2016 від 22 січня 2016 року "Про відзначення державними нагородами України з нагоди Дня Соборності України" Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine (ukr.)
- ↑ "Указ Президента Украины № 845/2011 от 23 августа 2011 года «О награждении государственными наградами Украины по случаю 20-й годовщины независимости Украины»". 2012-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-23.
- ↑ "Указ Президента Украины № 491/2008 от 30 мая 2008 года «О награждении А.Зленко орденом князя Ярослава Мудрого»". Archived from the original on 2008-06-01. İstifadə tarixi: 2024-03-18.
- ↑ Указ Президента України № 458/2003 від 2 червня 2003 року "Про нагородження А. Зленка орденом "За заслуги"" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (ukr.)
- ↑ Указ Президента України № 818/99 від 12 липня 1999 року "Про нагородження відзнаками Президента України" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (ukr.)
- ↑ Указ Президента України № 141/97 від 14 лютого 1997 року "Про нагородження відзнакою Президента України — орденом "За заслуги"" Arxivləşdirilib 2022-05-10 at the Wayback Machine (ukr.)
- ↑ Информация на сайте Президента Португалии Arxivləşdirilib 2013-03-03 at the Wayback Machine (por.)
- ↑ Acta Apostolicae Sedis, 2002. — P. 705. Arxivləşdirilib 2015-06-11 at the Wayback Machine (ital.)
- ↑ "Папа Римський видав ордени Литвину, Радченку, Дагаєву і т.д." Українська правда. 2018-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-10.
Ədəbiyyat
redaktə- Зленко Анатолий Максимович // Кто есть кто в России и в ближнем зарубежье: Справочник. — М.:Издательский дом "Новое время", "Всё для Вас", 1993, С. 256–257. ISBN 5–86564-033-X
Xarici keçidlər
redaktə- Умер первый глава МИД Украины Анатолий Зленко// Интерфакс Украина, 1.3.2021
- Зленко Анатолий Максимович
- Зленко награждён орденом "За заслуги"